Kiçik Gizir Tural Abdullayev

Tural Bəylər oğlu Abdullayev (9 dekabr 1993; Xocavənd rayonu, Azərbaycan — 28 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi.

Tural Abdullayev
Kiçik Gizir Tural Abdullayev
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Xocavənd rayonu, Azərbaycan
Vəfat tarixi (26 yaşında)
Vəfat yeri Füzuli rayonu, Azərbaycan
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 2012—2020
Rütbəsi Kiçik Gizir Tural Abdullayev Kiçik gizir
Döyüşlər İkinci Qarabağ müharibəsi
 • Cəbrayılın azad edilməsi
 • Hadrutun azad edilməsi
 • Füzulinin azad edilməsi
Təltifləri Kiçik Gizir Tural Abdullayev Kiçik Gizir Tural Abdullayev Kiçik Gizir Tural Abdullayev Kiçik Gizir Tural Abdullayev Kiçik Gizir Tural Abdullayev

Həyatı

Tural Abdullayev 1993-cü il dekabrın 9-da Xocavənd rayonunda anadan olub. Əslən Xocavənd rayonunun Tuğ kəndindən idi.

Hərbi xidməti

Tural Abdullayev 2010-2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2012-ci ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.

Azərbaycan Ordusunun kiçik giziri olan Tural Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Hadrut qəsəbəsininFüzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Tural Abdullayev oktyabrın 28-də Füzulinin azad edilməsi zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tural Abdullayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Tural Abdullayev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Tural Abdullayev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Tural Abdullayev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Tural Abdullayev Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.

Təltifləri

İstinadlar

Tags:

Kiçik Gizir Tural Abdullayev HəyatıKiçik Gizir Tural Abdullayev Hərbi xidmətiKiçik Gizir Tural Abdullayev TəltifləriKiçik Gizir Tural Abdullayev İstinadlarKiçik Gizir Tural Abdullayev1993202028 oktyabr9 dekabrAzərbaycanAzərbaycan Silahlı QüvvələriFüzuli rayonuXocavənd rayonuİkinci Qarabağ müharibəsi

🔥 Trending searches on Wiki Azərbaycanca:

Mələkxanım EyubovaDağlıq QarabağArif PaşayevAlbaniyaKütlə vahidləriElektrik cərəyanıMüstəqillik Günü (Azərbaycan)Sözün həqiqi mənasıEnerjiTərəzi (astrologiya)Qəbələ rayonuAzərbaycandakı quşların siyahısıBəngü-BadəAvstraliyaÇiçəkMaliyyəCoğrafiyaBəxtiyar VahabzadəMetaforBankKompüter qurğularıİslamda oral seksReal Madrid FKAvropaAzərbaycan əhalisiYaponiyaRövşən CavadovLimfa düyünləriŞamaxıZakir HəsənovAprel döyüşləriFüzuli rayonuKosmos0Mete xaqanKitabi-Dədə QorqudTəyinLeyli və Məcnun (Füzuli)İranBabəkAzərbaycan təbiətiVulkanƏfqanıstanSadə cümlənin şəxsə görə növləriPsixologiyaİlk tibbi yardımTürkiyəSöz birləşməsiİnflyasiyaTürkmənistanAtropatenaBeyinArxeoloji abidələrHikmət Mirzəyevİbtidai icma quruluşuAğdamHindistanYarasalarTürkmənçay müqaviləsiÖlçü vahidləriAğcabədi rayonuSeyid Əzim ŞirvaniƏl-XarəzmiQanYupiter (planet)Qara QarayevAzərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya AktıZeynəb XanlarovaCanavarQitəAğıllı şəhərƏməköməciElçin HüseynbəyliEpilepsiyaAzərbaycan memarlığıBirinci Qarabağ müharibəsiÇernobıl faciəsi🡆 More