Nizami Hüseynov (tam adı: Nizami Polad oğlu Hüseynov; 1 aprel 1957, Minkənd, Laçın rayonu, Azərbaycan SSR, SSRİ – 20 yanvar 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi.
Nizami Hüseynov | |
---|---|
Nizami Polad oğlu Hüseynov | |
Doğum tarixi | 1 aprel 1957 |
Doğum yeri | |
Vəfat tarixi | 20 yanvar 1990 (32 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Atası | Polad |
Milliyyəti | azərbaycanlı |
1 aprel 1957-ci ildə Laçın rayonunun Minkənd kəndində anadan olmuşdur. 1975–1977-ci illərdə Rusiyada hərbi xidmətdə olmuş, xidmətdən sonra Bakı şəhərində yaşamışdır. 1977-ci ildə bibisi qızı ilə ailə həyatı qurmuş, Zaur, Aynurə, Mahir adlı övladları yadigar qalmışdır.
1990-cı ilin yanvar ayının 19-dan 20-sinə keçən gecə sovet ordusunun atəş açması nəticəsinədə yaralanmış insanlara öz maşını ilə fəal yardım edib. Ertəsi gün maşınla işdən evə qayıdarkən tankla qarşısı kəsilmiş və vəhşicəsinə qətlə yetirilmişdir.
Şəhidlər Xiyabanında dəfn olunub.
This article uses material from the Wikipedia Azərbaycanca article Nizami Hüseynov, which is released under the Creative Commons Attribution-ShareAlike 3.0 license ("CC BY-SA 3.0"); additional terms may apply (view authors). Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır. Images, videos and audio are available under their respective licenses.
®Wikipedia is a registered trademark of the Wiki Foundation, Inc. Wiki Azərbaycanca (DUHOCTRUNGQUOC.VN) is an independent company and has no affiliation with Wiki Foundation.