Roza Baqlanova: Qazaxıstan operası və pop müğənnisi (soprano)

Roza Tajibay qızı Baqlanova (qaz.

SSRİ xalq artisti olub (1967). Qazaxıstan Xalq Qəhrəmanı ordeni ilə təltif olunub.

Roza Baqlanova
Roza Baqlanova: Həyatı, Tanınması, Mükafatları və fəxri adları
Ümumi məlumatlar
Doğum tarixi 1 yanvar 1922(1922-01-01)
Doğum yeri
Vəfat tarixi 8 fevral 2011(2011-02-08) (89 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ürək tutması
Dəfn yeri
Vətəndaşlığı
Musiqiçi məlumatları
Fəaliyyəti opera müğənnisi
Janrlar оpera, estrada
Səs tembri soprano
Mükafatları Roza Baqlanova: Həyatı, Tanınması, Mükafatları və fəxri adları Roza Baqlanova: Həyatı, Tanınması, Mükafatları və fəxri adları Roza Baqlanova: Həyatı, Tanınması, Mükafatları və fəxri adları Roza Baqlanova: Həyatı, Tanınması, Mükafatları və fəxri adları Roza Baqlanova: Həyatı, Tanınması, Mükafatları və fəxri adları Roza Baqlanova: Həyatı, Tanınması, Mükafatları və fəxri adları “Əmək igidliyinə görə” medalı Roza Baqlanova: Həyatı, Tanınması, Mükafatları və fəxri adları Medal of Charity Roza Baqlanova: Həyatı, Tanınması, Mükafatları və fəxri adları Roza Baqlanova: Həyatı, Tanınması, Mükafatları və fəxri adları medalla dels 50 anys de les Terres Verges Roza Baqlanova: Həyatı, Tanınması, Mükafatları və fəxri adları Roza Baqlanova: Həyatı, Tanınması, Mükafatları və fəxri adları Roza Baqlanova: Həyatı, Tanınması, Mükafatları və fəxri adları
SSRİ xalq artisti People's Artist of Kazakh SSR
Roza Baqlanova: Həyatı, Tanınması, Mükafatları və fəxri adları
Qazaxıstanın Xalq Qəhrəmanı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Erkən illəri

1 yanvar 1922-ci ildə Kazalinskdə (indi - Qazaxıstanın Qızılorda vilayəti) anadan olub. Kiçik juzun Jıtırı qəbiləsinin jaqalbəyli soyundandır.

Məktəbi bitirdikdən sonra Roza Baqlanova 1939-1941-ci illərdə Qızılorda Pedaqoji Unioversitetində təhsil alır. Atasının ölümündən sonra, ailənin dolanışığı üçün, Daşkənd Tekstil və Yüngül Sənaye İnstitutuna daxil olur, çünki orada bir yataqxanada mənzil, pulsuz yemək verirdilər və toxucu olaraq əlavə pul qazanmaq mümkün mümkün idi. Daşkənddə onun oxuması təsadüfən Daşkənd Opera Evinin solisti və eyni zamanda Filarmoniya Cəmiyyətinin direktoru Muhitdin Qara-Yaqubov tərəfindən eşidilir.

Roza Baqlanova 1941-ci ildən Səmərqənddə, Özbəkistan SSR Dövlət Qadın Mahnı və Rəqs Ansamblında, Özbəkistan Filarmoniyasında işləyir. 1941-ci ilin yazında Moskva Dövlət Konservatoriyasına dəvət alır, ancaq müharibə başladığı üçün ansamblla birlikdə cəbhəyə gedir. Sənətkarlar trubbası ilə birlikdə birbaşa ön cəbhədə Qızıl Ordu əsgərləri qarşısında çıxış edir. Ön xətt konsertləri ona böyük uğur qazandırdı, Lidiya Ruslanovanın "Ah, Samara-Qorodok" mahnısı da daxil olmaqla repertuarından mahnılar ifa etdi. Roza Baqlanova xatirələrində qeyd edir ki, bu mahnını əvvəlcə L.Ruslanovanın ifasında cəbhə konsertlərindən birində eşidir, daha sonra özü ifa etməyə başlayır. L.Ruslanova özü də Rozanın ifasını çox bəyənirdi və əslində bu mahnını onun "vizit kartı" olan yeni başlayan qazax müğənnisinə təqdim etdi. 9 may 1945-ci ildə, Berlindəki Zəfər konsertində iştirak etdi.

