Red Velvet: Cənubi Koreyalı qız qrupu

Red Velvet (kor.

Qrup ilk olaraq 2014-cü il avqustun 1-də Ayren(ing. Irene), Seolci (ing. Seulgi), Vendi (ing. Wendy) və Çoy (ing. Joy)-un dörd nəfərdən ibarət heyəti ilə "Happiness" adlı sinqlı ilə debüt etdilər. Beşinci üzv Yeri qrupa 2015-ci ilin mart ayında ilk mini albomu "Ice Cream Cake" buraxıldıqdan sonra qoşuldu. Musiqi baxımından Red Velvet-in işi öz qrup adını əks etdirir: onların əsasən pop olan "qırmızı" tərəfi bəzən elektron, funk və hip-hop ilə təcrübələr aparır, "Velvet" tərəfi isə ballada və caz elementləri ilə 90-cı illərin təsiri altında olan R&B-yə diqqət yetirir.

Red Velvet
kor. 레드벨벳
Loqonun şəkli
Red Velvet 2018-ci ildə.
Red Velvet 2018-ci ildə.
Əsas məlumatlar
Üslub
Fəaliyyət illəri 2014 – hal-hazırda
Ölkə Red Velvet: Karyera, Üzvlər, İstinadlar Cənubi Koreya
Şəhər Seul
Digər adı
  • RED VELVET
Dil koreya, ingilis
Leybl
Heyət
  • Seulgi
  • Irene
  • Wendy
  • Joy
  • Yeri
Keçmiş üzvlər Yoxdur
smtown.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qrupun Koreya dilli diskoqrafiyasına iki studiya albomu, bir təkrar buraxılış albomu, bir kompilyasiya albomu və on genişləndirilmiş pyes daxildir — bunlardan on biri Cənubi Koreya "Gaon Albom Cədvəl"-də birinci yerdədir. Onların hit sinqlları "Red Flavor" və "Power Up" "Gaon Rəqəmsal Cədvəl"-də bir nömrəyə çatdı. Həm "Gaon Rəqəmsal Cədvəl"-də, həm də "Billboard Dünya Rəqəmsal Mahnı Satış cədvəl"-də "Happiness", "Ice Cream Cake", "Dumb Dumb", "One of These Nights", "Russian Roulette", "Rookie", "Peek-a-Boo", "Bad Boy", "RBB (Really Bad Boy)", "Zimzalabim", "Umpah Umpah", "Psycho", və "Queendom" mahnılarıda siyahıya daxil olublar. Qrup həmçinin #Cookie Jar (2018) və Sappy (2019) adlı geniş pyesləri ilə yapon musiqi səhnəsinə çıxdı.

Red Velvet çoxsaylı mükafatlara, xüsusən "Golden Disk Yeni Sənətçi Mükafatı"-a, "Ən Yaxşı Qadın Qrupu"-a görə "Mnet Asiya Musiqi Mükafatı"-a, "Ən Yaxşı Pop Mahnısı"-a görə "Koreya Musiqi Mükafatı"-a və "İlin Mahnısı"-a görə "Asiya Sənətçisi Mükafatı"-a layiq görülüb. Onların geniş daxili təsiri "Forbes Korea Power Celebrity" tərəfindən tanınıb. (2018-ci ildə 11-ci və 2019-cu ildə beşinci yer) Beynəlxalq miqyasda onlar Time və Billboard tərəfindən ən populyar K-pop qruplarından biri seçilib və 2020-ci ilin fevralına görə Spotify-da dünyada ən çox yayımlanan beşinci K-pop ifaçısı olub.

