Qastone Bin: Italyan futbolçusu

Qastone Bin (it.

Qastone Bin
Ümumi məlumatlar
Doğum tarixi 11 avqust 1936(1936-08-11) (87 yaş)
Vətəndaşlığı
Boyu 170 sm
Çəkisi 70 kq
Mövqeyi hücumçu
Karyerası
Gənclik karyerası
1952–1953 San Kantsian
1953–1955 Milan
Klub karyerası
1955–1960 Milan 87 (39)
1955–1956 Pyaçentsa 21 (23)
1960–1964 Cenoa 123 (46)
1964–1967 Napoli 45 (10)
1967–1969 SPAL 22 (2)
Məşqçisi olduğu klublar
1969–1973 Bellariya İcea Marina
1973–1974 Ravenna
1974–1977 Kattolika
1980–1981 Lekko
1981–1983 Benevento
1983–1984 Barletta
1984–1985 Kazertana
1986–1987 Kaveze
1988–1989 Fazano

Klub karyerası

San Kantsian d'İzontso kommunasında böyüyən Bin gənc yaşlarında "Milan" klubunun düşərgəsinə qatıldı. Seriya C-nın 1955–56 mövsümündə o, icarə əsasında "Pyaçentsa"ya keçdi və 21 oyuna 23 qol vura bildi.

14 oktyabr 1956-cı ildə "Milan"da debüt etdi. Onun vurduğu 17 qol "Milan" klubunun 1956-57 mövsümündəki qələbəsinə böyük töhfə verdi. Mövsümün dördüncü ən yaxşı bombardiri oldu, "Il calcio e il ciclismo illustrato" adlı italyan qəzeti onu 1957-ci ilin "sevimli çempionu" seçdi. Karlo Qalli ilə birlikdə onlar "Roma" klubuna transfer olunan Qunnar Nordalın işini davam etdirdilər.

Dörd mövsümdə 39 qol vurmasına baxmayaraq, 1960-cı ildə "Cenoa" klubuna keçdi və Eddi Firmani ilə orada hücum tandemini qurdu. 2 aprel 1961-ci ildə Bin "Novara"nın qapısına 4 qol vurdu, lakin "qrifonlar" cəzalı qaldıqları üçün yüksək liqaya vəsiqə qazana bilmədilər. Bu ancaq 1961–62 mövsümündə baş verdi ki, klub 64 qol sayı ilə və ikinci yeri tutan "Napoli"ni 11 xal qabaqladı. Sol vinger mövqeyində çıxış edən Bin 20 qol vurdu. O, "Cenoa"da dörd mövsüm keçirtdi, 1964-cü ildə Alp Kuboku və 1963-cü ildə Dostluq Kubokunun qazanılmasına töhfə verdi.

Seriya B-də çıxış edən "Napoli"yə keçidindən sonra o, növbəti mövsüm klubla birgə üst liqaya qayıtdı.

O, karyerasını Neapolda başa vurdu və "Bellariya İcea Marina" klubunda oyunçu-məşqçi qismində işə başladı.

Milli komanda karyerası

İtaliya millisindən 1958 FİFA Dünya Kuboku turnirin seçmə mərhələsi oyunlarına dəvət almışdır. Ümumilikdə millidə 4 oyun keçirtdi.

Məşqçi karyerası

Oyunçu karyerasını bitirdikdən sonra iyirmi ili aşağı liqa klublarında ("Bellariya İcea", "Ravenna", "Kattolika", "Lekko", "Benevento", "Barletta", "Kazertana", "Kaveze" və "Fazano" kimi) məşqçi olaraq çalışmışdır.

Nailiyyətləri

Klub səviyyəsində

"Milan"

"Cenoa"

İstinadlar

Tags:

Qastone Bin Klub karyerasıQastone Bin Milli komanda karyerasıQastone Bin Məşqçi karyerasıQastone Bin NailiyyətləriQastone Bin İstinadlarQastone Bin11 avqust1936Hücumçu (futbol)İtalyan dili

🔥 Trending searches on Wiki Azərbaycanca:

Qacar dövlətiQərbi AzərbaycanMürəkkəb cümləMaddəŞəki xan sarayıKəmaləddin HeydərovAzərbaycan meşələriSaitKompüterPaleolitQozbel balinaYeni Azərbaycan PartiyasıMəsdərBəhram RəcəbzadəMalyariyaBakı Dövlət UniversitetiCavanşirEkoloji problemlərİstiqrazTeymurilərin Azərbaycana yürüşləriAzərbaycanın Milli Qəhrəmanlarının siyahısıEpilepsiyaNağılKanadaİstiqlal (snayper tüfəngi)Azıx mağarasıAğqoyunlularQızlıq pərdəsiAzərbaycanlıların Ermənistandan deportasiyası (1948–1953)KürCəfər CabbarlıƏli bəy HüseynzadəCəbrHəmcins üzvlər2020-ci il İkinci Qarabağ müharibəsi şəhidlərinin siyahısıPrezidentin Təhlükəsizlik Xidməti (Azərbaycan)Fuad PoladovƏhməd CavadTəvəssül duasıAzərbaycan vətəndaşları üçün viza tələbləriMəhəmmədhüseyn ŞəhriyarNatiq Qasımov (əsgər)İslamda oral seksÖlkə paytaxtlarının siyahısıAzərbaycan Daxili Qoşunlarıİlyas ƏfəndiyevLaqqutuAzərbaycanın ali təhsil müəssisələrinin siyahısıƏssalamu əleykumAzərbaycanın inzibati bölgüsüAzərbaycanın palçıq vulkanlarıZəncirotuYazSahə (ölçü parametri)Qobustan Dövlət Tarixi-Bədii QoruğuSuyun təmizlənməsiEnsiklopediyaİsaHecaSalarilərAzərbaycan Ərəb xilafətinin tərkibindəNəqliyyat növləriBöyük Hun imperiyasıİsrail tarixiBəylər EyyubovAzərbaycan gölləriZəhərlənməXristianlıqAdrianFacebookŞəki xanlığıDinozavrlarEndokrin sistemiİmadəddin Nəsimiİnklüziv təhsilBakı metrosuCin mikrorayondaSultan Süleyman Qanuni🡆 More