Roman Qarışqalar

Qarışqalar (fr.

Hələ 16 yaşındaykən bu əsəri yazmağa başlayan yazıçı onu yalnız 1991-ci ildə çap etdirməyə müvəffəq olur. İki milyondan çox nüsxəsi satılan kitab 30-dan çox dilə tərcümə edilmişdir.

Qarışqalar
Les Fourmis
Roman Qarışqalar
Janr elmi fantastika
Müəllif Bernar Verber
Orijinal dili fransız
Nəşr ili 1991
ISBN 2253063339
Sonrakı "Qarışqanın günü"

Süjeti

Əsər paralel mövcud olan iki "dünya"dan: qarışqaların və insanların sivilizasiyasından bəhs edir. Burada qarışqaların yaşadığı yer Paris yaxınlığındakı kiçik bir parkdır. Bütün roman boyu bu "dünyalar" əlaqədə olmur və hətta heç qarşılaşmırlar. Bu yalnız əsərin sonunda baş verir.

Qarışqalar tərəfdən hadisələr qış yuxusundan sonra qırmızı qarışqalar federasiyasının mərkəzi şəhəri olan Bel-O-Kan ətrafında cərəyan edir. Burada qəribə hadisələr baş verir: bir saatın içində ilk yaz ekspedisiyası zamanı 28 qarışqa həlak olur və onlardan yalnız 327№-li erkək qarışqa sağ qalır. Və bu fərd öz şəxsi təhqiqatını aparır, kraliça ilə görüşməyə can atır. Görüş baş tutsa belə, o kraliçanı öz doğruluğuna inandıra bilmir. Bir qədər sonra onun fikirlərini bölüşən iki qarışqa da ona qoşulur.

İnsanlar tərəfdən isə əsas personajlar mirmikologiya üzrə mütəxəssis, entomoloq-alim Edmond Uells, onun bacısı oğlu Conatan və ailəsidir. Edmondun ölümündən sonra onun Sibaritlər küçəsindəki 3№-li evi bacısı oğlu, keçmiş qaynaqçı Conatana çatır. İlk baxışdan bu ev ailənin xoşuna gəlir: o genişdir, rahatdır, işıqlıdır. Lakin evin gizli və qaranlıq zirzəmisi vardır. Əmisinin sirli həyatını və fəaliyyətini araşdırmaq məqsədilə bir gün Conatan ora enir və geri qaytımır. Onu tapmaq üçün gedən həyat yoldaşı, xilasetmə işçiləri, polis nümayəndələri , hətta kiçik oğlu Nikolya da zirzəmidə itir. Bir qədər sonra zirzəminin dərinliklərinə çata bilən iki alim və Conatanın nənəsi burada ağlasığmayan vəziyyətlə tanış olurlar..

Roman Qarışqalar  Bu çoxmilyonluq şəhər torpağın səthində cəmi 2 kvadrat metr ərazini tutur. Onun sakinləri dünyanın ən əməksevər canlılarıdır. Onların bacarığı qaydalara tabedir - bu isə hər bir diktatorun arzusudur! Onların intellektinə həsəd aparmaq olar!

Onlar - qarışqalardır! Onlar bizim aramızda yaşayır. Bəlkə, elə biz onların arasında yaşayırıq? Hansı sivilizasiya daha həyat qabiliyyətlidir?

Roman Qarışqalar 

Əsərdə Edmond Uellsin adından *"Nisbi və mütləq biliklər ensiklopediyası"ndan parçalar verilir.

Roman Qarışqalar  "Aşağıdakı dörd sətrlik yazını oxuduğunuz bir neçə saniyə ərzində:

– Yer kürəsində 40 insan insan və 700 milyon qarışqa dünyaya gəlmişdir

– Yer kürəsində 30 insan və 500 milyon qarışqa ölmüşdür.

İnsanlar: boyları 1-2 metr arası olan məməlilərdir. Çəkiləri 30-100 kiloqram arasıdır. Dişilərinin hamiləlik dövrü 9 aydır. Qidası: hər şey. Təqribi sayları:7 milyard

Qarışqalar: boyları 0,01-3 sm arasında dəyişən həşəratlardır. Çəkiləri: 1-150 milliqram arasıdır. Yumurta qoyması:vəziyyətdən asılıdır. Təqribi sayları: milyar milyard fərd."

Roman Qarışqalar 

Personajlar

İnsanlar

  • Edmond Uells — entomoloq-alim, yazıçı.
  • Conatan Uells — Edmondun bacısı oğlu. Əvvəllər emalatxanada qaynaqçı işləyirdi.
  • Lüsi — Conatanın həyat yoldaşı. Onlar metroda tanış olmuşdular. 13 ildir ki, evlidirlər.
  • Nikolya — ailənin yeganə uşağı. Bütün günü televizorun qarşısında oturmağı sevir.

