Nəimi Əmiral

Nəimi Əmiral (ing.

Nəimi Əmiral
azərb. Nəimi Əsgər oğlu Əmiral
ing. John Naimi Amiral
Doğum yeri Nehrəm, Babək rayonu, Naxçıvan Muxtar Respublikası Azərbaycan
Atası Əskər Əmiral
Milliyyəti Azərbaycanlı
İxtisası İqtisadiyyat, Siyasi Əlaqələr
Təhsili Nyu-York Dövlət Universiteti
Fəaliyyəti Amerika Birləşmiş Ştatları Donanmasının Avropa və Afrika qüvvələri baş qərargahında Xarici Əlaqələr Zabiti olaraq xidmətdədir.
Mükafatları ABŞ Hərbi Dəniz Donanması Şərəf medalı

Həyatı

Nəimi Əmiral Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm kəndində anadan olub. Bir övladı var. Nyu-York Dövlət Universitetini iki magistr dərəcəsi – İqtisadiyyat və Siyasi Əlaqələr üzrə bitirib. Azərbaycan, İngilis, Rus və İtalyan dillərini mükəmməl bilir. 2001-ci ildə 11 sentyabr hadisələrindən qısa müddət sonra ABŞ hərbi donanmasında xidmətə başlayıb və daha sonra 2005-ci il avqust ayında ABŞ Dəniz Donanmasının zabit məktəbini bitirdikdən sonra prezident Corc Buşun sərəncamı ilə zabit rütbəsi alıb. Nəimi Əmiral hazırda Amerika Birləşmiş Ştatları Donanmasının Avropa və Afrika qüvvələri baş qərargahında Xarici Əlaqələr Zabiti olaraq xidmətdədir.

Fəaliyyəti

Gənc zabit olan Nəimi Əmiral ilk olaraq İdarəolunan Raket əleyhinə USS ARLEIGH BURKE - (DDG-51) gəmisində diviziya rəhbəri və helikopterlərə nəzarət mütəxəssisi kimi xidmət edib. Gəmi xidmətindən sonra Əmiral İnteqrallaşdırılmış Loqistik Dəstək bölməsinin rəhbər müavini və Dövlət Satın Alma Rəsmisi kimi xidmət edib, Corc Buş aviadaşıyıcısının tikintisi və ABŞ hərbi donanmasının gəmiləri üçün milyon dollarlarla vəsaiti idarə edərək loqistik dəstək göstərib. 

2010-cu ilin may ayından 2011-ci ilin may ayına kimi Nəimi Əmiral ABŞ Dəniz Mühəndisliyi Batalyonlarindan birinin vəzifəli məmuru olaraq çalışmışdır. Onun komandanlığı altında 200-dən çox şəxsi heyət ABŞ-nin Cənubi Amerikaya Humanitar Dəstək Əməliyyatlarında iştirak etmişdir.

Daha sonra, ABŞ Birləşmiş Qərargahına təyin olunan Nəimi Əmiral NATO Təlim Missiyası-Əfqanıstanla Əlaqə heyətində zabit kimi xidmət edib. Bu ABŞ / NATO proqramı Əfqan Milli Polis Təşkilatına yardım etmək üçün minlərlə əfqan polis məmurlarını təlimləndirib. Nəimi Əmiral Əfqanıstanın sabiq Prezidenti Hamid Kərzai tərəfindən Əfqanıstanın Milli Təhlükəsizliyinə  etdiyi töhfələrə görə Əfqanıstan Daxili İşlər Nazirliyinin Şərəf medalı ilə təltif edilib.

2013-cü ildən 2015-ci ilə kimi Pentaqonda F35 tipli Qırıcı təyyarələrin baş ofisində məsul vəzifədə xidmət edib. Burada o, Proqram Meneceri / Strateji Əməliyyatlar üzrə Nümayəndə vəzifəsində çalışıb.  

2016-cı ildə Nəimi Əmiral Amerika Birləşmiş Ştatlarının Rumıniyada istifadəyə verilmiş Ballistik Raketlərə Qarşı Müdafiə Sistemi hərbi bazasında xarici əlaqələr bürosunun direktoru vəzifəsinə təyin olunub. Nəimi Əmiral NATO-nun baş katibi, Rumıniyanın baş naziri və ABŞ Müdafiə nazirinin müavini və digər tanınmış şəxslərin də iştirak etdiyi AEGIS Ashore Rumıniya Açılış Mərasimi komitəsinin sədri vəzifəsində çalışmışdır. Ruminiyada olarkən Əmiral evsiz Rumın ailələrinin həyatını yaxşılaşdırmaq üçündə müəyyən işlər görmüşdür. Nəimi Əmiral Rumıniya Baş naziri tərəfindən ABŞ-Rumıniya əlaqələrinə etdiyi töhfələrinə görə təltif edilib.

