Qəzəl: ədəbiyyat janrı

Qəzəl – klassik Şərq şeiri növüdür.

Qəzəl ərəb ədəbiyyatında yaranıb. Yazılı ədəbiyyatda klassik janrlardan biridir. Lirik növdədir. YaxınOrta Şərq, Cənub-Şərqi Asiya, həmçinin Azərbaycan poeziyasının ən çox işlənən formasıdır. Əruz vəzninin müxtəlif bəhrlərində yazılır. Qəzəl, əsasən, 5-12 beytdən ibarət olur. Qəzəlin ilk beyti mətlə, son beyti məqtə adlanır. (iki misra "beyt" adlanır) Qəzəlin ən yaddaqalan beyti şah beyt və ya beytül qəzəl adlanır. Mətlənin hər iki misrası həmqafiyə olur. Qalan beytlərin isə sonu mətlə ilə qafiyələnir. Məqtədə şair təxəllüs və ya adını göstərir. (Qeyd: Qazi Bürhanəddin qəzəllərində adını verməyib).

Qəzəllər, əsasən, məhəbbət mövzusunda olur. Bundan başqa əxlaqi, tərbiyəvi, ictimai-siyasi, fəlsəfi, təbiət mövzusunda ola bilər.

Klassik qəzəlxan şairlər

Azərbaycan şairləri Nizami, Nəsimi, Füzuli, Saib Təbrizi, Seyid Əzim Şirvani, Mir Möhsün Nəvvab, Natəvan, Həsənəli xan Qaradaği, Şah İsmayıl Xətai fars şairlərindən Sədi, Hafiz, Cami, özbək şairi Nəvai qəzəlin klassik nümunələrini yaratmışlar.

Müasir qəzəlxan şairlər

Müasir Azərbaycan şeirində qəzəl ənənələrini, əsasən, Əliağa Vahid, Süleyman Rüstəm , Vüqar Biləcəri davam etdirmişdir.

Qərb ədəbiyyatında qəzəl

Qərb ədəbiyyatı nümayəndələrindən Göte, Puşkin, Bryusov və b. Şərq mövzusundakı əsərlərində qəzəl formasından istifadə etmişlər.

Quruluşu

1-ci beyt: MƏTLƏ: Həmqafiyəli iki misra

    Fələyin bir belə dövrü olacağmış, nə bilim ?
    Saralıb bağü gülüstan solacağmış, nə bilim

2-ci beyt: ikinci misrası həmqafiyəli

    Ürəyim yaralanıb, sinəmə dağlar çəkilib,
    Gözümə qan sağılıb, yaş dolacağmış, nə bilim ?

3-cü beyt: ikinci misrası həmqafiyəli

    Bitirib, bağ salıb, bir neçə güllər yetirdim,
    Uzadıb dəsti-qəza kim yolacağmış, nə bilim ?

4-cü beyt: ikinci misrası həmqafiyəli

    Əl çəkib nakəsidən çərx elə nakəs imiş,
    Bir mənə cövrü cəfalar qılacağmış, nə bilim ?

5-ci beyt: ikinci misrası həmqafiyəli

    Aşiqə naz eləmək adət olub mə’şuqə,
    Bu qədər naz eləyib can alacağmış, nə bilim ?

6-ci beyt: ikinci misrası həmqafiyəli

    Bəslədim zülfü, dedim, başıma salsın sayə,
    Dolanıb boyna ilantək çalacağmış, nə bilim ?

7-ci beyt: ikinci misrası həmqafiyəli

    Səltənət rütbəsini xar tutardım şah ikən,
    Məni başdan ayağa qəm saracağmış, nə bilim ?

Sonuncu (8-ci) beyt: MƏQTƏ: şair təxəllüs və ya adını göstərir

    Ruzigarın dolanıb haləti bir özgə hala,
    Ey Qaradaği, mənə qəm qalacağmış, nə bilim ?

Həmçinin bax

İstinadlar

Xarici keçidlər

Tags:

Qəzəl Klassik qəzəlxan şairlərQəzəl Müasir qəzəlxan şairlərQəzəl Qərb ədəbiyyatında qəzəlQəzəl QuruluşuQəzəl Həmçinin baxQəzəl İstinadlarQəzəl Xarici keçidlərQəzəlŞərq

🔥 Trending searches on Wiki Azərbaycanca:

Bizans imperiyasıŞiəlikAğdamın işğalıŞir (astrologiya)HindistanGəncəAzərbaycandakı ən yüksək dağ zirvələriKoroğlu dastanıAzərbaycandakı çayların siyahısıŞotlandiyaKoroğluLeykozİmadəddin NəsimiCazibə qüvvəsiErmənistanŞöhrət ordeni (Azərbaycan)AsiyaAnalogiyaHüseyn CavidAzərbaycan Respublikası Dövlət Neft ŞirkətiYüzillik müharibəUşaq hüquqlarıMasturbasiyaKütlə vahidləriTəzyiqAzərbaycan Dövlət Akademik Opera və Balet TeatrıDağlıq QarabağÖvrə xəstəliyiMisirFizikaƏmir TeymurLənkəranAzərbaycanın iqlimiBakıZərf (qrammatika)AntarktidaSalamİngiltərə tarixiDOST AgentliyiQırğızıstanMusiqiQuba rayonuAzərbaycanda Novruz bayramıSeks (dəqiqləşdirmə)Azərbaycan coğrafiyasıGəncə zəlzələsi (1139)Mehdiqulu xan CavanşirİsrailXarici Kəşfiyyat Xidməti (Azərbaycan)MonteneqroAzərbaycan gölləriMonqol imperiyasıNitq hissəsiQuşlarİsmayıllı rayonuZəngilan rayonuİçəri şəhər (film, 2016)MəsdərKönül XasıyevaNəbati ornamentlərSahələrinə görə ölkələrin və ərazilərin siyahısıTəkamülKompüter qurğularıƏrəb xilafətiMehdiqulu xanDövlət idarəetmə formalarıBrakonyerlikElçin Quliyev (general-polkovnik)BananHeyvanlarƏləsgər Ələkbərov (aktyor)Sözün həqiqi mənasıAfrikaVətən uğrunda medalıAzərbaycan tammetrajlı bədii filmlərinin siyahısıİtaliya🡆 More