Xvi Karl Qustav

XVI Karl Qustav (isv.

Qustav Adolf Bernadot və Sibilla Sakse-Koburq-Qotanın tək oğludur. Atası öldüyü üçün taxta babasından sonra o keçmişdir.

XVI Karl Qustav
Carl Gustaf Folke Hubertus
Xvi Karl Qustav
bayraq
İsveç kralı və Yamtlandiya hersoqu
1973 – davam edir
Baş nazirOlof Palme
Thorbjörn Fälldin
Ola Ullsten
Thorbjörn Felldin
Olof Palme
İnqvar Karlsson
Karl Bildt
İnqvar Karlsson
Göran Persson
Fredrik Reinfeldt
ƏvvəlkiVI Qustav
Sonrakıyoxdur
Şəxsi məlumatlar
Doğum adı Carl Gustaf Folke Hubertus
Doğum tarixi (77 yaş)
Doğum yeri Stokholm
Təhsili
Fəaliyyəti donanma zabiti[d]
Atası Qustav Adolf Bernadot
Anası Sibilla Sakse-Koburq-Qota
Həyat yoldaşı Silvia Sommerlat
Uşaqları

Viktoriya Bernadot

Karl Filip Edmund Bertil Bernadot
Madeleyn Tereza Ameliya Jozefina Bernadot
Ailəsi Bernadotlar sülaləsi
Dini Lüteranizm
Hərbi xidmət
Mənsubiyyəti İsveç
Rütbəsi Admiral

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Uşaqlığı

Karl Qustav 1946-cı ildə Stokholmda anadan olmuşdur. Onu xaç suyuna Uppsala arxiyepiskopu Erlinq Eydem salmışdı. O anadan olan kimi Yamtland hersoqu tituluna sahib olmuşdur. Atası erkən yaşda öldüyü üçün 4 bacısı ilə babasının yanında böyüyən Karl Qustav bu haqda 2005-ci ildə bir nitqində danışmışdı. Orta təhsili bitirdikdən İsveç Donanması, İsveç Ordusu və İsveç Hava Qüvvələrində 2 il yarım təhsil görən Karl donanmada leytenant, orduda isə kapitan rütbəsinəcən yüksəldi. Uppsala UniversitetiStokholm Universitetini bitirən Karl bir çox xarici şirkətdə idarəetmə barədə təlim keçdi.

Krallığı

1973-cü il, sentyabrın 15-i təntənəli şəkildə kral olan Karl İsveç kralları içində ən qısa titul işlədən adam olmuşdur. Belə ki, o babasının "Tanrının izni ilə İsveçlilərin, QotlarınVendlərin kralı" (lat. Dei Gratia Suecorum, Gothorum et Vandalorum Rex) titulundan imtina etmişdir. Özünə xüsusi şüar hazırlatmışdır. Kralın hüququ və vəzifəsi çox azdır. O təkcə mərasimlərdə vəzifə yerinə yetirir, açılışlar edir. Baş naziri təyin edə bilmir. Onun vəzifələri arasında xaricə rəsmi səfərlər etmək və qonaq qəbul etmək, parlament sessiyaları açmaq və postuna yeni gəlmiş xarici dövlət başçılarına təbrik məktubları yazmaqdır. O, həm də hər il Nobel mükafatını təqdim edir.

Ailəsi

Kral 1976-cı ildə Silvia Sommerlat ilə evləndi. Onların toy mərasimində ABBA qrupu "Dancing Queen" adlı mahnılarını ifa etmişdi. Onların üç övladı var:

  • Viktoriya Bernadot — vəliəhd, Vasterqotlandiya hersoqinyası — 1977-ci ilin 14 iyul tarixində anadan olmuşdu. 2010-cu ildə isə Daniel Veslinq ilə evlənmişdi. 1980-ci ildə qəbul edilən qanuna görə kralın bütün övladları bərabər vəliəhdlik hüququna malikdir. Yəni vəliəhd qadın da ola bilər. Buna görə də vəliəhdlik kiçik qardaşından sonra Viktoriyaya keçmişdi. İndiki kralın ölümündən sonra taxt Viktoriyanın olacaq.
  • Karl Filip Edmund Bertil Bernadot — Vermlandiya hersoqu. 13 may 1979-cu ildə anadan olmuşdu.
  • Madeleyn Tereza Ameliya Jozefina Bernadot — Halsinqlandiya və Qastriklandiya hersoqinyası. 10 iyun 1982-ci ildə anadan olmuşdu.

Kral indiki bütün Avropa monarxları ilə qohumdur.

İstinadlar

Tags:

Xvi Karl Qustav UşaqlığıXvi Karl Qustav KrallığıXvi Karl Qustav AiləsiXvi Karl Qustav İstinadlarXvi Karl Qustav194630 aprelQustav Adolf Bernadotd:Q45068İsveç diliİsveç kralı

🔥 Trending searches on Wiki Azərbaycanca:

Vikipediya5 manatlıq əsginasAzərbaycan mətbəxiAzərbaycan (tarixi ərazi)Azərbaycanda təhsilAzərbaycan toy adətləriAzərbaycanın iqtisadi rayonlarıDərman zəncirotuFormula 1Azərbaycan təbiətiÖvrə xəstəliyiQazax rayonuSəhraArif PaşayevBeşinci nəsil qırıcıDünyanın möcüzələriDövlət Təhlükəsizliyi Xidməti (Azərbaycan)Əli XameneiZakir HəsənovÜzeyir MehdizadəMasonluqİsgəndəriyyə mayakıİsimNəsirəddin TusiAzərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya AktıMiqrasiyaEnerjiMüstəqilliyin Bərpası Günü (Azərbaycan)HemoqlobinAsiya ölkələrinin siyahısıƏhməd CavadƏsas nitq hissələriAzərbaycan himniQulaqdibi xəstəliyiMədəaltı vəziQoç (astrologiya)MonteneqroMəhəmməd HadiƏtraf mühitDünya ölkələrinin siyahısıÇobanyastığıBöyük QafqazUşaqlıq (anatomiya)GürcüstanBabəkYazıƏvəzlikŞuşanın azad edilməsiMilli Məclis (Azərbaycan)ZəngəzurDövlət bayraqlarının siyahısıLaçın rayonuİsveçErmənistanEpilepsiyaOksigenQulançarNizami GəncəviAzərbaycan Milli Elmlər AkademiyasıMehriban ƏliyevaPaleolitKönül KərimovaKonusDəvəquşuAzərbaycan Sovet Sosialist RespublikasıSıxlıqUlduzKürSüni intellektFacebookSinonimAzərbaycan Respublikası Dövlət Neft ŞirkətiBucaqSumqayıtGöyçə mahalıİnteqral🡆 More