Paqan Krallığı

Paqan krallığı (Birma dilində: ပုဂံခေတ်, tələffüzü - Birma ərazisində 849–1287-ci illərdə mövcud olmuş dövlət.

Krallıq
Paqan krallığı
Paqan Krallığı

Paytaxt Baqan
Dövlət dini buddizm
İdarəetmə forması monarxiya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

Orta əsrlərdə mövcud olmuş bu Birma dövləti 1044-cü ildə yaradılmış və 1287-ci ilə qədər mövcud olmuşdur. Oun paytaxtı eyni adlı şəhər- Paqan olmuşdur. Paqan ilk Myanma dövləti idi ki, bütün Myanma ərazisini vahid dövlət şəklində birləşdirməyə nail olmuşdur. Məhz bu dövlətin mövcud olduğu dövrdə Birma yazısı, incəsənəti, ədəbiyyatı və memarlığı yarandı. Çin ərazisindən və digər ərazilərdən Birmaya məcburi və qeyri-məcburi miqrasiya edən tayfalar tədricən yerli xalqları sıxışdırmağa başladılar. Beləliklə, uzun müddət Birmada tayfalar arasında hakimlik uğrunda mübarizə aparılmışdır. 1044-cü ildə Paqon dövlətinin yaradıcısı Anorat bu mübarizədə qalib çıxdı. Anoratın hakimiyyəti dövründə (1044-1071) Paqon dövləti bütün Birmanı öz hakimiyyəti altında birləşdirərək Cənub-Şərqi Asiyada ən qüdrətli dövlətə çevrilmişdi. Lakin XIII əsrdə Birma-Mon ziddiyyətləri baş qaldırdı. Dağlı tayfaları tez-tez basqınlar təşkil etdi. Əyanlarla ruhanilər arasında mübarizə daha da gərginləşdi. Buddizmə qarşı çıxışlar təşkil edildi. 1283-cü ildə monqolların dağıdıcı yürüşləri bu dövlətin süqutunu tezləşdirdi və ölkədə feodal pərakəndəliyi baş verdi.

Paqan krallığının yavaş-yavaş deqradasiyaya uğramasının sonunu monqol imperiyası - Yuan imperiyası qoydu. Bu imperiya tərəfindən Paqan dövlətinə bir neçə hücum oldu. 1277-ci ildə birmalılar monqol qoşunları tərəfindən ilk dəfə ağır məğlubiyyətə düçar oldular. 1287-ci ildə isə bu dövlət tamamilə darmadağın edilərək parçalara bölündü. Paqanı ələ keçirən yuan qoşunları taxta öz adamlarını oturdub orada qarnizon yerləşdirərək Myanmanı tərk etdilər. Tezliklə şan qoşunları işağlçıları İravadi vadisindən qovdular. Lakin Paqan dövləti yenidən var olmadı. Doğrudur formal olaraq Paqan dövləti bir müddət mövcud olsa da faktiki olaraq artıq mövcud deyildi. Nəticədə faktiki olaraq 1287-ci ildə Birmanın cənubunda Pequ dövləti yaradıldı. XIV-XV əsrlərdə Birmada Ava və Pequ knyazlıqları arasında hakimiyyət uğrunda mübarizə başlandı. Uzun müddətli mübarizədən sonra Taunqu knyazlığı bu hərbi-siyasi mübarizədə qalib çıxdılar və Birmanı birləşdirdilər. Lakin bu birlik uzun müddət davam etmədi və ölkə feodal mülklərinə parçalandı.

Hökmdarlarının siyahısı

Adı Hakimiyyət illəri
Anoratxa 10441077
Solu 10771084
Çanzita 10841112
Аlaunqsitu 11121167
Naratu 11671170
Narteynkxa 11701173
Narapatisitu 11731211
Nantaunqmya 12111234
Çasva 12341250
Uzana 12501254
Naratixapate 12541287

İstinadlar

Tags:

8491287

🔥 Trending searches on Wiki Azərbaycanca:

Həmidə ÖmərovaHektarOmonimHüceyrəƏfsanəSenzorAzərbaycanAğciyərYaponiyaZəfər Günü (Azərbaycan)Ağadadaş AğayevQİÇSNeftçi PFKSumqayıtİranTaktikaQaranquşlarAzərbaycanın ali təhsil müəssisələrinin siyahısıTalışlarAvropaPaleolitDəstəmazQədim YunanıstanXəritəKamran İmanovGülçöhrə MəmmədovaQarabağTəvəssül duasıUzunluq (fizika)LeksikaEv pişiyiKonusHikmət HacıyevBirləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransı (2024)Qafqaz AlbaniyasıÇəmbərəkənd parkıXərçəng xəstəliyiElm və Təhsil Nazirliyi (Azərbaycan)Nizami GəncəviKubD vitaminiHepatit BQan dövranıDəvəquşuAlternativ enerjiKəmaləddin HeydərovTeymurilər dövlətiAsiya ölkələrinin siyahısıSəfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət XidmətiMəsdərQasım bəy ZakirŞəki xanlığıZərifə ƏliyevaÇinŞuşa rayonuDünyanın yeddi möcüzəsiCavanşir Məmmədov (siyasətçi)Mürəkkəb cümləİnkişaf etməkdə olan ölkəQan damarlarıMissioner pozasıVitaminlərVərəmDövlət idarəetmə formalarıMəhəmmədSehrli xalat (film)Latın diliTəyyarəSüni intellektFonetik təhlilQrafik redaktorlarAzərbaycanın Milli Qəhrəmanlarının siyahısıAzərbaycan xanlıqlarıKitabYazıMir Mövsüm AğaSour🡆 More