Səyavuş Aslan

Səyavuş Məmmədağa oğlu Aslan (5 sentyabr 1935, Saray – 27 iyun 2013, Bakı) — Azərbaycanın teatr və kino aktyoru, komik, faciə və dramatik rolların məharətli ifaçısı, Azərbaycan SSR xalq artisti (1982), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2002), Şöhrət (1995) və Şərəf (2013) ordenləri laureatı.

Səyavuş Aslan
Səyavuş Məmmədağa oğlu Aslan
Səyavuş Aslan
Doğum tarixi 5 sentyabr 1935(1935-09-05)
Doğum yeri
Vəfat tarixi 27 iyun 2013(2013-06-27) (77 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Həyat yoldaşı Ofeliya Aslan
Uşaqları Eldar Aslan
Çingiz Aslan
Fəaliyyəti kino aktyoru, teatr aktyoru, aktyor
Fəaliyyət illəri 1954–2013
Teatr Azərbaycan Dövlət Musiqili Komediya Teatrı
Mükafatları
Səyavuş Aslan Səyavuş Aslan Səyavuş Aslan
Səyavuş Aslan Səyavuş Aslan
Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu
IMDb ID0039518

Həyatı

Azərbaycan realist aktyor məktəbinin nümayəndələrindən biri Aslanov Səyavuş Məmmədağa oğlu 1935-ci il sentyabr ayının 5-də Bakının Saray kəndində doğulub. 1947–1953-cü illərdə Atamoğlan Rzayevin, Ağadadaş Qurbanovun, Qurban Musayevin, Ağasəlim Manaflının dram dərnəklərində çıxış etmişdir. 1954-cü ildə az müddət musiqili komediya estrada truppasında, 1958-ci ildə Quba Dövlət Dram Teatrında işləyib. 1959-cu ildə Bakıya qayıdan Səyavuş Aslan Azərbaycan Dövlət Musiqili Komediya Teatrının yardımçı heyətinə işə qəbul olunur. Elə həmin il Ağası Məşədibəyovun "Toy kimindir?" tamaşasında Qoşun rolunu uğurla ifa etdiyinə görə aktyor heyətinə keçirilir.

Uzun illər Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aparıcı aktyorlarından idi. Bir müddət həmin teatrın bədii rəhbəri işləyib (1994–1996) və bir çox obrazların mahir ifaçısı olmuşdur.

Səyavuş Aslan uzun sürən xəstəlikdən sonra 27 iyun 2013-cü ildə Bakıda vəfat edib. II Fəxri xiyabanda dəfn olunmuşdur.

Rolları

  • Bayram ("Kəndimizin mahnısı", Kərim Kərimov),
  • İbişov ("Özümüz bilərik", Şıxaəli Qurbanov),
  • Fürzuzbala ("Altı qızın biri Pəri", Məhərrəm Əlizadə),
  • Şubay ("Ulduz", Sabit Rəhman),
  • Dadaşbala ("Hicran", Sabit Rəhman),
  • Qəmzəli ("Qaçırılmış qız", Cahangir Məmmədov),
  • Misir Nəsir ("Lənət sənə, kor şeytan", Firudin Aşurov),
  • Orduxan bəy ("Əlli yaşında cavan", Zülfüqar Hacıbəyov)

Səyavuş Aslan 1984-cü ildən Akademik Milli Dram Teatrının aktyoru kimi bir çox rəngarəng obrazlar yaradıb:

