Povest Polkovnikə Məktub Yoxdur

Polkovnikə məktub yoxdur (isp.

Polkovnikə məktub yoxdur
El coronel no tiene quien le escriba
Əsərin Azərbaycan dilində nəşrinin üz qabığı
Əsərin Azərbaycan dilində nəşrinin üz qabığı
Müəllif Qabriel Qarsiya Markes
Janr realizm
Orijinalın dili ispan dili
Ölkə
Orijinalın nəşr ili 1961
Tərcüməçi İshaq İbrahimov
ISBN 978-84-9759-235-2

Məzmun

Novellada hadisələr 1956-cı ildə kiçik Kolumbiya şəhərciyində baş verir. Baş qəhrəman Min Günlük müharibənin veteranı olan 75 yaşlı polkovnikdir. O arvadı ilə şəhərciyin kənarında yaşayır və oğlu Aqustin öldürüləndən sonra onlar yoxsulluqdan əziyyət çəkirlər. Polkovnik müharibə veteranı kimi ona təyin edilməli olan pensiya barəsində uzun illərdir ki, paytaxtdan məktub gözləyir. Lakin ona heç kim yazmır.

Qoca bütün ümidlərini döyüş xoruzuna bağlayır. Yanvar ayında xoruz döyüşləri başlamalıdır. Polkovnik və onun arvadı yeməyə bir şey tapmasalar da, o , öz xoruzunu yaxşı yemləyir və xoruzu satmaq təkliflərini rədd edir.

Xoruz döyüşlərinin başlanmasına isə hələ 45 gün var.

Bədii xüsusiyyətləri

"Polkovnikə məktub yoxdur" novellası yazıçının erkən əsərlərindən biridir və realistik tərzdə yazılmışdır . Bir çoxları bu novellanı Heminqueyin “Qoca və dəniz” novellası ilə müqayisə edirlər

“Vivir para contarla” ("Yaşamaq üçün yazmaq") adlanan xatirələrində yazıçı qeyd edir ki, polkovnik obrazını yaradarkən öz babasından ilhamlanmışdır: o da polkovnik idi, Min Günlük müharibədə iştirak etmişdi və onun da pensiya almaq hüququ olsa da, o bu pensiyanı almamışdı.

Novelladakı şəhərciyin prototipi Kolumbiyada yerləşən Sukre şəhərciyidir.

Novella yazıçıya şöhrət gətirməsə də, çox illərdən sonra məhz bu əsəri özünün ən yaxşı əsəri adlandırmış və bildirmişdi ki, o “Yüz ilin tənhalığı”nı onun üçün yazmışdır ki, insanlar “Polkovnikə məktub yoxdur” novellasını da oxusunlar.

Novelladan sitatlar

  • Çətirlər nədənsə mənə ölümü xatırladır
  • Kasıbçılığın ən pis cəhəti odur ki, o səni yalan danışmağa məcbur edir.
  • Elə satmaq lazımdır ki, sanki sən özün alırsan.
  • Mən şlyapa taxmıram ki, heç kimin qarşısında da onu çıxarmayım

Mədəniyyətə təsiri

  • Rejissor Arturo Ripşteyn 1999-cu ildə novella əsasında eyniadlı bədii film çəkmişdir.
  • Rusiyanın Bi-2 qrupunun “Polkovnikə heç kim yazmır” mahnısı var .
  • Riqada “Pulkvedim Neviens Neraksta” adlı klub-restoran mövcuddur.
  • Şair Səlim Babullaoğlunun “Polkovnikə heç kim yazmır” adlı şerlər kitabı var .

Maraqlı faktlar

  • Markes bu novellanı 11 dəfə redaktə edib üzünü köçürmüşdür.

İstinadlar

Tags:

Povest Polkovnikə Məktub Yoxdur MəzmunPovest Polkovnikə Məktub Yoxdur Bədii xüsusiyyətləriPovest Polkovnikə Məktub Yoxdur Novelladan sitatlarPovest Polkovnikə Məktub Yoxdur Mədəniyyətə təsiriPovest Polkovnikə Məktub Yoxdur Maraqlı faktlarPovest Polkovnikə Məktub Yoxdur İstinadlarPovest Polkovnikə Məktub YoxdurQabriel Qarsiya Markesİspan dili

🔥 Trending searches on Wiki Azərbaycanca:

Real Madrid FKSemiramidanın asma bağlarıNeftçi PFKMustafa Kamal AtatürkBakı metrostansiyalarının siyahısıÇaldıran döyüşüXüsusi Təyinatlı Qüvvələr (Azərbaycan)Azərbaycan təbiətiNamazİlk tibbi yardımÇernobıl faciəsiOrta əsrlərİosif StalinRoma imperiyasıAlternativ enerjiÇingiz AytmatovTəsirlik halGənc türklərMarketinqEldənizlərİnkişaf etməkdə olan ölkəArif HeydərovOmbudsmanİsmin hallanması25 aprelİngiltərəHikmət MirzəyevQurban bayramıRəngli monitorSiyavuş NovruzovPulİsveçAzərbaycan operasıZürafəDərman bitkiləriUkraynaGəncəTamamlıqMüstəqil Dövlətlər BirliyiYupiter (planet)AğciyərKürAzərbaycan Qızıl Aypara CəmiyyətiAvstraliyaTalışlarPolşaSəudiyyə ƏrəbistanıQuba xanlığıRozmarinFüzuli rayonuQədim RomaTerminologiyaİnformasiyanın kodlaşdırılmasıHacı ŞahinQazaxıstanQoşma (qrammatika)Azərbaycanın dövlət bayramları və xüsusi günləriBöyük QafqazKanadaVoleybolƏsrin müqaviləsiRum rəqəmləriElektrik müqavimətiPerimetrKompüter şəbəkəsiPakistanAtomİnsanXəmsəQız qalasıAy (zaman)Bərdə rayonuŞəkilçiDəvəquşuAzərbaycan əhalisiOral seksMir Cəlal🡆 More