Səhihi-Müslim (ərəb.
Bu məqalə böyük ölçüdə və ya tamamilə tək mənbəyə əsaslanır.(mart 2024) |
Əhli-Sünnənin hədis ədəbiyyatında ən güvənilən hədis kitabları olaraq qəbul edilən altı kitabdan (Kutubi-sittədən) və ən güvənilən səhih hədis kitabları olaraq qəbul edilən iki kitabdan ("Səhiheyn"dən) biridir. Əhli-Sünnə məzhəbi tərəfindən ən etibarlı hədis kitabı olaraq qəbul edilən ikinci kitabdır.
Səhihi-Müslim | |
---|---|
ərəb. صحيح مسلم | |
Müəllif | Müslüm ibn Həccac |
Janr | İslam |
Orijinalın dili | Ərəbcə |
Ölkə | |
Vikianbarda əlaqəli mediafayllar |
Kitabın müəllifi (h.q. 206-261) (M. 821-875) Əbu əl-Hüseyn Müslim ibn Həccəc ən-Neysəburidir. Hicrətin 206-cı ilində indiki İranın Nişapur şəhərində anadan olmuş və 261-ci ilində vəfat etmişdir.O əslən iranlıdır və milliyyəti haqda ixtilaf vardır ki, ərəb və yaxud fars kökənlidir.
Əsərin əsil adı "əl-Müsnəd əs-Səhih bi Nəqlil-Ədli" olsa da müəllifinə nisbətlə "Səhihi-Müslim" olaraq tanınır.
Kitab cildlərə bölünür (Cildlərin sayı nəşr edildiyi zamana, məkana və nəşriyyata görə dəyişir). Hər cilddə kitablar və hər kitabda da bablar var. Hər kitabda , kitaba uyğun bablar və hər babda da mövzuya uyğun hədislər vardır. Təkrarları çıxmaq şərtilə kitabda 3033 hədis var. Ümumilikdə isə kitabda 7275 hədis var.
Səhih müslüm kitabı haqda bəzi tənqidlər mövcuddur:
1.Tarixi niyşaburidə səhih müslim tənqid olunmuşdur. Yəni müslümün əsərində bir çox şübhəli xorafi hədislər gəlmişdir.
2.Xurafi hədislərə görə 7275 hədisdən 4000 və ya 3300 hədis səhih bilinmişdir
3.Əhli beytlə əlaqəli olan bəzi hədislər qədim nüsxələrdə mövcud olmasına baxmayaraq sonralar yeni nüsxələrdən çıxarılmışdır.
Səhiheynin ehtiva etdiyi hədislər haqqında İbni Salah (h.q. 577-643) bunları demişdir :
"Bizə Hureyb-dən rəvayət olundu. Deyib ki : Əbu Züratə ər-Razi-nin yanında idim. Deyərkən Müslim ibn Həccac gəldi və ona salam verərək bir müddət oturdu. Müzakirə etdilər. Getmək üçün qalxdığı zaman mən Əbu Züra-ya :
Səhih adlı kitabda dörd min hədis toplayan bu zatmıdır ? dedim.
Əbu Züra geriyə qalanını kimə qoydu ? dedi.
İbni Salah (577-643) deyir ki : Əbu Züra (h.q.?-164) bununla Müslim-in kitabında təkrarsız olaraq dörd min əsil hədis olduğunu anlatmaq istəmişdir. Buxari-nin kitabı üçün də təkrarları xaric, dörd min hədis ; təkrarları ilə birlikdə 7275 hədis ehtiva etdiyini söyləmişdir."
Kitabları (Bölmələri)
Kitab Azərbaycan dilinə tərcümə olunub və nəşr olunub :
Kitab Türk dilinə tərcümə olunub və nəşr olunub :
This article uses material from the Wikipedia Azərbaycanca article Səhihi-Müslim, which is released under the Creative Commons Attribution-ShareAlike 3.0 license ("CC BY-SA 3.0"); additional terms may apply (view authors). Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır. Images, videos and audio are available under their respective licenses.
®Wikipedia is a registered trademark of the Wiki Foundation, Inc. Wiki Azərbaycanca (DUHOCTRUNGQUOC.VN) is an independent company and has no affiliation with Wiki Foundation.