Peşəkar musiqi dövrü

Müharibədən sonra Roza Baqlanova Sovet İttifaqında populyar olan ən məşhur müğənnilərdən birinə çevrilərək böyük səhnəyə qayıdır. SSRİ-də geniş və ölkə miqyasında tanınan ilk qazax müğənnisi olur.

Roza Baqlanova 1947-1949-cu illərdə Abay adına Qazaxıstan Dövlət Akademik Opera və Balet Teatrında, 1949-1960-cı illərdə Canbul adına Respublika Filarmoniyasında çalışmışdır.

1960-cı ildə Roza Qazaxıstan Dövləti "Kazaxkonsert" birliyinin aparıcı səhnə ustası olur. Repertuarında dünya opera sənətinin əsərləri, müxtəlif ölkələrin xalq mahnıları və müasir bəstəkarların musiqi əsərləri də yer alıb.

12 aprel 1961-ci ildə, Yuri Qaqarinin Yer ətrafında uçuşu zamanı, Vostok-1 kosmik gəmisi ilə əlaqə quran Almatıdakı qısa dalğalı Vesna stansiyası, Baqlanovanın mahnılarını 10 dəqiqə yayımlamışdı (Moskva vaxtı ilə 9:52 - 10:02 arasında).

Roza Baqlanova Sovet-Macarıstan sənədli filmi "Dünya Gəncliyi"ndə (1949) oynayır.

Bir çox ölkələrdə (Polşa, Şərqi Almaniya, Macarıstan, Avstriya, Çexoslovakiya, Çin, Koreya, Hindistan, Birma, Kanada, İsveç, Belçika və s.) qastrol səfərlərində olmuşdur.

Roza Baqlanova bütün bir dövrün milli simvoludur: A. Vertinski, Q. Ulanova, M. Plisetskaya, İqor İlyinski, Arkadi Raykin, böyük Svyatoslav Rixter və D. Şafranla ilə eyni səhnədə bölüşmüşdür. Bir çox dünya dövlət xadimləri ilə: İosif Stalin, Nikita Xruşşov, Leonid Brejnev, Kim İr Sen, Mao Tszedun ilə şəxsən tanış idi. Cəvahirləl Nehruİndira Qandi ilə iki dəfə görüşüb. Qazaxıstan xalq musiqisinin və Qazaxıstan bəstəkarlarının yaradıcılığının inkişafı və populyarlaşlmasında böyük rolu olmuşdur. Sovet İttifaqı Mədəniyyət işçiləri tərəfindən "kiçik qazaxlı" deyə çağrılırdı.

2007-ci ildə Roza Baqlanova "Atamura" nəşriyyatı özünün "Айналайын халқымнан еркелеткен" ("Xalqımın mənə olan sevgisinə görə minnətdaram") adlı avtobioqrafiyasını nəşr etdirdi.

Roza Baqlanova, 8 fevral 2011-ci ildə Almatıda, ürək tutmasından sonra vəfat edib. Ölümündən bir gün əvvəl, 7 fevral tarixində, dövlət başçısı Nursultan Nazarbayev tərəfindən Mədəniyyət, Təhsil və Sosial Proqramlarına Dəstək Fondunun prezidenti təqaüdünə layiq görülmüşdü. Kensay qəbiristanlığında dəfn olunub.

Tanınması

  • Müğənninin adı "Kim Kimdir" İngilis-Amerikan ensiklopediyasının dünya qadınlarının ilk sayında yer alıb.
  • Ş.Aymanov adına "Qazaxfilm" studiyası müğənni haqqında, sənətkarın böyük yaradıcılıq yolundan bəhs edən "Gülümüz" adlı sənədli film çəkib.
  • Rus xalq mahnısı "Samara-Qorodok" müğənniyə bütün Sovet İttifaqında şöhrət qazandırıb.
  • 2011-ci ildə sənətkar haqqında çəkilmiş "Ah, Samara-Qorodok" sənədli filmi nümayiş olunub (filmin şirkəti MG Production, rejissor A. Kıstaubayev).

