Mehriban Əliyeva: Azərbaycan Respublikasının Birinci vitse-prezidenti

Mehriban Arif qızı Əliyeva (26 avqust 1964, Bakı) — Azərbaycan Respublikasının Birinci vitse-prezidenti (2017-ci ildən), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xanımı, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, Azərbaycan Gimnastika Federasiyasının prezidenti, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini, ISESCO-nun xoşməramlı səfiri.

UNESCO-nun xoşməramlı səfiri (2004—2022).

Mehriban Əliyeva
Mehriban Əliyeva: Həyatı, Fəaliyyəti, Titullar, təltiflər, mükafatlar
Vəzifədədir
21 fevral 2017-ci ildən
Prezidentİlham Əliyev
Əvvəlkivəzifə təsis edilib
Vəzifədədir
10 may 2004-cü ildən
Əvvəlkivəzifə təsis edilib
bayraq
Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini
bayraq2
Vəzifədədir
5 mart 2021-ci ildən
6 noyabr 2005 – 21 fevral 2017
Şəxsi məlumatlar
Doğum tarixi 26 avqust 1964(1964-08-26) (59 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti oftalmoloq, siyasətçi, həkim
Atası Arif Paşayev
Anası Aida İmanquliyeva
Həyat yoldaşı
Uşaqları Leyla Əliyeva
Arzu Əliyeva
Heydər Əliyev
Dini islam
Elmi fəaliyyəti
Elmi dərəcəsi
  • fəlsəfə üzrə fəlsəfə doktoru[d]
Elmi adı

Təltifləri
Mehriban Əliyeva: Həyatı, Fəaliyyəti, Titullar, təltiflər, mükafatlar
Mehriban Əliyeva: Həyatı, Fəaliyyəti, Titullar, təltiflər, mükafatlar Mehriban Əliyeva: Həyatı, Fəaliyyəti, Titullar, təltiflər, mükafatlar Mehriban Əliyeva: Həyatı, Fəaliyyəti, Titullar, təltiflər, mükafatlar Mehriban Əliyeva: Həyatı, Fəaliyyəti, Titullar, təltiflər, mükafatlar Mehriban Əliyeva: Həyatı, Fəaliyyəti, Titullar, təltiflər, mükafatlar Mehriban Əliyeva: Həyatı, Fəaliyyəti, Titullar, təltiflər, mükafatlar Mehriban Əliyeva: Həyatı, Fəaliyyəti, Titullar, təltiflər, mükafatlar Mehriban Əliyeva: Həyatı, Fəaliyyəti, Titullar, təltiflər, mükafatlar Mehriban Əliyeva: Həyatı, Fəaliyyəti, Titullar, təltiflər, mükafatlar
Mehriban Əliyeva: Həyatı, Fəaliyyəti, Titullar, təltiflər, mükafatlar Mehriban Əliyeva: Həyatı, Fəaliyyəti, Titullar, təltiflər, mükafatlar
İmzanın şəkli
mehriban-aliyeva.az
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Ailəsi

Mehriban Arif qızı Əliyeva 26 avqust 1964-cü ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. O, yazıçı, ədəbiyyatşünas, Azərbaycanın Əməkdar elm xadimi, filologiya elmləri doktoru (1947), professor Mir Cəlal Paşayevin və görkəmli jurnalist, pedaqoq, Əməkdar elm xadimi Nəsir İmanquliyevin nəvəsidir.

Atası Arif Paşayev Azərbaycanın görkəmli alimi, pedaqoqu, ictimai xadim, Milli Elmlər Akademiyasının akademiki, Dövlət mükafatı laureatı, fizika-riyaziyyat elmləri doktoru, professordur. 1996-cı ildən indiyədək "Azərbaycan Hava Yolları" Dövlət Konserni Milli Aviasiya Akademiyasının rektorudur.

Anası Aida İmanquliyeva şərqşünas, ədəbiyyatşünas, tənqidçi, tərcüməçi, filologiya elmləri doktoru, professordur. Aida İmanquliyeva Azərbaycanda ərəb ədəbiyyatı üzrə ilk elmlər doktoru, ilk professor – qadındır. Aida İmanquliyeva 1992-ci il 19 sentyabrda vəfat etmişdir.

