Vulstorp Malikanəsi

Vulstorp malikanəsi (ing.

İsaak Nyutonun doğum yeri və ailə evi olub. O, burada 25 dekabr 1642-ci ildə anadan olub. Həmin dövrdə malikanə yemonun ferması idi, burada əsasən qoyun yetişdirmə ilə məşğul olurdular.

Vulstorp malikanəsi
Woolsthorpe Manor
Vulstorp Malikanəsi
Ölkə
Yerləşir Vulstrop-bay-Kolstervort, Linkolnşir
Aidiyyatı Milli Fond
Tikilmə tarixi XVII əsr
Üslubu malikanə
Rəsmi sayt nationaltrust.org.uk/woo…
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Haqqında

1666-cı ildə Kembric Universiteti vəbaya görə bağlananda Nyuton malikanəyə qayıtmışdır. O, burada bir çox məşhur təcrübəsini (əsasən işıq və optika) aparmışdır. Deyilənə görə Nyuton məhz burada ağacdan almanın düşməsini müşahidə etmiş və bu, ona ümumdünya cazibə qanunu verməyə ilhamlandırıb.

Hazırda Milli Fondun nəzarəti altında olan malikanə ilin bütün vaxtı ictimaiyyətə açıqdır və tipik XVII əsr yemon ferması kimi təqdim olunur, lakin Nyutonun vaxtından bu yana müasir yaşayış, sağlamlıq və təhlükəsizlik tələblərinə uyğun bəzi dəyişikliklər edilmişdir.

Bir zamanlar özəl mülk olan evin yeni əraziləri 2003-cü ildə ictimaiyyətə açılmışdır. Arxa hissələr (taxıl anbarına tərəf aparırdı) yenidən tikilib, qədim divarlarla əhatə olunmuş mətbəx bağçası (evin arxası) yenidən bərpa olunub.

Köhnə ferma binalarından biri fizika cihazları təchiz olunub və ziyarətçilər Nyuton tərəfindən öyrənilən fiziki prinsipləri təcrübə edə bilərlər.

Malikanə I dərəcəli tikili kimi qorunur.

Vulstorp-bay Kolstervort (Linkolnşirdə yerləşən Vulstorp-bay-Belvoyr ilə qarışdırılmamalı) XVII əsrdə bir neçə evdən ibarət olan kəndcikdən bir neçə yüz evdən ibarət balaca qəsəbəyə çevrilib. Vulstorp malikanəsinin malik olduğu orijinal torpaqların çox hissəsi yaxınlıqdakı bir ailəyə satılıb. Malikanə qəsəbənin kənarında yerləşir və əsasən boş otlaqlarla əhatə olunub.

Populyar mədəniyyətdə

  • "Kosmos: Kosmik Odissey" televiziya verilişinin 3-cü və 10-cu buraxılışlarından planetlərin hərəkətindən və Nyutonun bu məsələyə münasibətindən danışılarkən Vultstorp malikanəsi göstərilir.

Həmçinin bax

  • İsaak Nyutonun ilk illəri və uğurları

İstinadlar

Xarici keçidlər

Tags:

Vulstorp Malikanəsi HaqqındaVulstorp Malikanəsi Populyar mədəniyyətdəVulstorp Malikanəsi Həmçinin baxVulstorp Malikanəsi İstinadlarVulstorp Malikanəsi Xarici keçidlərVulstorp Malikanəsiİngilis diliİngiltərəİsaak Nyuton

🔥 Trending searches on Wiki Azərbaycanca:

VulkanX KristianNeftçi–Qarabağ rəqabətiMüşfiq ağılarıTeymurilərin Azərbaycana yürüşləriSilindrABŞ-nin ştatlarıAğdamMeningitÖlkə paytaxtlarının siyahısıKürNəqli cümləZürafəGədəbəy rayonuEldənizlərHüseyn ibn ƏliMasallı rayonuİnsan penisiTovuz rayonuLogistikaİnsan hüquqlarıLyambliyozƏməliyyat sistemiİsrail tarixiİsimİbn SinaDurğu işarələriƏl-XarəzmiBu şəhərdə kimsə yoxdurƏlifbaSual cümləsiKəmaləddin HeydərovŞirvan (Azərbaycan)Ağdaş rayonuSəfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətiİlk tibbi yardımCümləProqram təminatıBaş Prokurorluq (Azərbaycan)Elmar MəmmədyarovAlbert EynşteynI İsmayılAzərbaycan Respublikası yol nişanlarıİlanlarRozmarinKükürdYasəmənNyuton qanunlarıSınıqlarCənubi AzərbaycanMetroTolerantlıqTabesiz mürəkkəb cümlələrİnformasiya texnologiyalarıRoma mifologiyasıSoyuq müharibəAbdulla ŞaiqKvadrat tənlikParaleloqramBirləşmiş KrallıqMərkəzi Park (Bakı)Skelet (insan)BraziliyaYol nişanlarıSultan Süleyman QanuniEhtirasMəhəmməd peyğəmbərin evlilikləriQızlıq pərdəsiAzərbaycan folkloruİntibah dövrüKompüterPakistanTürk xalqlarıSəfəvi–Osmanlı müharibələriTəyinİnformasiya təhlükəsizliyiBalxaş🡆 More