Vltava Çayı

Vltava çayı — Elba çayının qolu olub, Çexiyanın ən uzun çayıdır.

Çayın uzunluğu 430 kilometrdir. Çay Bohemiya meşəsi boyunca cənub-şərqə doğru axır və sonra Çeski Krumlov, Çeske Budejovice və Praqanı keçərək Bohemiyanın şimalına tərəf axıraq, Melnikdə Elba çayı ilə birləşir. Ümumilikdə çay "Çex milli çayı" kimi adlanır. Çayda hər il avarçəkmə turları keçirilir. Vltava çayı Çexiyanın ən önəmli turizm mənbəyidir.

Vltava
Vltava çayı, Praqa
Vltava çayı, Praqa
Ölkə Vltava Çayı Çexiya
Regionlar
  • Cənubi Bohemiya
  • Mərkəzi Bohemiya
Şəhərlər
  • Český Krumlov
  • České Budějoviç
  • Praqa
Mənbəyi Bohemiya meşəsi
 • Yüksəkliyi 1172 m
Mənsəbi Elba çayı, Melnik
 • Yüksəkliyi 155 m
Uzunluğu 430 km
Su sərfi 149,9 m³/s
Hövzəsinin sahəsi 28.000 km²
Tökülən çaylar Soltərəfdən Otava, Berounka çayları; sağ tərəfdən Lužnice, Sázava çayları
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ümumi məlumat

Vltava çayı 430 km (270 mil) uzunluğundadır və sistemin sahəsi 28.090 kvadrat kilometr (10.850 kvadrat metr) ölçüdə Bohemiyanın yarısından və Çexiyanın bütün ərazisinin təxminən üçdə birindən çoxunu təşkil edir. Praqadan axdığı hissədə 18 körpü (aşağıda göstərilən məşhur Çarlz körpüsü daxil olmaqla) vasitəsilə kəsilib və uzunluğu şəhər daxilində 31 kilometr (19 mil) əhatə edir. Vinohrad Su Qalası (Vinohrady Water Tower) nasos əməliyyatları dayandırılan vaxta, 1912-ci ilə qədə çayın suyundan içməli su kimi sitifadə olunurdu. Lakin, içməli su mənbəyinin iflasa uğraması səbəbiylə Zelivka və Karane mənbələrindən su təchizatı təmir edilir. Belə hadisələr üçün üzərində Podoli su emalı zavodu yerləşir və çayın yuxarı axınının uzun hissəsi ikinci dərəcəli çirklənmənın qarşısının alınması üçün Podolí su emalı zavodu ciddi nəzarəti altındadır.

Çayın üzərində 1950-ci illərdə bir neçə bənd inşa edilmişdir. Orlik bəndi Vltava hövzəsində ən böyük su anbarını saxlayır, Bohem meşəsində (Çex dilində: Šumava) Lipno bəndi sahəsi ilə ən böyük su anbarını saxlayır. Praqanın şimalında Stěchovice su anbarı Jon küçəsinin kandarında tikilmişdir.

Vltava Çayı 
Vltava çayının Çarls körpüsündən axması, Praqa

Mənbədən mənsəbə qədər olan hündürlük fərqi təxminən 1016 metrdir (3,333 ft) və mənbədən ən böyük axın isə Çernı Potok (Black Brook, AKA Teplá Vltava) adlanır. Vltava özü iki axının: daha uzun Mülayim Vltava (Teplá Vltava) və Bavariyada başlıyan Soyuq Vltava (Studená Vltava) birləşməsindən yaranır. Vltava axını boyu çoxlu qollar qəbul edir. Bunlardan ən böyüyü sol tərəfdən Otava və Berounka, sağ tərəfdən isə Lužnice və Sázava çaylarıdır. Çayın Český Krumlov ətrafındakı hissəsi (xüsusilə Vişší Broddan Boršov nad Vltavou-a qədər) su turizmi üçün çox məşhur bir yerdir.

Etimologiyası

Çex adı Vltava və alman adı Moldau köhnə alman dili sözlərindən wilt ahwa ("yabanı su") gəlir. Annales Fuldensdə (872-ci ildə) Fuldaha adlanır; 1113-cü ildən bu Wultha kimi təsdiq edilmişdir. Xronika Boemorum'da (1125-ci ildə) Bohemiya formasında ilk dəfə Wlitaua kimi təsdiq edilmişdir.

Digər tərəfdən, Ukraynada alman mənşəli izləri olmayan Ltava çayı var. Bu çay üzərində qəsəbənin adı 1174-cü ildə Hipatian Çronikl'da çəkilmişdir, ənənəvi olaraq Ukraynanın Poltava şəhərinin adı ilə bağlıdır. Ltava etimologiyasını təsvir edən bir çox nəzəriyyə var.