Təhsili

Mehriban Əliyeva 1982-ci ildə Bakı şəhəri 23 nömrəli tam orta məktəbi qızıl medalla bitirərək N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub. O, müsahibələrinin birində peşə seçimini bu cür dəyərləndirir:

Mehriban Əliyeva: Həyatı, Fəaliyyəti, Titullar, təltiflər, mükafatlar  “Ağlım kəsəndən bəri başqa alternativim olmayıb. Anam şərqşünas-alim idi. Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutuna başçılıq etmişdir. Lakin məktəbi bitirdikdən sonra sənədlərini tibb institutuna vermişdi, çünki çox istəyirdi ki, həkim olsun. Nəyə görəsə valideynləri onu uzun müddət dilə tutmuşlar və nəticədə o, görkəmli filoloq olmuşdur. Bax onun bu baş tutmamış arzusu mənim seçimimi müəyyənləşdirmişdir. İxtisas seçimimə isə İlhamın anası – həkim-oftalmoloq Zərifə xanım təsir göstərmişdir”. Mehriban Əliyeva: Həyatı, Fəaliyyəti, Titullar, təltiflər, mükafatlar 

O, 1988-ci ildə İ. M. Seçenov adına 1-ci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib və 1988–1992-ci illər ərzində Moskvada akademik Krasnovun rəhbərliyi altında Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunda işləyib.

Mehriban Əliyeva 2005-ci ildə "Evtanaziya və təbabətdə humanizm problemi" mövzusunda dissertasiya işi müdafiə edib və fəlsəfə elmləri namizədi alimlik dərəcəsi alıb.

Ailə həyatı

Mehriban Əliyeva 1983-cü ildə İlham Əliyevlə ailə həyatı qurub. Leyla, Arzu və Heydər adlı üç övladı var.

Həyat yoldaşı İlham Əliyev Mehriban xanımı belə xarakterizə edir:

Mehriban Əliyeva: Həyatı, Fəaliyyəti, Titullar, təltiflər, mükafatlar  “Təbii ki, hər bir ana kimi, mənim də anam gəlin tapmağa çalışırdı. Amma Mehribanla tanış olanda özlüyümdə qərara aldım ki, bax, bu qız xoşuma gəlir. … Əlbəttə, zahiri görünüş böyük rol oynayır. Amma onun daxili aləmindən gələn və indi də gəlməkdə olan mehribanlıq, yəqin ki, zahiri görkəmi ilə yanaşı daha çox cəlb edirdi”. Mehriban Əliyeva: Həyatı, Fəaliyyəti, Titullar, təltiflər, mükafatlar 

Mehriban xanımın ötən əsrin bütün mürəkkəbliklərinə baxmayaraq, öz ideallarına, mənəvi dəyərlərə, milli ənənələrə sadiq qalan Azərbaycan ziyalılarının əhatəsində böyüməsi onun bir şəxsiyyət kimi formalaşmasına, ailə dəyərlərinə sadiq olmasına mühüm təsir göstərib. Sonradan onun milli ənənələrə bağlı olan digər bir ziyalı Azərbaycanlı ailəsinə gəlin köçməsi, Heydər Əliyev və tibb elmləri doktoru, akademik Zərifə Əliyevanın gəlini olması bu keyfiyyətlərin daha da dərin kök atmasına təsir edib.

Mehriban Əliyeva: Həyatı, Fəaliyyəti, Titullar, təltiflər, mükafatlar  “Ailə mühitini müəyyənləşdirən amillər çoxdur, amma, yəqin ki, başlıcası bir ümumi dalğaya köklənən fikir və dəyərlərin birliyidir. Bir-birinə son dərəcə diqqətli münasibət çox vacibdir. Əgər ailədə hər bir kəs özünün vacibliyini və əvəzedilməzliyini duyursa, özünün müdafiə olunduğunu və sevildiyini hiss edirsə - bu, yalnız gələcək ailə səadətinin əsası deyil, həm də hər bir məqsədə çatmaq üçün möhkəm bir stimuldur” – söyləyən Mehriban xanım qadının ailədəki rolu və ailəyə münasibətini hər zaman önə çəkib. “Hər bir qadın üçün onun ailəsi, onun uşaqları həyatının ən vacib, ən mühüm hissəsidir. Mən özüm üç uşaq anası olaraq analıq missiyasını həyatımın ən vacib missiyası kimi dəyərləndirirəm”. Mehriban xanım, eyni zamanda, qadını ailədə sülhün, razılığın və məhəbbətin təminatçısı hesab edir: “Mənim üçün çox vacibdir ki, həyat yoldaşım olduqca dolğun və gərgin iş günündən sonra evə gəlir və burada onu anlayır və dəstəkləyirlər, onu qiymətləndirir və sevirlər”.

