Xorvatiya müharibəsi və ya Xorvatiyanın müstəqilliyi uğrunda müharibə — Xorvatiyanın Yuqoslaviya federal birliyindən çıxması nəticəsində baş vermiş hərbi münaqişədir.
Müharibə Deyton sazişisinin bağlanması və Xorvatiyanın müstəqillik qazanması ilə nəticələnmişdir. Yuqoslav müharibəsinin bir hissəsi kimi tarixə Balkanlarda ən qanlı münaqişələrdən biri kimi düşüb.
Xorvatiya müharibəsi | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Yuqoslaviya müharibəsinin bir hissəsi | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Tarix | 31 mart 1991-12 noyabr 1995 | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Yeri | Xorvatiya | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Səbəbi | Xorvatiyanın öz müstəqilliyini elan etməsi | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Nəticəsi | Xorvatiyanın qələbəsi | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Ərazi dəyişikliyi | Xorvatiya Yuqoslaviyadan ayrılır. Yuqoslaviyanın parçalanması davam edir | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Münaqişə tərəfləri | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Komandan(lar) | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
İtkilər | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
a Serblər tərəfindən idarə olunan Yuqoslav Silahlı Qüvvələrinin (YSQ) hərbi hissələri müharibədə 1991-ci ilə qədər vuruşmuşlar. 1992-ci ildən başlayaraq milliyətçə serblərin çoxluq təşkil etdiyi birləşmələr Serbskaya Krayina Respublikası ordusunda döyüşürdülər. b Bosniya və Herseqovina münaqişədə aktiv olaraq yalnız 1995-ci ildə Tufan əməliyyatında iştirak edib. Tam olaraq Bosniya və Herseqovina ordusunun V korpusu ilə Xorvatiya silahlı qüvvələri əməliyyatları, 1995-ci ildə Vaşinqton sazişinin imzalanması ilə sona bitibdir. | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
TarixiSerblər müasir Xorvatiya ərazilərində XIV əsrdən etibarən kompakt şəkildə yaşamışlar. Serblərin bu ərazilərdə sayca çoxalma səbəbi ilk növbədə Osmanlı İmperiyasının ələ keçirdiyi torpaqlardan Xorvatiyaya çoxlu qaçqınlarının gəlməsi olmuşdur. 1918-ci ildən Xorvatiya Yuqoslaviyanın tərkibində olmasına baxmayaraq İkinci dünya müharibəsi dövründə müstəqillik qazanmışdır. Yeni müstəqillik qazanmış ölkə Üçüncü Reyx ilə sıx əməkdaşlıq edirdi. Lakin bu dövrdə (1941-ci ildə) serb hərbi birləşmələri də Üçüncü reyx tərəfindən çıxış etmiş və balkan müsəlmanları ilə xorvatlara qarşı etnik təmizləmələr aparmışdır. Ancaq ölkənin müstəqilliyi İkinci dünya müharibəsində Üçüncü reyxin məğlub olması və şərq cəbhəsinin irəliləməsi nəticəsində sona bitir. Yuqoslaviyanın dağılmasıYuqoslaviyada xalqlararası münasibətlərin gərgin olduğu dövrdə Xorvatiya Konstitusiyasına dəyişiklik edilərək "Xorvatiya xorvat xalqının dövlətidir" əlavəsi artırılır. İşçi yazışmasının kiril əlifbası ilə aparılmasına qadağa qoyulur. Buna cavab olaraq Xorvatiya Sosialist Respublikasının (o dövrdə Yuqoslaviyanın federal üzvlərindən biri) inzibati əraziləri daxilində yaşayan serblər 1990-cı ilin dekabrında Serb muxtar vilayəti Krayinanı elan edirlər. 