İsa Abbasov

İsa Faiq oğlu Abbasov (2 avqust 1996; Gəncə, Azərbaycan — 9 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.

İsa Abbasov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Gəncə, Azərbaycan
Vəfat tarixi (24 yaşında)
Vəfat yeri Şuşa rayonu, Azərbaycan
Dəfn yeri Gəncə Şəhidlər Xiyabanı
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 2018—2019 / 2020
Rütbəsi Əsgər
Döyüşlər İkinci Qarabağ müharibəsi
 • Füzulinin azad edilməsi
 • Hadrutun azad edilməsi
 • Şuşanın azad edilməsi
Təltifləri İsa Abbasov İsa Abbasov İsa Abbasov

Həyatı

İsa Abbasov 1996-cı il avqustun 2-də Gəncə şəhərində anadan olub. 2003-2014-cü illərdə Gəncə şəhərində M. Abbaszadə adına 20 nömrəli tam orta məktəbdə təhsil alıb. 2014-2018-ci illərdə isə Gəncə Dövlət Universitetində (GDU) "Tarix müəllimliyi" üzrə ali təhsil alıb. Subay idi.

Hərbi xidməti

İsa Abbasov 2018-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.

Azərbaycan Ordusunun əsgəri olan İsa Abbasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin, Hadrut qəsəbəsininŞuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İsa Abbasov noyabrın 9-da Şuşanın azad edilməsi zamanı şəhid olub. Gəncə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İsa Abbasov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən İsa Abbasov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən İsa Abbasov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Təltifləri

İstinadlar

Tags:

İsa Abbasov Həyatıİsa Abbasov Hərbi xidmətiİsa Abbasov Təltifləriİsa Abbasov İstinadlarİsa Abbasov19962 avqust20209 noyabrAzərbaycanAzərbaycan Silahlı QüvvələriGəncəİkinci Qarabağ müharibəsiŞuşa rayonu

🔥 Trending searches on Wiki Azərbaycanca:

Azərbaycanın palçıq vulkanlarıNaxçıvan Muxtar RespublikasıAzərbaycan gölləriMüxtəsər vurma düsturlarıƏlcəzairZərf (qrammatika)Səudiyyə ƏrəbistanıBöyük Fransa inqilabıKomedixanaCənubi KoreyaTürk Dövlətləri TəşkilatıLimfa düyünləriFuad NəcəfliPulAy təqvimiADA UniversitetiMuğamSuYandexMusiqiBöyrəkLeksikaLütfi ZadəAğqoyunlularQərbi AzərbaycanQanSözün həqiqi mənasıƏdədi silsiləMarketinqZürafəCavanşir MəmmədovSahibkar100 manatlıq əsginasAğdam rayonuQondarma Dağlıq Qarabağ RespublikasıTimsahlarTaktikaQəbələZakir HəsənovAzərbaycanın Milli Qəhrəmanlarının siyahısıMilli Təhlükəsizlik Nazirliyi (Azərbaycan)Orta əsrlərVeysəl Musibov9 May Qələbə GünüQüvvə (fiziki kəmiyyət)Amerika Birləşmiş Ştatları prezidentlərinin siyahısıKompüter qurğularıİngiltərə tarixiSemiramidanın asma bağlarıXarici Kəşfiyyat Xidməti (Azərbaycan)HidrogenİçərişəhərAzərbaycan operasıGöyçə mahalıŞəkərli diabetBraziliyaKöməkçi nitq hissələriQastritVilayət EyvazovNəsrin CavadzadəFacebookBermud üçbucağıCəlil MəmmədquluzadəBronxial astmaŞimali Amerika ölkələrinin siyahısıTovuz rayonuDəvəquşuQuran surələrinin siyahısıDövlətAnarMirməmməd CavadzadəTrapesiyaTransformator🡆 More