Pənah Hüseyn

Pənah Çodar oğlu Hüseyn (28 oktyabr 1957, Sabirabad, Azərbaycan SSR) — azərbaycanlı siyasətçi, Azərbaycan Xalq Partiyasının sədri, Azərbaycan Milli Məclisinin III çağırış deputatı, Azərbaycan Respublikasının baş naziri (aprel–iyun 1993), Azərbaycan Respublikasının Dövlət katibi (1992 – 1993).

Pənah Hüseyn
Pənah Hüseyn
bayraq
Azərbaycan Xalq Partiyasının sədri
bayraq2
Vəzifədədir
8 oktyabr 2012-ci ildən
ƏvvəlkiQiyas Sadıqov
4 aprel 1999 – 2003
ƏvvəlkiVəzifə təsis edildi.
SonrakıQiyas Sadıqov
2005 – 2010
Seçki dairəsi2005 — 63 saylı Sabirabad birinci
28 aprel, 1993 – 30 iyun, 1993
ƏvvəlkiƏli Məsimov
SonrakıSurət Hüseynov
20 may 1992 – 28 aprel 1993
ƏvvəlkiMidhət Abasov
SonrakıƏli Kərimov
bayraq
Azərbaycan Xalq Cəbhəsi İcraiyyə Komitəsinin sədri
bayraq2
Yanvar 1992 – 1992
ƏvvəlkiVəzifə təsis edildi.
SonrakıFərəc Quliyev
Şəxsi məlumatlar
Doğum tarixi 28 oktyabr 1957(1957-10-28) (66 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi, tarixçi
Dini islam
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Pənah Hüseyn 28 oktyabr 1957-ci ildə Sabirabad rayonunun Qaraqaşlı kəndində anadan olmuşdur. 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir.

1980–1983-cü illərdə Sabirabad rayonunda kənd orta məktəbinin müəllimi, rayon tarix muzeyinin işçisi olmuşdur. 1986-cı ildən Azərbaycan EA-nın Fəlsəfə və Hüquq İnstitutunda laborant, kiçik elmi işçi, elmi işçi vəzifələrində çalışmışdır.

Rusingilis dillərini bilir. Evlidir, 3 övladı var.

Siyasi fəaliyyəti

1988–1991-ci illərdə azadlıq hərəkatında iştirak etmiş, Azərbaycan Xalq Cəbhəsinin yaradıcılarından biri olmuşdur. 1992-ci ildə Azərbaycan Respublikasının Dövlət katibi, 1993-cü ilin aprel ayından iyun ayınadək Azərbaycan Respublikasının baş naziri vəzifəsində işləmişdir. 1997–2000-ci illərdə Azərbaycan MEA-nın Fəlsəfə və Hüquq İnstitutunun elmi işçisi olmuşdur.

2005-ci il noyabrın 6-da 63 saylı Sabirabad birinci seçki dairəsindən Azərbaycan Respublikası III çağırış Milli Məclisinin deputatı seçilmişdir. Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü olmuşdur.

Partiya fəaliyyəti

Pənah Hüseyn 1998-ci ildə Azərbaycan Xalq Partiyasının təsisçilərindən olmuş, partiyanın 1999-cu ildə keçirilmiş I Qurultayında partiya sədri seçilmişdir. 2003-cü ildə həbs edildikdən sonra partiya sədri vəzifəsini Qiyas Sadıqov icra etməyə başlamışdır. O, 2005-ci ilin may ayında Azərbaycan Xalq Partiyası Siyasi Şurasından və rəhbər orqanlarından istefa vermiş və sıravi partiya üzvü olaraq fəaliyyətinə davam etmişdir.

Pənah Hüseyn 8 oktyabr 2012-ci il tarixli Azərbaycan Xalq Partiyası II Qurultayında partiyanın sədri seçilmişdir.

Pənah Hüseyn 97 qurultay iştirakçısının 59-nun iştirakı ilə keçirilən 25 iyul 2015-ci il tarixli Azərbaycan Xalq Partiyası III Qurultayında 59 səs alaraq partiyanın sədri seçilmişdir.

Pənah Hüseyn 11 dekabr 2022-ci il tarixli Azərbaycan Xalq Partiyası V Qurultayında yekdilliklə partiyanın sədri seçilmişdir.

İstinadlar

Həmçinin bax

Xarici keçidlər

Tags:

Pənah Hüseyn HəyatıPənah Hüseyn Siyasi fəaliyyətiPənah Hüseyn İstinadlarPənah Hüseyn Həmçinin baxPənah Hüseyn Xarici keçidlərPənah Hüseyn195728 oktyabrAzərbaycan Milli Məclisinin III çağırış deputatlarıAzərbaycan Respublikasının Dövlət katibiAzərbaycan Respublikasının baş naziriAzərbaycan Sovet Sosialist RespublikasıSabirabad

🔥 Trending searches on Wiki Azərbaycanca:

Kütlə vahidləriII MehmedSeks (dəqiqləşdirmə)ÜnsiyyətKimyəvi elementƏlifbaLeyla ƏliyevaDolça (astrologiya)Çoxmənalı sözlərABŞ-nin ştatlarıBronxial astmaBazar iqtisadiyyatıTəbii fəlakətElektrik cərəyanıKleopatraHacı Məhəmmədəli ŞirvaniƏliqismət LalayevCavad xanİsimQızılgülBirinci Qarabağ müharibəsiAzərbaycan İkinci Dünya müharibəsindəBərdə rayonuAlov qüllələriNadir şahQızılcaSəudiyyə ƏrəbistanıFikrət ƏmirovMüdafiə Nazirliyi (Azərbaycan)Nyuton qanunlarıBirinci Dünya müharibəsiXudafərin körpüləriKubQuranPolşaQastritİkinci Qarabağ müharibəsiGüc (fizika)SevişməÖlçü vahidləriBakı Dövlət UniversitetiƏsas nitq hissələriRomaÇəmbərəkənd parkıGərginlik (elektrik)Dədə QorqudİqlimIP ünvanıAfrikaADA UniversitetiBaloğlan ƏşrəfovKürQurban QurbanovİstanbulAzərbaycan mətbuatıRamiz MehdiyevAzərbaycan müğənnilərinin siyahısıTövbə surəsiQorxmaz SücəddinovXitabÇingiz AytmatovNəsib QuliyevLütfi ZadəMicrosoft ExcelAzərbaycan bayrağıModal sözlərŞəki xanlığıErmənistanMusiqi alətlərinin siyahısıŞəki xan sarayıSasanilər imperiyasıMəhəmməd HadiKəlmeyi-şəhadətGöl qurbağasıAydın Kazımzadə (kinoşünas)Hafiz PaşayevBakı Konqres MərkəziBulud texnologiyaları🡆 More