  • Mindilli ("Nişanlı qız", Sabit Rəhman),
  • Hüseynbala ("Cahargah fantaziyası", Kərim Kərimov),
  • Luka ("Həyatın dibində", Maksim Qorki),
  • Romul Avqustul ("Böyük Romul", Fridrix Dürrenmatt),
  • Oddamdı ("Od gəlini", Cəfər Cabbarlı),
  • Ağaəli ("Günah", Rəhman Əlizadə),
  • Mirzə Həbib ("Sərgüzəşti-vəziri-xani Lənkəran", Mirzə Fətəli Axundzadə),
  • Fəriş ("Bizim qəribə taleyimiz", İlyas Əfəndiyev),
  • Cabbar ("Sevgililərin cəhənnəmdə vüsalı", İlyas Əfəndiyev),
  • Ağamusa Fərəcov ("Dəlilər və ağıllılar", İlyas Əfəndiyev),
  • Vanya Koxa ("Hökmdar və qızı", İlyas Əfəndiyev),
  • Qərib Qulam ("Mənsiz dünya", Nəbi Xəzri),
  • Mikayılov ("Tufandan əvvəl", Arif Süleymanov),
  • Əsdulla ("Ah, Paris… Paris!..", Elçin),
  • Kişi ("Mənim ərim dəlidir", Elçin),
  • Baş redaktor ("Mənim sevimli dəlim", Elçin),
  • Yoldaş tək ("Poçt şöbəsində xəyal", Elçin),
  • Poloni ("Hamlet", Uilyam Şekspir),
  • Sarı ("Varlı qadın", Əli Əmirli),
  • Aqabo Boqveradze ("Kaş araba aşmayaydı!..", O. İoseliani)

Televiziya tamaşalarında yüzdən çox obraz ifa edib.

Mükafatları

Filmoqrafiya

Xatirəsi

2004-cü ildə Səyavuş Aslanın 70 illiyinə Əsgər Əsgərov tərəfindən 70-dən 1-ə... 1-dən 70-ə adlı qısametrajlı sənədli televiziya filmi həsr olunmuşdur.

İstinadlar

Xarici keçidlər

Tags:

Səyavuş Aslan HəyatıSəyavuş Aslan RollarıSəyavuş Aslan MükafatlarıSəyavuş Aslan FilmoqrafiyaSəyavuş Aslan XatirəsiSəyavuş Aslan İstinadlarSəyavuş Aslan Xarici keçidlərSəyavuş Aslan1935201327 iyun5 sentyabrBakıSaray (Abşeron)

🔥 Trending searches on Wiki Azərbaycanca:

Qədim Roma təqvimiƏlifbaSaatlı rayonuHacı ŞahinAzərbaycanın sərhədləriLeyli və Məcnun (Füzuli)Kəlmeyi-şəhadətOrqazmNəqliyyatAzərbaycanın təbii sərvətləriSaitOsmanlı imperiyasıHeydər İlham oğlu ƏliyevAdolf HitlerMəsdərAzərbaycan mədəniyyətiŞəki xanlığıAzərbaycanda təhsilAprel döyüşləriAzərbaycan Hərbi Hava Qüvvələriİnsan inkişafı indeksinə görə ölkələrin siyahısıAygün KazımovaBöyük QafqazSuçiçəyiCəmiyyətÖzbəkistanMenstruasiyaFonetik təhlilDüzbucaqlı üçbucaqQoç (astrologiya)BeyinƏliqismət LalayevZəncirotuAytən SəfərovaGərginlik (elektrik)İnkişaf etmiş ölkəAzərbaycanın iqlimiİnsan dişləriXərçəng xəstəliyiMetalBirinci Dünya müharibəsiNamazSəfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət XidmətiXumar QədimovaDövlət Təhlükəsizliyi Xidməti (Azərbaycan)XəritəAzərbaycan qoruqlarıQaranquşlarAnar ƏləkbərovNazirlər Kabineti (Azərbaycan)Semiramidanın asma bağlarıDəstəmazÖlçü vahidləriTürkmənçay müqaviləsiAzər-Türk BankÇoxluqlarMirzə Fətəli AxundovAzərbaycan Silahlı QüvvələriÜrək (insan)ParaleloqramÇinKoroğluNaxçıvanİslamda tanrının adlarıZakir HəsənovBraziliyaFövqəladə Hallar Nazirliyi (Azərbaycan)Qədim MisirMəxmərəkAzərbaycanlılarQarabağ FKQazaxıstanƏqrəb (astrologiya)Albert AqarunovQaçışMarsİnvestisiyaHəşəratlarCümlə üzvləri🡆 More