Karyera

Debütdən öncə

Red Velvet-in dörd üzvündən üçü əvvəllər SM Entertainment-in S.M Rookies qrupunun bir hissəsi idi. Agentliyə qoşulan ilk şəxs olan Seolci şirkətə 2007-ci ildə auditoriya yolu ilə daxil olub. Şirkətə qoşulan növbəti şəxs Ayren(ing. Irene) 2009-cu ildə qoşuldu. Vendi (ing. Wendy) 2012-ci ildə Kanadada 'SM Global Audition' üçün dinləmələrə qatıldı. Əvvəllər S.M Rookies-in bir hissəsi olmayan Coy, 2012-ci ildə Seulda 'SM Global Audition' üçün dinləmələrdə iştirak etdi. 2014-cü ilin iyul ayında SM Entertainment-in növbəti ay SM Rookies-dən Ayren(ing. Irene), Seolci (ing. Seulgi) və Vendi (ing. Wendy)-nin qrup olaraq debüt edəcəyi ilə bağlı şayiələr yayıldı. Daha sonra onlar Coy-un qrupa qoşulması ilə debüt etdilər. Red Velvet f(x)-in debütündən beş il sonra SM Entertainment tərəfindən yaradılan ilk qız qrupudur.

2014:Debüt-Happiness

Red Velvet 27 iyul 2014-cü ildə debüt mahnısı "Happiness" üçün tizer videosunu yayımladı. "Happiness" mahnısının klipi 1 avqust 2014-cü ildə yayımlandı və onlar həmin gün Music Bank musiqi proqramında çıxış etdilər."Happiness" Cənubi Koreyanın musiqi portallarında 4 avqust 2014-cü ildə buraxıldı. "Happiness" musiqi videosundan dərhal sonra yapon mediası şəkillərin Xirosima və Naqasakinin bombalanmasına istinad etdiyini, üstəlik, videoda 11 sentyabr hücumunun faciəsinin göründüyünü bildirdi.SM Entertainment xəbərlərə cavab olaraq, "Rejissoru sorğu-sual etdikdən sonra onun şəkillərin kollajı üçün çox az resurs istifadə etdiyini və bunun arxasında heç bir niyyət olmadığını gördük" -deyə cavab verdi.Nümayəndə, "Əvvəllər bunu görmək mümkün deyildi, SM kimi biz də materialları yığışdıracağıq ki, anlaşılmazlıq olmasın. Gələcəkdə belə şeylərə yol verməyək."-deyə əlavə etdi.

2015: Yeni üzv Yeri, Ice Cream Cake və The Red

11 mart 2015-ci ildə keçmiş SM Rookies üzvü Yerinin artıq rəsmi olaraq qrupun bir hissəsi olduğu açıqlandı. Martın 15-də qrup "Ice Cream Cake" adlı ilk mini albomunu buraxdı.Qrup iki sinqlı ilə albomu təbliğ etdi. Bu sinqllar "Automatic" və "Ice Cream Cake" oldu. "Albom Hanteo Chart"-da 2015-ci ilin ilk yarısında ən çox satılan qız qrupu albomu oldu.

Qrupun ilk tam albomu "The Red", 9 sentyabr 2015-ci ildə işıq üzü gördü. Albom çox müsbət rəylər aldı və Billboard-un Dünya Albomlarında və Cənubi Koreyanın Gaon albomunda bir nömrəyə yüksəldi. O, həmçinin Billboard-un "2015-ci ilin ən yaxşı 10 K-pop albomu" siyahısına daxil edilmişdir.Aparıcı sinql "Dumb Dumb" "Gaon Rəqəmsal Cəlvəl"-də 2-ci, "Billboard Dünya Rəqəmsal Mahnılar Cədvəli"-də isə 3-cü yeri tutdu, eyni zamanda Dazed tərəfindən "2015-ci ilin ən yaxşı 20 K-pop musiqisi" siyahısında birinci oldu."Dumb Dumb" üçün musiqi videosu Rolling Stone-un "2015-ci ilin 10 Ən Yaxşı Musiqi Videosu"na ingiliscə olmayan yeganə mahnı kimi daxil edilmişdir.Red Velvet daha sonra SM Entertainment-in xüsusi Milad layihəsi olan "Winter Garden"-da iştirak etdi və bu layihədə 18 dekabr 2015-ci ildə "Wish Tree" adlı rəqəmsal sinql buraxaraq, f(x) və BoA-nın da iştirakını gördü.

