Noqaylar

Noqaylar və ya noğaylar – Türk xalqlarından biri, özlərini Qaranoğay və ya Noğay-Qaraqaş adlandırırlar.

2002-ci ildə aparılmış siyahıya almanın yekunlarına əsasən Rusiya Federasiyasında 90.666 nəfər noqay yaşayır. Türk dilinin qıpçaq qrupuna daxil olan noqay diliində danışırlar. Etnik və linqvistik baxımdan qazaxqaraqalpaqlara ən yaxın xalqdırlar.

Noqaylar
Noqaylar
Noqaylar, 1838-ci il
Ümumi sayı
103 661 (2010)
Yaşadığı ərazilər
Rusiya Rusiya 103 660 (2010)
Tacikistan Tacikistan 1 (2010)
Dili

noqay dili, rus dili

Dini

İslam

Qohum xalqlar

Türk xalqları

Etnogenez

Noqay xalqı türk boyları olan oğuz, qıpçaqların və monqol-manqıtların qarışması nəticəsində XV əsrdə Volqa, Emba və İrtış çayları ərazisində formalaşmışdır. Etnoad Noğay adından götürülüb (XIII əsr) – Noğay Qızıl Orda dövlətinə qarşı üsyançılardan biri olub. Noğay adına tarixdə ilk dəfə, orta əsrlərdə, Monqol imperiyasının dağılmasından sonra rast gəlinir. Monqol imperatorluğunun ulusu olan Qızıl Orda imperatorluğunun dağılmasından sonra yaranan kiçik xanlıqlar (Qazan, Krım, Sibir və digər) arasında Noğay Xanlığı da var idi.

Noqaylar həmçinin qırğız tayfaları arasında da mövcuddurlar. Məşhur dastana görə Manas Baba Noğay olub.

Antropologiya

Antropoloji baxımdan noqaylar, kiçik güney Sibir irqinə aiddir, hansı ki, monqoloid və avropoid arasında keçid sayılır. Monqoloid xüsusiyyətləri noqayları öz ətraflarından kəskin fərqləndirir. Noqayların müxtəlif qrupları müxtəlif dərəcədə qarışıqlıqlığa uğrayıblar. Misal üçün, kuban və kumsk noqaylarının intensiv olaraq yerli adıgeylər (çərkəzlər) ilə qarışması nəticəsində onlarda daha çox avropoid xüsusiyyətləri nəzərə çarpır.

Yayılma əraziləri

Öncələr noqaylar Qara dənizdən Aral dənizinə qədər olan ərazilərdə yaşayırdılar. Hazırda əsasən Quzey Qafqazda – Dağıstan, Stavropol, Qaraçay-Çərkəz, Həştərxan (Astraxan) bölgələrində və Çeçenistan ərazilərində yaşayırlar.

Noqaylar həmçinin Türkiyə və Rumıniya ərazilərində də yaşayırlar. Rusiyanın Moskva və Sankt-Peterburq kimi böyük şəhərlərində noqay diasporları fəaliyyət göstərir.

Qaraçay-Çərkəz Respublikasında (Rusiya Federasiyası) noqayların milli rayonlarının yaradılması haqqında qərar 2005-ci ilin yayında verilmişdir, hansı ki, 2006-cı il referendumunda təsdiqlənmişdir. Qaraçay-Çərkəz Muxtar Respublikasında yaşayan beş çoxsaylı xalqlardan biri də noqaylardır.

Tarixi

Noqayların Krım dönəmi. (XVII-XVIII əsr)

Qızıl Orda dövlətinin süqutundan sonra noqaylar aşağı Volqa ərazilərində yaşayırdılar ancaq 17ci əsrdə kalmıkların doğudan yürüşü noqayları quzey Qafqaz, Krım ərazilərinə çəkilməsinə səbəb oldu. Noqayların digər hissəsi Aral dənizin güney hissələrinə köç edərək, qaraqalpaqların əsasını qoydular. Öz ata torpaqlarında qalmağı üstün tutan noqaylar isə Kiçik Juzun tərkibinə qoşularaq özlərini "kazak" adlandırmağa başladılar.

1728-ci ildə noqayların bir hissəsi Qara dənizin quzey bölgələrinə köç edərək orada Osmanlıların asılılığını qəbul etdilər. Rusların həmin ərazilərə yürüşündən sonra isə (1771) noqaylar Kubana köçürüldülər.