1991-ci ildə krayina serbləri Xorvatiyanın tərkibindən çıxmaq və Serb Respublikasına birləşmək üçün referendum keçirirlər və səsvermədə (serb mənbələrinə görə) əhalinin çoxu təklifə razılıq verir. 25 iyul 1991-ci ildə Xorvatiya Sloveniya ilə birlikdə Yuqoslaviyadan öz müstəqilliyini elan edir. Bununla da Yuqoslaviyanın parçalanması davam edir. Müharibə1991-ci ilin iyun-iyul aylarında Yuqoslav Silahlı Qüvvələri Sloveniyada qısa müddətli uğursuz hərbi əməliyyatlar keçirir. Ölkənin müstəqilliyini labüd olduğunu anlayan yuqoslav mərkəzi hökuməti bütün gücünü müstəqilliyini yeni elan etmiş xorvat dövlətinə qarşı döndərir və yuqoslav ordusu daxili xorvat polis hissələri ilə döyüşə cəlb olunur. Genişmiqyaslı müharibə 1991-ci ilin avqust ayında başlayır. YSQ-nin zirehli texnika, artilleriya və havada tamamilə üstünlüyə malik olmasına baxmayaraq, ümumilikdə qeyri-effektiv əməliyyatlar aparırdı. Bəzi ekspertlərin rəyinə görə buna səbəb ordunun daxili yox, xarici təcavüzə qarşı yaradılması səbəbi idi. Müharibə ərzində ən böyük hadisələrdən biri Dubrovnik ilə Vukovarın mühasirəsi olub. Dekabr ayında, müharibənin ən qızğın dövründə Serbskaya Krayina Respublikası elan edilir. 1992-ci ilin yanvarında tərəflər arasında yenidən atəşkəs razılaşması bağlanır (sayca 10-cu). Məhz bu razılaşma əsas hərbi əməliyyatları dayandırır və həmin ilin martında ölkəyə BMT-nin (UNPROFOR missiyası) sülhməramlı qoşunları yeridilir. 1991-ci ilin nəticəsinə görə Xorvatiya müstəqilliyini qorumuş, lakin serblərin çoxluq təşkil etdiyi əraziləri itirmişdir. Növbədi üç il ərzində Xorvatiya öz daimi ordusunu gücləndirərək qonşu Bosniya və Herseqovinada vətəndaş müharibəsində iştirak edir və Serbskaya Krayinaya qarşı bir neçə hərbi əməliyyatlar keçirir. 1992-1995-ci illər arası müharibənin aktiv fazası yenidən başlayır. 1995-ci ildən SKR beynəlxalq birliyin mərkəz Belqrad, Serbiyaya təzyiqi nəticəsində tamamilə dəstəyi itirir. Xorvatiya "İldırım" əməliyyatı çərçivəsində qərbi Slavoniyanı ələ keçirir. Buna cavab olaraq paytaxt Zaqreb serblər tərəfindən güclü raket atəşinə tutulur. Raket atəşi nəticəsində 7 nəfər ölür, 175-dən çox mülki əhali yaralanır. Bir çox xorvat şəhərləri müharibə ərzində SKR əsgərləri və partizan serb döyüşçüləri tərəfindən Bosniya və Herseqovina, Monteneqro və Serbiya ərazilərindən raket atəşinə tutulurdu. Ən çox zərbə endirilən şəhərlər sırasına Vukovora, Broda (Vučjak dağından) və Jupanye (1000 gündən çox) daxildir. 