Daşqınlar

Vltava çayı hövzəsi tarixi boyunca bir neçə dəfə daşmışdır. Qeydiyyatçılar çay sahillərində 1784, 1845, 1890, 1940-cı illərdə və 2002-ci ildə ən yüksək daşqın su xəttini təyin edən etmişdilər.

Həmin ilin avqustunda çay daşqını bir neçə insanı öldürməsi və ərazi korlanması və Praqa hissəsi də daxil olmaqla, çayın məcaradan çıxması 2002-ci ildə Avropa daşqınlarına ağır təsir göstərmişdir. Çay üzərində Praqada ən qədim Çarlz körpüsü ciddi şəkildə zədələndi və körpünün təmir işləri uzun müddət tələb edirdi.

Praqanı yenidən 2013-cü ildə su basdı. Paraqa zooparkı da daxil olmaqla, Vltava və Elba hövzələrindəki bir çox məskunlaşma yerləri su altında qalmışdır. Lakin tarixi şəhər mərkəzini qorumaq üçün Vltava sahillərində metal səddlər tikildi.

Bəndlər

Su axımını tənzimləmək və hidroelektrik enerji istehsal etmək üçün Vltava çayı üzərində 9 hidroelektrik bənd inşa edilmişdir. Başlıca sularda başlayanlar: Lipno, Lipno II, Hněvkovice, Kořensko, Orlík, Kamýk, Slapy, Štěchovice və Vrané.

Mədəniyyət və elmə istinadlar

Çexiya bəstəkarı Bedrix Smetana tərəfindən klassik musiqinin ən tanınmış əsərlərindən biri Vltava'dır, adətən ingilis dilində Moldau adlanır. Əsər klassik musiqinin romantik dövründəndir və çayın Bohemiyadan keçən hissəsinin musiqili təsviridir (qulaq as).

1973-cü ildə Sovet astronomu Nikolay Stepanoviç Çernıh tərəfindən aşkar edilən kiçik bir planet 2123 Vltava çayın adı ilə adlandırılıb. [11]

Smetananın simfonik şeiri də Bertolt Brext tərəfindən eyni adlı bir mahnıya ilham verdi. John Willett tərəfindən əsərin ingilis versiyası, Moldauda çay daşlarının yerdəyişməsi, aşağı dərinə getməsi ilə xüsusiyyətlənir/ Praqada uzaqda səpələnmiş üç ölü imperatorlar.

Həmçinin bax

İstinadlar

Tags:

Vltava Çayı Ümumi məlumatVltava Çayı EtimologiyasıVltava Çayı DaşqınlarVltava Çayı BəndlərVltava Çayı Mədəniyyət və elmə istinadlarVltava Çayı Həmçinin baxVltava Çayı İstinadlarVltava ÇayıElba çayıPraqaTurizmÇexiya

🔥 Trending searches on Wiki Azərbaycanca:

SalamArximed qanunuŞirvanşahlar dövlətiAsiya ölkələrinin siyahısıLeykozTəbii zonalarOğlaq (astrologiya)SufizmRozmarinAyna SultanovaKəpəz PFKSahələrinə görə ölkələrin və ərazilərin siyahısıQobustan Dövlət Tarixi-Bədii QoruğuİnternetCənubi Koreya0Artur RasizadəAzərbaycan Premyer LiqasıHəcmİsmin hallanmasıTabeli mürəkkəb cümləAzərbaycan Sovet Sosialist RespublikasıMaddələr mübadiləsiManipulyasiyaXəyalə QuliyevaXaqani ŞirvaniLakkadiv adalarıİnklüziv təhsilBarselona FKAzərbaycan Hərbi Hava QüvvələriAzərbaycan milli geyimləriÇin Xalq RespublikasıBöyrəkXeops ehramıRoma imperiyasıElnarə AbdullayevaAzərbaycan Qırmızı KitabıHəzi AslanovQəhvəBərabəryanlı trapesiyaNAzərbaycanın Milli Qəhrəmanlarının siyahısıMir Mövsüm AğaQanuni oğruFikrət Əmirovİkinci Qarabağ müharibəsinin xronologiyasıLotu QuliFirdovsi AtakişiyevAbbasqulu ağa BakıxanovZəlzələAprel işğalıMüxtəsər vurma düsturlarıBöyük Britaniyanın Baş nazirlərinin siyahısıRənglər siyahısıTarixMatrisAzərbaycan Hərbi Dəniz Qüvvələri28 aprelMultikulturalizmVitaminlərAzərbaycanın ali təhsil müəssisələrinin siyahısıZeynəb XanlarovaƏhalisinə görə ölkələrin siyahısıSintaktik əlaqələrAzərbaycan rəssamlarının siyahısıŞamaxı rayonuAzərbaycan qoruqlarıKəpənəklərNaxçıvanNamazŞirvanşahlar sarayıAy təqvimiTalışlarUEFA Çempionlar LiqasıRamiz ZeynalovTəbii ehtiyatlarƏdatTəvəssül duası🡆 More