2021-indiki: Queendom və Bloom

1 yanvar 2021-ci ildə qrup Vendinin zədələri səbəbindən bir illik fasilədən sonra SM-in YouTube kanalında canlı yayımlanan SMTOWN Live "Mədəniyyət İnsanlığı" onlayn konserti üçün beş üzv olaraq geri döndü. 2021-ci ilin avqustunda eyni adlı aparıcı sinql daxil olmaqla, onların altıncı Koreya EP-si Queendom buraxıldı.

10 dekabr 2021-ci ildə qrup 2 fevral 2022-ci ildə Bloom adlı ilk Yapon studiya albomunun buraxılacağını elan etdi.

Üzvlər

  • Bae Joo-hyun-Səhnə adı ilə Irene 29 mart 1991-ci ildə Buk-gu, Tequ, Cənubi Koreya-da doğulub.Qrupun lideridir.
  • Shon Seung-wan-Səhnə adı ilə Wendy 21 fevral 1994-cü ildə Seongbuk-dong, Seul, Cənubi Koreya-da doğulub.
  • Park Soo-young-Səhnə adı ilə Joy 3 sentyabr 1996-cı ildə Çecu, Cənubi Koreya-da doğulub.
  • Kim Ye-rim-Səhnə adı ilə Yeri 5 mart 1999-cu ildə Seul, Cənubi Koreya-da doğulub.
  • Kang Seul-gi-Səhnə adı ilə Seulgi 10 fevral 1994-cü ildə Danvon-gu, Ansan-si, Cənubi Koreya-da doğulub.

İstinadlar

Tags:

Red Velvet KaryeraRed Velvet ÜzvlərRed Velvet İstinadlarRed VelvetKoreya diliSM Entertainmentİngilis dili

🔥 Trending searches on Wiki Azərbaycanca:

Qədim RomaUkraynaYosunlarKompüter oyunuKəlmeyi-şəhadətAğdərə rayonuDilarə Əliyeva (aktrisa)QafqazFolklorZeynəb XanlarovaOrxan ZeynallıCəlilabad rayonuAğakərimYeni Azərbaycan PartiyasıƏlixan RəcəbovSkelet (insan)QambiyaİngiltərəQəbələ rayonuAna səhifəBöyük Səlcuq imperiyasıMasallı rayonuHafiz PaşayevQədim Roma tanrılarıİnklüziv təhsilİmişli rayonuAğıllı şəhərReal Madrid FKXocalı soyqırımıAlbert EynşteynQədim YunanıstanRusiyaFətəli xan XoyskiLənkəran rayonuSultan Süleyman QanuniHikmət HacıyevQaraqoyunlularHeydər ƏsədovÇin tarixiSəudiyyə ƏrəbistanıEyfel qülləsiFinlandiyaAğdamHamiləlikKlaviaturaKonstitusiyaAzərbaycan xanlıqlarıAzərbaycan mətbuatıDövlət Sərhəd Xidməti (Azərbaycan)Qazİslam peyğəmbərləriBabəkNadir şahMirsaleh SeyidovMediana (statistika)İnternetBucaqAzərbaycan Tibb UniversitetiBakıCəfər CabbarlıSarqas dəniziKanadaMüstəqillik Günü (Azərbaycan)Cavanşir Məmmədov (general)VoleybolBuddizmBakı İdman SarayıLüdviq van BethovenBürcNatiq Qasımov (əsgər)Cənubi KoreyaƏhalisinə görə ölkələrin siyahısıADA UniversitetiKimyəvi elementlərin dövri sistemiHeydər Əliyev Fondu🡆 More