Yaponiyanın Xarici Siyasəti

Yaponiya və ABŞ arasında ikitərəfli etimad (təhlükəsizlik) müqavilələri əsasında möhkəmlənmiş münasibətlər Yaponiyanın xarici siyasətinin bünövrəsini təşkil edir.

Yaponiya-ABŞ əlaqələri müharibədən sonrakı dövrdə sürətlə inkişaf etməyə başlamışdır. Yaponiya ABŞ-la əlaqələrini gücləndirməyə və qorumağa səy göstərməklə yanaşı, beynəlxalq ictimaiyyətə də əhəmiyyətli dərəcədə yardım edir. Yaponiyanın Qərbi Avropa ölkələri ilə münasibətləri Yaponiya-ABŞ əlaqələri qədər yaxın deyildir. Lakin güclü və tarazlaşdırılmış üçtərəfli əlaqələrə duyulan ehtiyac Yaponiyanın Avropa ilə əlaqələrini qüvvətləndirmək məcburiyyəti ilə üzləşdirmişdir. Yaponiyanın Asiya-Sakit Okean regionuna daxil olan ölkələrlə əlaqələri sadəcə coğrafi şərtlərlə deyil, eyni zamanda mədəni və tarixi yaxınlıqla da ölçülür. Çoxsaylı yapon şirkətlərinin xarici ölkələrdə fəaliyyət göstərməsi, Cənub Şərqi Asiya Dövlətləri Cəmiyyətinə (ASEAN) üzv olan ölkələrdən Yaponiyaya ixracın sürətlə artması, Yaponiya ilə Asiya-Sakit okean bölgəsi arasında insan mübadiləsinin hiss edilən dərəcədə yüksəlməsi ilə Yaponiyanın son illərdə qeyd olunan regionla münasibətlərini xüsusilə yaxınlaşdırmışdır. Bu şərtlər çərçivəsində iqtisadi sahədə nüfuzlu qüvvəyə malik olan Yaponiyanın Asiya-Sakit Okean bölgəsində inkişaf və tarazlığın təmin edilməsində fəal iştirakı labüddür. Rusiya ilə əlaqələri gəlincə, Yaponiya bu ölkə ilə "şimal əraziləri" problemini həll etməklə sülh müqaviləsi imzalamağa çalışır. Yaponiyanın fikrincə, yalnız bundan sonra iki ölkə arasında münasibətlər tam normallaşacaqdır. Bununla yanaşı, Yaponiya Rusiya]]da islahatların həyata keçirilməsinə müvafiq yardım göstərməyə çalışır. Hatoyama Hökumətinin xarici siyasət xəttinə gətirdiyi digər təşəbbüs "Şərqi Asiya İttifaqının" yaradılması ilə bağlı olmuşdur. Əsas məqsədi Yaponiyanın qonşuları ilə yaxşı münasibətləri planlayan bu təklifin Avropa İttifaqı ideyasından ilham alındığı fikirləri səslənir. Baş Nazir təyin edildikdən dərhal sonra ilk səfərlərini Çin, Cənubi Koreyaya edən və bir sıra Şərqi Asiyada keçirilən yüksək səviyyəli tədbirlərdə iştirak edən Hatoyamanın fikrincə sabiq Baş Nazir Koizumi dövründə lazımsız olaraq pisləşdiyi üçün xüsusilə Çin və Cənubi Koreya ilə münasibətlərin yaxşılaşdırılmasını vacib hesab etmişdir. Bu məqsədlə ortaya atılan Şərqi Asiya İttifaqının yaradılması konseptual olaraq gözəl səslənməsinə baxmayaraq, təşəbbüsün təfsilatına gəlincə DPJ Hökuməti müəmmalı davranır. Yaxın keşmişə nəzər salsaq, LDP Hökumətinin güclü olduğu zamanlarda Baş Nazir Koizumi eyni şəkildə bu ideyanı yaymağa cəhd göstərmiş, hətta Xarici İşlər və İqtisadiyyat, Ticarət və Sənaye Nazirlikləri bu istiqamətdə Şərqi Asiya dövlətləri arasında şərqi asiya cəmiyyətinin qurulması təklifinin gücləndirilməsi üzrə mьxtəlif təkliflər ilə çıxış etmişdilər. Hər nə qədər Baş Nazir Hatoyama çıxış etdiyi xarici siyasi xətti LDP meylindən uzaq tutmaq istəsə də, bir çox təkrarlar və oxşarlıqların davam etdirilməsi qaçınılmaz görünür.

Tags:

ABŞAsiyaAvropaCənub-Şərqi Asiya Ölkələri AssosiasiyasıCənubi KoreyaHatoyama ailəsiQərbi AvropaRusiyaSakit okeanYaponiyaÇin Xalq Respublikası

🔥 Trending searches on Wiki Azərbaycanca:

Əhməd CavadYassin BenziaCəmşid Naxçıvanski adına hərbi liseyMir CəlalFəxrəddin TəhməzovKenquru Beynəlxalq Riyaziyyat MüsabiqəsiAmoksisillinBrakonyerlikNidaQarabağ FKQurban QurbanovNamiq Abbasov (siyasətçi)Göbələklərİlhüseyn HüseynovTəyəmmümİşa namazıÇoxluqlarBirləşmiş Millətlər TəşkilatıAzərbaycan milli-mənəvi dəyərləriSadə ədədKəmaləddin HeydərovII AbbasMolla Nəsrəddin (jurnal)QırğızıstanAzərbaycan Milli QvardiyasıƏməköməciÇinMercedes-BenzSasanilər imperiyasıDurğu işarələriVeysəloğluŞəkilçiArıMenstruasiyaXəzər dənizi adalarının siyahısıGelati monastırıHeydər məscidiYeraltı sularEksponatKartofİnsan hüquqlarıVətən uğrunda medalıİlk tibbi yardımKöməkçi nitq hissələriMəhəmməd Əmin RəsulzadəAzərbaycanMustafa Kamal AtatürkKamran ƏliyevBuenos Ayres KonvensiyasıQulançarKəlmeyi-şəhadətLaçın rayonuTriqonometriyanın əsas düsturlarıOkeanABŞ-nin ştatlarıSovet Sosialist Respublikaları İttifaqıCo BaydenSünnilikŞəkiNyu-Yorkİsmailiyyə SarayıAyaz Mütəllibovİsaak NyutonNəriman İmranovEmin (müğənni)Trapesiyaİntibah dövrüŞirDüzbucaqlı paralelepipedXəritəDaxili İşlər Nazirliyi (Azərbaycan)ModelBərabəryanlı trapesiyaOsmanlı sultanlarının siyahısıKvadratDövlət Təhlükəsizliyi Xidməti (Azərbaycan)Quran surələrinin siyahısı🡆 More