Telman Adıgözəlov

Telman Abbasqulu oğlu Adıgözəlov (17 iyul 1953, Balakən – 15 aprel 2010, Bakı) — Azərbaycan televiziya, teatr və kino aktyoru, aparıcı, Azərbaycan Respublikasının xalq artisti (2006).

Telman Adıgözəlov
Telman Adıgözəlov
Doğum tarixi 17 iyul 1953(1953-07-17)
Doğum yeri
Vəfat tarixi 15 aprel 2010(2010-04-15) (56 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ürək çatışmazlığı
Dəfn yeri
Vətəndaşlığı
Fəaliyyəti aktyor, televiziya aktyoru
Fəaliyyət illəri 1980–2010
Təhsili
Mükafatları
Telman Adıgözəlov Telman Adıgözəlov
Telman Adıgözəlov
IMDb ID3061943

Həyatı

Telman Adıgözəlov 1953-cü il iyulun 17-də Balakən şəhərində anadan olmuşdur. Əslən ordubadlıdır. O, hələ orta məktəbdə oxuyarkən aktyorluq kurslarında iştirak etmişdir. 1975-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirmişdir. 1980-ci ildən Akademik Milli Dram Teatrında fəaliyyətə başlayan aktyor, teatr səhnəsində maraqlı obrazlar yaratmışdır. Bunlardan C. Məmmədquluzadə "Dəli yığıncağı" Zəncirvuran, İ.Əfəndiyev "Xurşidbanu Natəvan" Daşdəmir, "Mahnı dağlarda qaldı" Rəhman, Şekspir "Maqbet" Flins, M. İbrahimov "Közərən ocaqlar" Xanəhməd, H.Cavid "İblis" Şeypurçu, S.Vurğun "Vaqif" Təlxək, S.Rəhman "Nişanlı qız" çeşməkli kişi, E.Baxış "Qədr gecəsi" Oyunbaz, Elçin "Ah Paris…Paris!.." Əhməd, "Mənim sevimli dəlim" Professor, R.Novruz "Hələ "sevirəm" deməmişdilər"də Qumarbaz obrazlarını göstərmək olar.

İstedadlı aktyor Dövlət televiziyasında hazırlanmış "Yaşıl eynəkli adam", "Ordan-burdan", "Qonşular", "Azərbaycanfilm" kinostudiyasında istehsal olunmuş "Nəsimi", "Üzü küləyə", "Xatirələr sahili" kimi filmlərdə xarakterik rollar oynamışdır.

Telman Adıgözəlov 
Balakən şəhərinin Telman Adıgözəlov küçəsi

Telman Adıgözəlov 15 aprel 2010-cu ildə 56 yaşında ürək çatışmazlığında vəfat edib. Fatmayıdakı kənd qəbiristanlığında torpağa tapşırılıb.

Bir qızı və bir oğlu var.

Təltif və mükafatları

Filmoqrafiya

İstinadlar

  • Milli.Az. "Telman Adıgözəlovun oğlu: "Atam səhv diaqnozdan öldü"" (az.). Milli.az. 11.10.2016. 2021-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-11.
  • Mədəniyyət TV. "13 ildir nə ailəsi, nə də dostları onun itkisi ilə barışır..." (az.). Youtube.com. 24.07.2023. 2023-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-24.
  • Real TV. "Ürəkdən ölən aktyor" (az.). Youtube.com. 17.07.2018. 2022-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-17.
  • Yusifli, V. Hamının sevimlisiydi…: ("Sənət fədailəri" silsiləsindən): [Xalq artisti Telman Adıgözəlov haqqında] //Kaspi.- 2015. −27 noyabr. — S.12.
  • Mənbə

    Xarici keçidlər

    This article uses material from the Wikipedia Azərbaycanca article Telman Adıgözəlov, which is released under the Creative Commons Attribution-ShareAlike 3.0 license ("CC BY-SA 3.0"); additional terms may apply (view authors). Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır. Images, videos and audio are available under their respective licenses.
    ®Wikipedia is a registered trademark of the Wiki Foundation, Inc. Wiki Azərbaycanca (DUHOCTRUNGQUOC.VN) is an independent company and has no affiliation with Wiki Foundation.

    Tags:

    Telman Adıgözəlov HəyatıTelman Adıgözəlov Təltif və mükafatlarıTelman Adıgözəlov FilmoqrafiyaTelman Adıgözəlov İstinadlarTelman Adıgözəlov MənbəTelman Adıgözəlov Xarici keçidlərTelman Adıgözəlov15 aprel17 iyul19532010BakıBalakən

    🔥 Trending searches on Wiki Azərbaycanca:

    Albert EynşteynQəbələ rayonuLivanKomedixana (veriliş, 2020)Gərginlik (elektrik)Nizami parkıAlqoritmKorvalolAğciyər iltihabıİnternetSürətAzərbaycan çaylarıİslamda Tanrının adlarıGözAzərbaycan rəssamlarının siyahısıFonetikaEhtimal nəzəriyyəsiƏli XameneiParaleloqramƏqrəb mövsümü (teleserial, 2022)MaliyyəCəmil ƏliyevNeftKəpənəklərİqlimDiana ƏhədpurVladimir PutinŞtat (ABŞ)İkinci Qarabağ müharibəsiFevralTabeli mürəkkəb cümləSelUkraynaƏli MəsimliMüstəqilliyin Bərpası Günü (Azərbaycan)AfrikaMəkrli (film, 2010)FinlandiyaSosial işZakir HəsənovSuçiçəyiRövnəq AbdullayevLionel MessiNüvə silahıLeyli və MəcnunQara YanvarGənclik parkıVətən müharibəsi iştirakçısı medalıBağlayıcıDünya əhalisiTelefonASAN xidmətQuranTəyyarəÖmər ibn XəttabTürkiyə prezidentlərinin siyahısıAzərbaycan iqtisadiyyatıHüquqNorveçÖlkə paytaxtlarının siyahısıVergiİyulSəudiyyə ƏrəbistanıMikayıl MüşfiqSəfəvilərXəbər (qrammatika)TəqvimBalıqƏruzNailə İslamzadəG nöqtəsiAida İmanquliyevaAzərbaycan milli futbol komandasıFəxri XiyabanMehman HüseynovVüqar ƏhmədDəlisov məhəbbət (film, 1992)🡆 More