Rutil

Rutil — tetraqonal sinqoniya.

Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən.

Rutil
Rutil
Ümumi məlumatlar
Kateqoriya Mineral
Formul
(təkrarlanan vahid)
TiO₂
Strunz təsnifatı IV/D.02
Xüsusiyyətləri
Kristalloqrafik sinqoniya tetraqonal[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Növ müxtəliflikləri

İlmenorutil (14-20% Nb2O5 və 11-14% Fe2O3); niqrin ( ~11% Fe); strüverit (15,44 % Ta2O5 və 8,64 % Nb2O5).

Xassələri

Rəng – qırmızı, qırmızımtıl - qəhvəyi, qırmızımtıl-qonur, qonur, qonuru-sarı, qara, bəzən rəngsiz; Mineralın cizgisinin rəngi – sarıdan açıq qəhvəyiyədək, qırmızımtıl-qəhvəyi; Parıltı – yarımmetal, almaz; Şəffaflıq – qeyri-şəffaf, yarımşəffaf, nazik qırıntıları işıq keçirir; Sıxlıq – 4,2-4,3; Sərtlik – 6,0-6,5; Kövrəkdir; Ayrılma – {110} üzrə mükəmməl, {100} üzrə orta; Sınıqlar – qeyri-hamar, qabıqvari; Başqa xassələr – yarımkeçiricidir; Morfologiya – kristallar: vertikal cizgili, tetraqonal-prizmatik, sütun - və iynəvari; İkiləşmə: xarakterik dirsəkvari; tez-tez iynəvari rutilin saqenit adlanan yastı şəbəkəli ikiləşmə bitişikləri qeyd edilir; bəzən təmas üçləşmələri və həlqəşəkilli altılaşmalar; Mineral aqreqatları: dənəvər kütlələr, püruzlar, şəffaf kvarsda nazik tükəbənzər rutil kristallarının dəstəşəkilli əmələgəlmələri.

Mənşəyi və yayılması

Genetik cəhətdən müxtəlif olan rutil yataqlarından ən mühumləri amfibolitlər, ekloqitlər, qneyslər, kvarsitlər, fillitlər, mikalı şistlər və b. içərisində yerləşən metamorfik yataqlardır. Mineralın tükcükvari və yaxşı təraşlanmış kristalları çox vaxt alp tipli kvars damarlarında qeyd edilir. Aksessor mineral kimi müxtəlif intruziv süxurlarda müşahidə olunur. Az miqdarda peqmatitlərdə, hidrotermal filiz damarlarında, çökmə süxurlarda, nadir hallarda sulfid yataqlarının oksidləşmə zonasında, ay süxurlarında qeyd edilir. Mineralın ən iri yığınları sahilyanı dəniz səpintiləri ilə – «qara qumlar»la əlaqədardır. Birlikdə rast gəldiyi minerallar: kvars, anataz, brukit, hematit, ilmenit, maqnetit, korund, adulyar, turmalin, qranat və b. Mineralın tapıldığı yerlər: Kraqere, Evye, Tvedestrand (Norveç); İsveç; Binnental, Sen-Qotard (İsveçrə); Baçeno, Kraveca (İtaliya); Uraltau, İlmen və Vişnovıye dağları (Rusiya); Semiz-Buğu (Qazaxıstan); Ampanqabe (Madaqaskar adası); Maunt - Perri (Avstraliya); Virciniya və Florida şt. (ABŞ) və b. Azərbaycanda mineralın toplandığı əsas yer Paraqaçay (Ordubad rayonu) rutil təzahürüdür. Ona bəzən dəmir filizi, kolçedan yataqlarında və b. (Daşkəsən, Çıraqdərə, Ağdərə, Ağduzdağ, Katsdağ) rast gəlinir.

Tətbiqi

Mühüm titan filizidir, bəzən bu filizdən həm də niobium və tantal alınır.

İstinadlar

Mənbə

  • Azərbaycan mineralları. Bakı: Nafta-Press, 2004.

Xarici keçidlər

Tags:

Rutil Növ müxtəliflikləriRutil XassələriRutil Mənşəyi və yayılmasıRutil TətbiqiRutil İstinadlarRutil MənbəRutil Xarici keçidlərRutil

🔥 Trending searches on Wiki Azərbaycanca:

Vilayət EyvazovProqram təminatıQız qalasıMüstəqillik Günü (Azərbaycan)Azıx mağarasıYeni Müsavat (qəzet)Seks yelləncəyiNoyabrBakteriyalarHamiləlikPakistanPaleolitAzərbaycan muzeylərinin siyahısıOsmanlı sultanlarının siyahısıQafqazTəyinÜzeyir HacıbəyovPsoriazTəyyarəBakıda yerləşən abidələrin siyahısıGöl qurbağasıNəqliyyatMehriban ƏliyevaAzərbaycan İkinci Dünya müharibəsindəNüvə silahıAzərbaycanın inzibati bölgüsüZəlzələİbn Sinaİmadəddin NəsimiErmənistanDünya okeanıŞöhrət ordeni (Azərbaycan)Göyçə mahalıRoma imperiyasıVərəmTərcüməQobustan Dövlət Tarixi-Bədii QoruğuMəhdud məsuliyyətli cəmiyyətÖvrə xəstəliyiHacı NuranYazAzərbaycan Dövlət Neft və Sənaye UniversitetiRamil UsubovZaqatala rayonuAzərbaycan memarlığıİlk tibbi yardımAvropaRəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (Azərbaycan)Ölçü vahidləriKriştiano RonaldoYaşar NuriÖmər ibn XəttabAzərbaycan Daxili QoşunlarıSəlib yürüşləriEv pişiyiŞəki xan sarayıPrezidentin Təhlükəsizlik Xidməti (Azərbaycan)SürünənlərSəbinə ƏliyevaBMWƏməköməciDünya ölkələrinin pul vahidləriAzərbaycan rəssamlarının siyahısıTəbii fəlakətLotu QuliDövlət Sərhəd Xidməti (Azərbaycan)Böyük Çin səddiAşıq ƏləsgərSuda-quruda yaşayanlarBraziliyaVulkanElmira SüleymanovaAzərbaycan Memarlıq və İnşaat UniversitetiHeydər ƏliyevİçərişəhərAzərbaycanlı-erməni qırğınları (1905-1906)Əqrəb (astrologiya)Funksiya (riyaziyyat)🡆 More