Qeysər Kaşıyeva: Azərbaycan rəssamı

Qeysər Seyfulla qızı Kaşıyeva (7 iyun 1893, Tiflis – 17 aprel 1972, Bakı, Azərbaycan SSR) — Azərbaycan rəssamı.

O, rəssamlıq təhsili almış ilk azərbaycanlı rəssam qadın hesab edilir.

Qeysər Kaşıyeva
Qeysər Seyfulla qızı Kaşıyeva
Qeysər Kaşıyeva: Həyatı, Yaradıcılığı, İstinadlar
Doğum tarixi 7 iyun 1893(1893-06-07)
Doğum yeri
Vəfat tarixi 17 aprel 1972(1972-04-17) (78 yaşında)
Vəfat yeri
Vəfat səbəbi malyariya
Fəaliyyəti rəssam
Üzvlüyü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Qeysər Kaşıyeva: Həyatı, Yaradıcılığı, İstinadlar
Qeysər Kaşıyeva və həyat yoldaşı Şirin bəy Kəsəmənli

Həyatı

Qeysər Seyfulla qızı Kaşıyeva 7 iyun 1893-cü ildə Tiflisdə anadan olmuşdur. Yeddi yaşında ikən Tiflisdəki qız pansionunda oxumuş, orada rus dilini öyrənmiş, sonra isə Qızlar Gimnaziyasında təhsil almışdır. Gimnaziyada oxuduğu illərdən onun rəssamlığa həvəsi yaranmış, eyni zamanda bədii qurama və bədii toxuma işlərinə də maraq göstərmişdir. 1907–1908-ci illərdə Tiflisdə incəsənəti təbliğ edən cəmiyyətin nəzdində rəssamlıq məktəbi oxumuşdur. Daha sonra məşhur rus rəssamı Riçard Zommer Qeysərin istedadını yüksək dəyərləndirərək ondan Moskvada təhsilini davam etdirməsini istəmişdir, lakin dövrün sərt tələbləri buna imkan vermədiyinə görə Qeysər Tiflis mühiti ilə kifayətlənməli olmuşdur. O, Tiflisdə yaradılmış Qadın Xeyriyyə Cəmiyyətinin bütün tədbirlərində iştirak edirdi. Belə tədbirlərin birində Qeysər Kaşıyeva Şirin bəy Kəsəmənli ilə tanış olmuşdu. Şirin bəy Qazax bəylərindən Çingiz bəyin oğlu idi. Tiflisdə hərbi gimnaziyada təhsil almış, bir müddət yüngül süvari alayında qulluq etmişdi. Daha sonra cütlük ailə həyatı qurmuş və bu evlilikdən onların qız övladı dünyaya gəlmişdir.

Azərbaycan Xalq Cumhuriyyətinin qurulmasından sonra Qeysər xanım 1918-ci ildən Tiflisdən Bakıya köçmüşdür. Sovet hakimiyyəti illərində o, Bakıda rəsm dərsləri verir, Şərq Qadəmə jurnalı üçün illüstrasiyalar çəkirdi. 1930-cu ildə Qeysər xanım ikinci dəfə, Zülfüqar Seyidbəyli ilə ailə həyatı qurmuşdur, lakin onun bu evliliyi də uzun sürməmiş, Zülfüqar bəy siyasi səbəblərə görə 1938-ci ildə həbs edilmişdir. Çox keçmədən onlar sürgün edildilər.

Qeysər xanım 1950-ci ildə yenidən Azərbaycana qayıtmış və 1972-ci ildə aprelin 17-də Bakı şəhərində vəfat etmişdir.

Yaradıcılığı

Yaradıcılığının ilk dövründə Tiflisdə qadın xeyriyyə cəmiyyətlərinin keçirdiyi mədəni tədbirlər üçün afişa və məramnamələr tərtib etmişdir. 1907–1915 illərdə akvarel, qara tuş, karandaş və kömürlə çoxlu rəsm, portret və mənzərə çəkmişdir ("İ. Qonçarovun portreti", 1909, "Azərbaycan ziyalısı", 1912, "Göl sahili", 1914, "Küpəgirən qarı", 1915). Sovet hakimiyyəti illərində Əli Bayramov adına qadınlar klubunda çalışmış, "Şərq qadını" jurnalına illüstrasiyalar çəkmişdir. Rəsm albomları Azərbaycan Dövlət İncəsənət Muzeyində saxlanılır.

