Mullutu-Suurlaht Gölü

Mullutu-Suurlaht gölü (est.

Göl düzənlik ərazidə yerləşir. İnzibati baxımından Estoniyanın Saarema vilayətinə daxildir. Estoniyanın dördüncü ən böyük gölü hesab edilir. Kuressaare şəhərindən 2 km qərbdədir. Göl Saaremaa adasında yerləşir. Göl 1440 ha ərazini əhatə edir. Gölün maksimal dərinliyi 2,1 metrdir. Orta dərinliyi isə 1.0 m təşkil edir. Mullutu-Suurlaht gölü suyunun tərkibinə görə duzlu göllərə aid edilir. Göl ümüumilikdə ərazi baxımından iki hissədən ibarətdir:

  • Suurlaht (Kellamäe) — şərq hissə
  • Mullutu — qərb hissə
Mullutu-Suurlaht gölü
est. Mullutu-Suurlaht
Ümumi məlumatlar
Sahəsi 14,4-36,0 km²
Dərin yeri 2,1 m
Yerləşməsi
Ölkə Mullutu-Suurlaht Gölü Estoniya
Mullutu-Suurlaht gölü xəritədə
Mullutu-Suurlaht gölü
Mullutu-Suurlaht gölü

Yaz aylarında göldə daşmalar müşahidə edilir. Bu zaman onun suyu 1,16 metr qalxaraq Paadla, Vyaqara və Kaalupea gölləri ilə birləşir. Nəticədə gölün sahəsi iki dəfədən çox artır. Gölə Nasva çayı tökülür. Bu çayın uzunluğu 3 km-dir. Qabarmalar zamanı çay dənizdən gölə axır. Adi zamanlarda isə əsk istiqamətdə. Bu səbəbdən göl balıqlarla doludur. Burada daban balığı, külmə, lilbalığı, qızılüzgəc, çay angvili, Gobio gobio, çay xanısı, Leuciscus idus, Alburnus alburnus, Lota lota, adi durnabalığı, Gymnocephalus cernuus kimi balıqları müşahidə etmək olar. Suurlaht gölünün şimal-şərq hissəsində yerləşən körfəzdə Rahinu adlı ada vardır. Ada 3 ha ərazini əhatə edir. Burada yerləşən körfəz olduqca dayazdır. Dibi bəzi hissələrdə daş, lil və qumdan ibarətdir. Gölün iki hissəsini bir-birindən Hidre Nukk adlı yarımada ayırır. Mullutu və Vyaqara körfəzlərinin sahilləri olduqca dayazdır və əsasən qamışla örtülüdür. Mullutunun şimalında dərinlik 0,2–0,3 metrdir. Cənub hissədə, Nasva çayının mənsəbində dərinlik 1.7 metrə çatır. Burada sahillər 0,4 metrdir. Qum və lillə örtülüdür. Vyaqara körfəzi 1,1 metr dərinliyə sahibdir. Mullutuya Kramise və Kyarla, Suurlahta isə Uminyae çayları tökülür. Göllə dəniz arasında kiçik bir quru parçası vardir. Gölə çayların axmasına və su dövranının təmin edilməsinə baxmayaraq onun suyuna duzluq gətirən dənizdən ora qabarma zanamı şorsuyun daxil olmasıdır

İstinadlar

Tags:

Eston diliSaaremaa

🔥 Trending searches on Wiki Azərbaycanca:

Leyli və Məcnun (Nizami)Durğu işarələriDəstəmazMicrosoft ExcelTamamlıqMonqolustanDüz xəttHemoqlobinNəriman NərimanovMəhəmməd peyğəmbərin evlilikləriDaxili İşlər Nazirliyi (Azərbaycan)QuranMir Mövsüm AğaMikayıl CabbarovTəqvimSinqapurAbbasqulu ağa BakıxanovZaur RzayevƏlimərdan bəy TopçubaşovArtur RasizadəSabir RüstəmxanlıXosrov və Şirin (Nizami)NidaRombBabasilNaxçıvan Muxtar RespublikasıSintaktik əlaqələrƏkinçi (qəzet)Tahir İmanovSəməd VurğunPakistanTexnofest AzərbaycanMuğamVətəndaş Həmrəyliyi PartiyasıRozmarinMasturbasiyaRövşən CavadovSosial işİnformasiya texnologiyalarıGədəbəy rayonuTəbii fəlakətTorpaqRozasea xəstəliyi2023-cü ildə vəfat edənlərin siyahısıBMWDördbucaqlıAdəmAzərbaycan tammetrajlı bədii filmlərinin siyahısıƏdədi silsiləŞuşa BəyannaməsiVilayət EyvazovAzərbaycan Beynəlxalq BankıCəngəlliklər kitabıVətən uğrunda medalıMüsavat PartiyasıFlora KərimovaRəqəmRomaÇəmbərəkənd parkıElxan ElatlıSürətAzərbaycan şəhərləriZürafəMehman HüseynovBərabəryanlı trapesiyaŞuşa qalasıÜzeyir HacıbəyovÖd kisəsiNaftalanQrafik redaktorlarQasım SüleymaniSkelet (insan)AlmaxanımNizami GəncəviAzərbaycan Xalq CümhuriyyətiBəylər EyyubovŞahmatFətəli xan Xoyski🡆 More