Noqaylar Rusiyanın tərkibində. (XVIII əsr)

1783 cü ildə II Yekaterina Qara dəniz ətrafı dövlətlərin işğalı, əhalisinin isə Ural ətrafına köçürülməsi haqda fərman (manifest) verdi. Deportasiya cəhdləri noqaylar arasında yeni etiraz dalğası yaratdı. Etirazı yatırtmaq üçün noqayların üzərinə Suvorovun başçılığı altında qoşun göndərildi, hansı ki, noqaylara divan tutaraq onların böyük hissəsini qılıncdan keçiri.

1812 ci ildə Qara dənizin bütün quzey bölgələri Rusiyanın tərkibinə qatıldı. Bundan sonra yerli xalqların Osmanlı imperatorluğu ərazisinə kütləvi axını başladı. Tarixi mənbələr təsdiq edir ki, həmin dönəmlərdə köç edənlərin sayı 500 mindən 1 milyona qədər olub ancaq onların nə qədərinin noqaylar olması dəqiq məlum deyil. Çünki həmin emiqrantlar arasında müsəlman tayfaları o cümlədən krım tatarları və.s var idi. Qalan noqaylar isə Tavriya və Kuban quberniyalarının tərkibinə qatılaraq, oturaq həyata keçdilər.

1853-56 cı il Krım müharibəsindən sonra (Osmanlı, Britaniya, Fransa, Sardin krallığı- Rusiya) noqayları yenidən Osmanlıya simpatiyada təqsirləndirdilər və onların Rusiya ərazilərindən qovulması dalğası yenidən gücləndi. On minlərcə əhali zorla köçürüldü. Bundan sonra Qara dəniz ətrafında az sayda qalan noqaylar, krım tatarlarının tərkibinə qatıldılar, əsas deportasiya olunmuş hissə isə Anadolu türkləri tərəfindən getdikcə assimləyə uğradılar.

XX əsrin ortalarında noqaylar yalnız Dağıstan, Çeçenistan və Stavropol bölgələri arasında bölüşdürülmüş Noqay düzündə yaşamağa başladılar.

Dinləri

Noqaylar İslam dininin hənəfi məzhəbinə aid edilir.

Mətbəxləri

Noqayların milli-ənənəvi mətbəxinə süd içkiləri olan ayran və kımız daxildir.

Xarici keçidlər

İstinadlar

Həmçinin bax

Tags:

Noqaylar EtnogenezNoqaylar AntropologiyaNoqaylar Yayılma əraziləriNoqaylar TarixiNoqaylar DinləriNoqaylar MətbəxləriNoqaylar Xarici keçidlərNoqaylar İstinadlarNoqaylar Həmçinin baxNoqaylar2002QaraqalpaqlarQazaxlarRusiya FederasiyasıTürk xalqları

🔥 Trending searches on Wiki Azərbaycanca:

Kimyəvi elementAlbert EynşteynİslandiyaAğıllı evlərMilli Məclis (Azərbaycan)AntarktidaAzərbaycan tammetrajlı bədii filmlərinin siyahısıƏsrin müqaviləsiMusiqi alətlərinin siyahısıQara QarayevKompüterAğdam rayonuAzərbaycan SSR tarixiAzərbaycan Memarlıq və İnşaat UniversitetiAzərbaycan Milli Elmlər AkademiyasıAvropa İttifaqıLütfi ZadəNazpəri DostəliyevaTalıb TaleXəritəMəxmərəkErmənistan azərbaycanlılarıCeyhun CəlilovUşaqlıq (anatomiya)Azərbaycanlıların Ermənistandan deportasiyasıƏli Nağıyev (general)Təbii zonalarİbtidai icma quruluşuAzərbaycan Milli Hökumətiİslam peyğəmbərləriYelo BankBəxtiyar Vahabzadəİrəvan xanlığıAzərbaycan Dövlət Pedaqoji UniversitetiKimyəvi reaksiyaHüquqElxanilər dövlətiPilotsuz uçuş aparatıŞuşaİsmin hallanmasıZəhər tuluğuİtaliyaNazirlər Kabineti (Azərbaycan)Qara YanvarAzərbaycanda neft sənayesiKlaviaturaMədət QuliyevÇoxluqlarDövlət Təhlükəsizliyi Xidməti (Azərbaycan)Biləsuvar rayonuKim KardaşyanYusif MustafayevVulkanQızılcaBakcellEyyub YaqubovŞəkiSübh namazıGülüstan müqaviləsiVilayət EyvazovFövqəladə Hallar Nazirliyi (Azərbaycan)Əliqismət LalayevSalamİnsan penisinin uzunluğuHacı ŞahinİtASAN xidmətAzərbaycanlıların Ermənistandan deportasiyası (1948–1953)Bakı Konqres MərkəziKəmalə HüseynovaYaponiyaAygün KazımovaRamiz MehdiyevBirləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransı (2024)HaitiElxan ElatlıKonstitusiya🡆 More