Təndir Çörəyi

Təndir çörəyi — yerdə açılan və ətrafı palçıqla suvanmış bir çuxurun içində bişirilən çörək.

Çörək təndirin üzərinə yapışdırılaraq bişirilir.

Təndir Çörəyi
Göygöl rayonunda bişirilmiş təndir çörəyi

Ümumi məlumat

Təndir çörəyi də kövrək çörəyi kimi bol miqdarda hazırlanıb uzun müddət saxlana bilər. Orta əsrlərdə Bakı əhalisinin məişətində ən çox yayılmış tikililər sırasına çörək bişirmək üçün nəzərdə tutulan təndirləri də aid etmək olar. İçəri Şəhərin müxtəlif sahələrindəki arxeoloji qazıntılar nəticəsində orta əsrlərdə Bakıda çörək bişirməsi üsulunu öyrənməyə imkan verən çoxlu sayda təndir aşkar edilmişdir. Azərbaycanda çörək bişirilməsinin çox qədim tarixi vardır. Arxeoloji tədqiqatların nəticələri göstərir ki, Bakıdan aşkar edilmiş təndirlərin öyrənilməsi İçəri Səhərin qaranlıq səhifələrinin işıqlandırılmasına kömək edəcəkdir. Təndir çörəyi hazırlamaq üçün müxtəlif ərzaqlardan istifadə edilir. Xəmirin gəlməsi üçün əvəllər acıtmadan (bir kündə xəmiri saxlayıb qıcqırtmaq) istifadə edilirdi. Müasir dövrdə acıtmanın əvəzinə quru mayadan istifadə edilir.

Azərbaycan təndiri
İçəri Şəhərdəki məşhur təndir.

Tərkibi

Bir çörəyi hazırlamaq üçün aşağıdakı ərzaqlardan istifadə etmək lazımdır:

Hazırlanması qaydası

Təndir Çörəyi 
Azərbaycanda təndirə yapılmış çörəklər

Bir kasaya ilıq su qoyub, quru mayanı suda həll edin. İri kasaya unu ələyin. Duz əlavə edib qarışdırın. Sonra una mayalı su əlavə edib əlinizlə qarışdırın. Alınan kütləni az unlanmış masa və ya taxtaya qoyub, təxminən 8-10 dəqiqə ərzində xəmir yoğurun. Hazır xəmir elastik və hamar olmalı, çox bərk olmamalıdır. Xəmirə kündə şəkli verib, kasaya geri qoyun. Üstünü dəsmalla örtüb xəmirin gəlməsi üçün isti yerə qoyun. Xəmir təxminən 1,5 – 2 saata gələcək. Gəlmiş xəmirin üstünə əlinizlə basın ki, yığılmış qaz çıxsın. Masa və ya taxtaya bir az un səpin. Əvvəlcə xəmiri əlinizlə yastıladıb, ona oval şəkli verin. Sonra isə ovalın bir küncündən başlayaraq, oxlovla xəmiri 1.3 sm qalınlığı, 35 sm uzunluğu və 20 sm genişliyi olan ovala açın. İri listin üstünü bir az yağlayın və un səpin (əgər altı-yapışmaz – non-stick – listdən istifadə edirsinizsə, onu yağlamağa gərək yoxdur). Yaydığınız xəmiri ehmallıca listə yerləşdirin. Qoyun xəmir listdə 15 dəqiqə istirahət etsin. Təndiri 200 °C-dək qızdırın. İti bıçaqla xəmirin üstündə dayaz ala-çarpaz zolaqlar edin . Çörəyin səthinə yumurta sarısı sürtüb, xaş-xaş və ya küncüd səpin. Qızdırılmış sobanın orta rəfində 20-25 dəqiqə ərzində və yaxud üstü qızaranadək bişirin.

Həmçinin bax

  • Dağlı çörəyi (film, 2007)

Xarici keçidlər

Tags:

Təndir Çörəyi Ümumi məlumatTəndir Çörəyi TərkibiTəndir Çörəyi Hazırlanması qaydasıTəndir Çörəyi Həmçinin baxTəndir Çörəyi Xarici keçidlərTəndir ÇörəyiÇörək

🔥 Trending searches on Wiki Azərbaycanca:

Cəlilabad rayonuÖlkə paytaxtlarının siyahısıNamazBakı metrosuNiyaməddin Musayevİsmayıllı rayonuFransaTorpaqBöyük Vətən müharibəsiFolklorAmerika Birləşmiş ŞtatlarıQİÇSCanavarBəxtiyar VahabzadəŞamaxıAzərbaycan Respublikası yol nişanlarıİşıqNatural ədədlərMübariz İbrahimovİnkişaf etmiş ölkəAzərbaycanda qeydiyyata alınmış dünya əhəmiyyətli memarlıq abidələrinin siyahısıTürkmənistanZərifə ƏliyevaSakit okeanArazDemarkasiya xəttiElektrik cərəyanıQızılgülZakir HəsənovMəsdərBərdə rayonuVətən Müharibəsi Qəhrəmanlarının siyahısıArWhatsAppLirik növSürücülük vəsiqəsiOsmanlı imperiyasıAbşeron rayonuSaitSayRəsul RzaAzərbaycanlılarQadın hüquqlarıAzərbaycandakı quşların siyahısıMehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionuI TəhmasibSual cümləsiƏmir TeymurƏdədi silsiləMete xaqanİnflyasiyaBabasilXankəndiİçərişəhərBağlayıcı30 aprelƏdliyyə Nazirliyi (Azərbaycan)Prezidentin Təhlükəsizlik Xidməti (Azərbaycan)HidrogenMüstəqilliyin Bərpası Günü (Azərbaycan)İstehsal xərcləriHikmət HacıyevKəlmeyi-şəhadətTürkiyəQəbələ rayonuİnformasiya prosesləriAtəşgah (Bakı)Halikarnas mavzoleyiFeilElektrik müqavimətiÇay (coğrafiya)Azərbaycan Sovet Sosialist RespublikasıTərbiyəAzərbaycan Dövlət İqtisad UniversitetiAzər-Türk BankSeyid Əzim ŞirvaniCavanşir Məmmədov (general)🡆 More