Təsviri sənətin rəngkarlıq və qrafika sahəsində fəaliyyət göstərmişdir. O, professioanal rəssamlıq təhsili alan ilk azərbaycanlı qadındır. Q. Kaşıyeva sənətin sirlərinə dünyaya göz açdığı Tiflisdə, Qafqaz İncəsənəti Təşviq Cəmiyyətinin nəzdindəki rəssamlıq studiyasında (1907–1908) yiyələnmişdir. O dövrün tanınmış rəssamları sayılan R. Zommer və O. Şmerlinqdən dərs alan Qeysər xanımın yaradıcılığı müxtəlif janrlarda çəkilmiş əsərlərlə zəngindir. Onun kömür, tuş, sulu və yağlı boya ilə çəkdiyi əsərlərin arasında "Ziyalı qadın", "Qoca keşıkçi", "Gürcü qızı", "Ovçu", "Yanğınsöndürən", "Qoqolun portreti", "Azərbaycan ziyalısı", "Küpagirən qarı", "İ. Qonçarovun portreti", "Azərbaycan ziyalısı", "Göl sahili" və s. realizm ənənələrinə tapınan əsərləri özünəməxsus icra sənətkarlığı ilə seçilir. O, "Şərq qadını" jurnalına (1923–1938-ci illərdə Bakıdaçap olunmuşdur) illyustrasiyalar da çəkmişdir.

Otuzuncu illərdə ərinin "xalq düşməni" güllələnməsindən sonra, özünün də həbs olunaraq sürgünə göndərilməsi onun zəngin bədii irsinin itib-batmasına səbəb olmuşdur. Qeysər xanımın bizim dövrə gəlib çatan azsaylı əsərləri Azərbaycan Milli İncəsənət Muzeyində saxlanılır.

İstinadlar

Həmçinin bax

Xarici keçidlər

Tags:

Qeysər Kaşıyeva HəyatıQeysər Kaşıyeva YaradıcılığıQeysər Kaşıyeva İstinadlarQeysər Kaşıyeva Həmçinin baxQeysər Kaşıyeva Xarici keçidlərQeysər Kaşıyeva17 aprel189319727 iyunAzərbaycanAzərbaycan Sovet Sosialist RespublikasıBakıTbilisi

🔥 Trending searches on Wiki Azərbaycanca:

I OsmanAzərbaycanın iqlimiDərman zəncirotuŞəkiMisirAzərbaycan rəssamlarının siyahısıSay (qrammatika)Məhəmməd FüzuliCeyhun CəlilovNamazDünya ölkələrinin siyahısıQondarma Dağlıq Qarabağ RespublikasıMicrosoft ExcelSentyabrCənubi Afrika RespublikasıTəşbehAğciyərİrəvan xanlığıQobustan Dövlət Tarixi-Bədii QoruğuYeni Azərbaycan PartiyasıBumeranqQərbi AvropaMenecmentÜzeyir HacıbəyovQızdırmaŞirMürəkkəb sözlərSahələrinə görə ölkələrin və ərazilərin siyahısıYol nişanlarıTriqonometriyaAvropa ölkələrinin siyahısıQazax rayonuMustafa Kamal AtatürkDüzbucaqlı üçbucaqNəqli cümləYusif MustafayevÇinXankəndiEverestAlbert EynşteynTəyyarəMehriban ƏliyevaAğdam rayonuSəfəvilərNaxçıvanƏbülfəz ElçibəyQaraqoyunlularİnformatikaGözŞəkərli diabetYüngül atletikaTelefonGəncəKoroğlu dastanıAzərbaycandakı ən yüksək dağ zirvələriDurğu işarələriTovuz rayonuCümləAzərbaycan əlifbasıİsveçrəLitrQara YanvarAşıq ƏləsgərMannaAtomHeydər Əliyev MərkəziƏli ƏsədovBaş Prokurorluq (Azərbaycan)Azərbaycan Hava YollarıƏtraf mühitVərəmDövlət Təhlükəsizliyi Xidməti (Azərbaycan)BalaəliQırğızıstan əhalisiŞuşanın azad edilməsi🡆 More