Qarışqalar

  • 56№-li: Şli-Pu-Kan şəhərinin banisi və sonralar Federesiyanın kraliçası olan Şli-Pu-Ninin ilkin adı
  • 327№-li: "gizli" silahı tapmış Bel-o-kan şəhərindən olan cavan əsgər.
  • 4000№-li: yaşlı və müdrik qırmızı ovçu
  • 103683№-li: "gizli silah"ı tapmaq üçün 327№-liyə qoşulan əsgər
  • 801№-li: kraliça Şli-Pu-Ninin oğlu və şəhərin ən yaxşı döyüşçüsü. Bel-O-Kan şəhərinə kəşfiyyatçı kimi göndərilir

Şəhərlər

  • Şli-Pu-Kan — Kraliça Şli-Pu-Ninin yaratdığı super müasir şəhər
  • Şi-Qae-Pu — cırtdan qarışqaların şimal-qərbdə yerləşən şəhəri
  • Zubi-Zubi-Kan — şərqdə yerləşən və çoxlu "mal-qarası" ilə məşhurlaşan şəhər
  • Qaey-Tiolo — kiçik hərbi yuva
  • Bel-O-Kan — qırmızı qarışqalar federasiyasının mərkəzi şəhəri
  • La-Şola-Kan — federasiyanın ən qərb şəhəri.

Maraqlı faktlar

  • 2000-ci ildə Microids fransız kompüter oyunları şirkəti "Qarışqalar" romanının motivlərinə əsaslanan Empire of the Ants adlı strategiya oyununu yaratmışdır.
  • Əsərdə Edmon Uellsin qarışqalarla əlaqə yaratmaq üçün kəşf etdiyi cihaz "Rozetta daşı" adlanır.

Sitatlar

  • Eybi yox, oğlum, böyüyərsən, bilərsən ki, düşüncəsi bizimkindən fərqlənən yeganə canlı – qadındır..
  • Hər şey getdikcə birdəfəlik istifadə üçün olur: çəngəllər də, qələmlər də, fotoaparatlar da, maşınlar da.. və siz də fərqinə varmadan getdikcə birdəfəlik istifadə xüsusiyyəti daşıyırsınız..
  • Yaxşı təəssürat yaratmaq və ya həmsöhbətimizi cəlb etmək üçün dolaşıq ifadələr və komplimentlər deməklə əslində biz həyatımızı çətinləşdiririk.

Xarici keçidlər

Tags:

Roman Qarışqalar SüjetiRoman Qarışqalar PersonajlarRoman Qarışqalar ŞəhərlərRoman Qarışqalar Maraqlı faktlarRoman Qarışqalar SitatlarRoman Qarışqalar Xarici keçidlərRoman QarışqalarBernar VerberFransız dili

🔥 Trending searches on Wiki Azərbaycanca:

DairəAy təqvimiMədəaltı vəziRövşən CavadovAzərbaycan (tarixi ərazi)Durğu işarələriBirinci Dünya müharibəsiİosif StalinAzərbaycan himniAzərbaycan Beynəlxalq BankıDədə Qorqud parkıAzərbaycanPiramidaFatiməTərbiyəElxanilər dövlətiAzərbaycan Sovet Sosialist RespublikasıAzərbaycan milli futbol komandası30 aprelNazim HikmətVüqar BiləcəriDilarə Əliyeva (aktrisa)Azərbaycan Dövlət Neft Akademiyasında terror hadisəsiKompüter şəbəkəsiMehriban XanlarovaÜrək (insan)PedaqogikaAltsheymer xəstəliyiQİÇSMolla Nəsrəddin (jurnal)Çaldıran döyüşüLatın ifadələriİstanbulSufizmQanaxmaMayADA UniversitetiMatrisFinlandiyaVladimir PutinAvstraliyaOsmanlı imperiyasıƏli ƏsədovBöyük QafqazTalassemiyaHikmət HacıyevKunnilinqusMia XalifaUrxan ƏləkbərovCeyms CoysMikayıl MüşfiqRövnəq AbdullayevG nöqtəsiRamiz ZeynalovAna səhifəRəcəb Tayyib ƏrdoğanYazıŞuşa BəyannaməsiNovruzəli AslanovKleopatraTövbə surəsiGəmiLəzgilərBeyinNaxçıvan Muxtar RespublikasıQaraqanMəxmərəkTayyibə Mervə ÇakarMeyxanaTahir İmanovAzərbaycan Dövlət Neft və Sənaye UniversitetiSəadət SarayıAzərbaycanda yayılmış balıqların siyahısıAzərbaycan İkinci Dünya müharibəsindəKimyəvi elementLeyli və Məcnun (opera)🡆 More