2016-cı ilin sonlarında Əmiral ABŞ-nin və Koalisiya üzvlərinin əməliyyatlarına dəstək göstərilməsi üçün Suriyada və İraqda əməliyyatlar həyata keçirən Fransız Charles De Gaulle aviadaşıyıcısınında ABŞNATO nümayəndəsi kimi xidmət edib. Bu xidmətə gorə Fransanın sabiq prezidenti tərəfindən Fransanın 'Moyen Orient' (Orta Şərq) medalı ile təltif edilib.

Mükafatları

  • Əfqanıstan Daxili İşlər Nazirliyinin Şərəf medalı
  • Fransa 'Moyen Orient' (Orta Şərq) medalı
  • ABŞ Birləşmiş Qüvvələri Şərəf medalı 
  • ABŞ Hərbi Dəniz Donanması Şərəf medalı
  • Hərbi hissənin vahid mükafatı (ABŞ)
  • "Qüsursuz xidmətə görə" medalı (ABŞ)
  • "Fədəkar xidmətə görə" medalı (ABŞ)
  • "Milli müdafiə xidmətinə görə" medalı (ABŞ)
  • "Əfqanıstandakı hərbi əməliyyatlarda iştiraka görə" medalı (ABŞ)
  • “Terrorizmə qarşı qlobal mübarizəyə görə” medalı (ABŞ)
  • ABŞ “Hərbi Dəniz Donanmasının xarici ölkələrdə xidmətə görə” medalı
  • NATO Medalı (İSAF)

O, həmçinin "mədəniyyətlərarası ünsiyyəti inkişaf etdirmək və gücləndirmək yolunda göstərdiyi yorulmaz səyləri üçün" ABŞ Konqresi tərəfindən təltif edilmişdir.

İstinadlar

Xarici keçidlər

Tags:

Nəimi Əmiral HəyatıNəimi Əmiral FəaliyyətiNəimi Əmiral İstinadlarNəimi Əmiral Xarici keçidlərNəimi ƏmiralABŞ hərbi donanmasıAzərbaycanlılarNATOPentaqonİngilis diliŞərqi Avropa

🔥 Trending searches on Wiki Azərbaycanca:

FeilPaleolitSəhraSuda-quruda yaşayanlarAydın Kərimov (hüquqşünas)PeyvəndYüzillik müharibəLerik rayonuGöbələk xəstəliyiQərbi Azərbaycan mahallarıBirləşmiş Ərəb ƏmirlikləriAsiya ölkələrinin siyahısıXankəndiKonusFutbolSifət (qrammatika)Cəbrayıl rayonuAntonimKağızVulkan püskürməsiNəsli kəsilməkdə olan növlərYanıqƏhalisinə görə ölkələrin siyahısıAbşeron rayonuİspaniyaYerAzərbaycan diliKriştiano RonaldoAzərbaycan PrezidentiAlmaniyaƏli Nağıyev (general)YazAlbert EynşteynABŞ bayrağıWhatsAppAzərbaycanda neft sənayesiTalassemiyaİnformatikaTək və cüt ədədlərDəvəAzərbaycan toy adətləriKompüterCəbrTriqonometriyanın əsas düsturlarıQədim Roma təqvimiƏliÇaldıran döyüşüSayHekayəTürkdilli dövlətlərMəmmədəli HüseynovXəzər dəniziPakistanAzərbaycanın ali təhsil müəssisələrinin siyahısıOxatan (astrologiya)Azərbaycan dövlət başçılarının siyahısıZaman səyahətiBirləşmiş Millətlər Təşkilatıİsimİngiltərə tarixiMarsSəfəvilərBMWErmənistanSanksiyaBağlayıcıCavanşir Məmmədov (siyasətçi)İçərişəhərKonstitusiyaQazax rayonuQubaYanvarNəsib QuliyevBitkiAğciyər iltihabıTimsahlarDaxili İşlər Nazirliyi (Azərbaycan)🡆 More