Mükafatları və fəxri adları

Roza Baqlanova: Həyatı, Tanınması, Mükafatları və fəxri adları 
"Dünyanın gəncliyi " filminin afişasında gənc Roza Baqlanova, 1949-cu il
  • Qazaxıstanın Xalq Qəhrəmanı (1996)
  • Qazaxıstan SSR xalq artisti
  • Qığızıstan SSR xalq artisti
  • Qazaxıstan SSR Dövlət mükafatı
  • Vətən ordeni
  • Əmək Bayrağı ordeni
  • Xalqlar Dostluğu ordeni
  • SSRİ xalq artisti
  • SSRİ Dövlət mükafatı
  • Müstəqil milli mükafat "Tarlan" ("Musiqi" bölməsində "Töhfəyə görə", "Qazaxıstan Patronları Klubu", 2004)
  • İllik ictimai mükafat "Altın Zürek" - "İncəsənət və Mərhəmət" nominasiyasında (Almatı, 2007)
  • Mədəniyyət, Təhsil və Sosial Proqramlara Dəstək Fondunun Prezident təqaüdü (2011)
  • Dünya Müsəlman Qadınlar Cəmiyyətinin fəxri prezidenti
  • Bir neçə şəhərin fəxri vətəndaşı
  • Qızıl-Orda vilayətinin fəxri vətəndaşı (2007).

İstinadlar

Xarici keçidlər

Tags:

Roza Baqlanova HəyatıRoza Baqlanova TanınmasıRoza Baqlanova Mükafatları və fəxri adlarıRoza Baqlanova İstinadlarRoza Baqlanova Xarici keçidlərRoza Baqlanova1 yanvar192220118 fevralAlmatıKazalinskQazax diliQazaxıstan Xalq QəhrəmanıQırğızıstan Muxtar Sovet Sosialist Respublikası (1920–1925)SSRİ xalq artisti

🔥 Trending searches on Wiki Azərbaycanca:

Azərbaycanlıların Soyqırımı GünüAzərbaycan PrezidentiGecə namazıCəbrayıl rayonuSintaktik əlaqələrSəməd bəy MehmandarovAzərbaycan milli-mənəvi dəyərləriAhəng qanunuCo BaydenCihazƏləsgər Ələkbərov (aktyor)KonusZərifə ƏliyevaAzərbaycan muzeylərinin siyahısıMəsdərAzərbaycan florasıHüseyn ibn ƏliMultikulturalizmQarabağ xanlığıİstanbulPənahəli xanNida cümləsiKor bağırsaqNitq hissəsiQitəQədim MisirAzərbaycan əhalisiLütfi ZadəKibertəhlükəsizlikMonteneqroMürəkkəb sözlərEldənizlərOsmanlı sultanlarının siyahısıİmadəddin NəsimiEksponatOral seksAlqoritmİlk tibbi yardımİsrailƏfsanəAzərbaycan müğənnilərinin siyahısıAzərbaycan Dövlət Neft və Sənaye UniversitetiXarıbülbül (simvol)Müstəqillik Günü (Azərbaycan)ParasetamolBucaqSuçiçəyiSəfəvilərD vitaminiİngilis diliZaur BaxşəliyevİtƏli SistaniNyuton qanunlarıMirzə Ələkbər SabirAzərbaycanın ali təhsil müəssisələrinin siyahısıAsiya ölkələrinin siyahısıDünya okeanıAzərbaycan faunası100 manatlıq əsginasAzərbaycan mətbəxiTürbəVergülZoli AdokHicri təqvimTörəməMasallı rayonuPrezidentin Təhlükəsizlik Xidməti (Azərbaycan)AtomAzərbaycanın iqtisadi rayonlarıTəzyiqİnkişaf etmiş ölkəGövhər ağaAzərbaycan Hava YollarıAvropa ölkələrinin siyahısı🡆 More