1995-ci ilin avqustunda xorvat ordusu "Tufan" əməliyyatını keçirir və bir neçə günə krayina serblərinin müdafiə xəttini yarır. Serbskaya Krayinanın süqutu serblərin bu ərazilərdən kütləvi çıxmasına gətirib çıxarır. Dörd gün sonra Xorvatiyanı 150-200.000 serb tərk edir. Ancaq RSK mənbələri (Kovačević, Sekulić, Vrcelj) serblərin evakuasiyasının əvvəlcədən planlaşdırıldığı və təşkil edildiyini təsdiq etmişlər. (mənbə: Ədəbiyyat bölməsinə bax) BBC müxbirlərinin sözlərinə görə bəzi şəhərlərə xorvat ordusu tamamilə boşalmış halda daxil olublar. Serbskaya Krayinadan 200.000 etnik serblərin qaçqın düşdüyünü də məhz BBC yayımlamışdır. Öz torpaqlarında müvəffəqiyyət qazanmış xorvat ordusu qonşu Bosniya və Herseqovinaya daxil olur və orada müsəlmanlarla birlikdə bosniya serblərinə qarşı hücuma başlayır. NATO-nun münaqişəyə girişi nəticəsində oktyabrda atəşkəs razılaşdırılır, 1995-ci il, dekabr ayının 14-də isə keçmiş Yuqoslaviyada hərbi əməliyyatları sona bitirən Deyton sazişi imzalanır. Əsas hadisələrin xronologiyası
İtkilərHər iki tərəfdən çoxlu sayda qaçqınlar vardır. Serbskaya Krayina Respublikasından 1991-1995-ci illər arası 160 min etnik xorvat qovulmuşdur. Eyni zamanda Yuqoslaviyanın qırmızı xaç cəmiyyəti Xorvatiyadan 250 min etnik serb qaçqını qeydə almışdır. Bir çox mənbələr hər iki tərəfdən 20.000 insanın həlak olmasını iddia edir. Xorvatların itkisi 12.000-13.000 həlak olan və itkin düşən təşkil edir. Polkovnik İvan Qruiçin sözlərinə görə 12.000 nəfər həlak olmuş və ya itkin düşmüşdür ki, onlardan 6788-i əsgər, 4508 nəfəri isə mülki əhalidəndir. 1996-cı ildən Xorvatiyanın rəsmi mövqeyinə görə 12.000 ölən, 35.000 yaralanan olmuş, 18000 mənzil məhv edilmiş iqtisadiyyat 25% dağıdılaraq ölkəyə 27 milyard ABŞ dolları dəyərində ziyan dəymişdir. Təxminən 196.000-221.000 arası xorvat müharibə nəticəsində yurdlarından didərgin düşmürdür. BMT kimi digər mənbələrdə 500 mindən çox qeyri-serblərin və xorvatların, serblərin ələ keçirdiyi ərazilərdən qaçqın düşdüyü bildirilir. ATƏT-in hesabatına görə 2006-cı ildə 221.000 qaçqın düşmüş əhalidən 218 mini yurdlarına qayıtmışdır. Qeyd edilir ki, müharibədə mülki əhalinin qaçqın düşməsi əsasən Yuqoslav Silahlı Qüvvələrinin 1991-1992-ci illər arası müharibədə iştirakı dövrünə düşür. Belqradda yerləşən qeyri-hökumət təşkilatı "Veritasın" siyahısına əsasən Serbskaya Krayina Respublikasından 6780 nəfər həlak olmuş və itkin düşmüşdür. Onlardan 4324-ü döyüşçü, 2344-ü isə mülki əhali olub. Həlak olan və itkin düşənlərin çoxusu 1991-ci ilin yazına (2442) və 1995-ci ilə (2394) düşür. Ən çox ölüm Şimali Dalmatiyada baş verib (1632). YSQ rəsmi açıqlamada öz tərəfindən ölənlərin sayını 1279 nəfər göstərmişdir. Ancaq çox yəqin ki, bu məlumat saxtalaşdırılıb və say süni olaraq aşağı salınıb. Məlumat var ki, Yuqoslav Silahlı Qüvvələrinin bir briqadadakı itkini rəsmi açıqlamada 2 nəfərin yüngül yaralandığını bildirsə də reallıqda xorvat ordusunun zərbələri nəticəsində 5 nəfərin öldüyü, 150 nəfərin isə yaralandığı məlum olurdu. Serb mənbələrinə görə ümumilikdə 447.316 nəfər etnik serb qaçqın düşüb. Onlardan 120.000 nəfəri 1991-1993-cü illə arası, 250 min nəfəri isə "Tufan" əməliyyatından sonra qaçqın düşüb. Bir çox beynəlxalq mənbələr 300.000 serbin qaçqın düşdüyünü bildirir. "Beynəlxalq amnistiya" təşkilarının məlumatlarına görə 300.000 serb 1991-1995-ci illər arası qaçqın düşmüş, onlardan yalnız 117 mini 2005-ci ildə müharibədən əvvəl yaşadığı ərazilərə geri qayıtmışdır. ATƏT-in məlumatlarına əsasən isə 300.000 müharibə zamanı qaçqın düşmüş, onlardan 120 min nəfəri 2006-cı ildə müharibədən əvvəl yaşadığı ərazilərə geri qayıtmışdır. Buna baxmayaraq bəzi mənbələrə görə rəqəmlər dəqiq olmaya bilər. BMT-nin verdiyi məlumata əsasən 2008-ci ildə Xorvatiyaya qayıdan 125 min nəfəri rəsmi olaraq qeydə almışdır. Onlardan 55 min nəfəri, həmişəlik ölkədə qalacaqlarını bildirilmişdir. İstinadlarƏdəbiyyat
Mədəniyyətdə
Xarici keçidlər
This article uses material from the Wikipedia Azərbaycanca article Xorvatiya müharibəsi, which is released under the Creative Commons Attribution-ShareAlike 3.0 license ("CC BY-SA 3.0"); additional terms may apply (view authors). Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır. Images, videos and audio are available under their respective licenses. Tags:Xorvatiya Müharibəsi TarixiXorvatiya Müharibəsi Yuqoslaviyanın dağılmasıXorvatiya Müharibəsi MüharibəXorvatiya Müharibəsi Əsas hadisələrin xronologiyasıXorvatiya Müharibəsi İtkilərXorvatiya Müharibəsi İstinadlarXorvatiya Müharibəsi ƏdəbiyyatXorvatiya Müharibəsi MədəniyyətdəXorvatiya Müharibəsi Xarici keçidlərXorvatiya MüharibəsiBalkanlarDeyton sazişiXorvatiyaYuqoslaviya🔥 Trending searches on Wiki Azərbaycanca:AğdamFutbolNeft Daşlarının 25 illiyi (film, 1975)İsmin hallanmasıŞirMəhəmmədAtropatenaAzərbaycanda Novruz bayramıNüvə silahıXərçəng xəstəliyiTünzalə ƏliyevaEmin Mahmudov (futbolçu)Əli XameneiBirləşmiş Millətlər TəşkilatıYovşanKağızTrapesiyaRəşid Mahmudov (fizioloq)Fövqəladə vəziyyətDüzbucaqlıFərhad ƏhmədovParasetamolZeynəb XanlarovaMir CəlalXəzər Lənkəran FKAzərbaycan gerbiXudayar YusifzadəAzərbaycanlılarMustafa Kamal AtatürkModal sözlərİmprovizasiyaMəxmərəkAzərbaycan Dövlət İqtisad UniversitetiBabəkCəfər CabbarlıAygün KazımovaFətəli xan XoyskiXəbər (qrammatika)Barmaq izləriHeyvanların qorunmasıNeftçi PFKKompüter qurğularıAvstriyaBabilTabesiz mürəkkəb cümlələrGəncə qapılarıQız qalasıŞimali AmerikaAzərbaycan Qızıl Aypara CəmiyyətiRövşən LənkəranskiƏsas nitq hissələriApp StoreAzərbaycan siyasi partiyalarının siyahısıMeşəGürcüstanAzərbaycan çaylarıƏliağa ŞıxlinskiAtAzərbaycan operasıÖlkə paytaxtlarının siyahısıAğac kömürüİsmayıllı rayonuAzərbaycanın quşlarıQuba rayonuDənizCümləİnternetTarixRəqəmMöminə Xatun türbəsiEgey dəniziAzərbaycan manatıİsveçrəYəhudilərPolad dirəklər üzərində şəhər (film, 1975)Prezidentin Təhlükəsizlik Xidməti (Azərbaycan)🡆 More |