Mehriban Əliyeva: Həyatı, Fəaliyyəti, Titullar, təltiflər, mükafatlar 

Nəvələrinin dünyaya gəlməsini son illər ərzində həyatının ən yaddaqalan hadisələri hesab edən Mehriban xanım onların doğulmasını həyatı dəyişən və həyata tamamilə fərqli baxmağa vadar edən möcüzə olduğunu bildirir. Daşıdığı ictimai yükün ağırlığına, gərgin iş qrafikinə, çoxşaxəli fəaliyyətinə baxmayaraq, o, qayğıkeş övlad, həyat yoldaşı, ana və nənədir.

Fəaliyyəti

Mehriban Əliyeva 1988–1992-ci illər ərzində Moskvada akademik Krasnovun rəhbərliyi altında Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunda işləyib.

Aktiv ictimai fəaliyyətə 1995-ci ildə hal-hazırda rəhbərlik etdiyi Azərbaycan Mədəniyyət Fondunu yaratmaqla başlayıb. 1996-cı ildə Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması məqsədilə üç dildə (Azərbaycan, ingilisrus) çap olunan "Azərbaycan-İrs" jurnalını təsis edib. Müsahibələrindən birində Azərbaycan Mədəniyyət Fondunun və "İrs" jurnalının yaradılma məqsədlərini Mehriban Əliyeva özü maraqlı izah etmişdir:

"Azərbaycan Mədəniyyətinin Dostları Fondunu yaradarkən onun əsas məqsədi Azərbaycan mədəniyyətini təbliğ etmək, tanıtdırmaq idi. "İrs" jurnalını da mən elə onda təsis etdim. Jurnal, əslində, Fondun fəaliyyətini işıqlandırmaqla məşğul olurdu və müəyyən bir mövzuya həsr edilən hər bir nömrə həm populyar, həm də tədqiqat materialı idi. İftixarla deyə bilərəm ki, Azərbaycan mədəniyyəti barədə bizdən əvvəl hələ heç kim belə şirin yazmayıbdır. Məsələn, miniatürdən və ya memarlıq abidələrindən yazmağı qarşımıza məqsəd qoyduqda, əməkdaşlığa, əslində, həm akademiya alimlərini, həm jurnalistləri, həm də sənətşünasları cəlb etmişdik. Fond da, jurnal da kifayət qədər mürəkkəb vəzifələri yerinə yetirməli idi. O illər müstəqil Azərbaycanın təşəkkül illəri idi. Siyasi, iqtisadi dəyişikliklərlə yanaşı, köhnə ideologiyadan xilasolma prosesi də gedir, stereotiplər dağıdılırdı. Kifayət qədər təlatümlü həmin dövrdə mədəni irsimiz yenidən fikir süzgəcindən keçirilir, əzəli milli ənənələrə və köklərə qayıdılırdı".

2002-ci ildə Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib və həmin vəzifədə özünü gözəl təşkilatçı kimi nümayiş etdirib. Onun beynəlxalq aləmdə artmaqda olan nüfuzu Beynəlxalq Gimnastika Federasiyasının bədii gimnastika üzrə dünya kubokunun "A" kateqoriyalı mərhələsinin (2003), Dünya kubokunun (2004), 27-ci Dünya çempionatının (2005), 23-cü (2007), 25-ci (2009) və 30-cu (2014) Avropa çempionatlarının Azərbaycanda keçirilməsinə dair qərarın qəbul olunmasında həlledici rol oynayıb.

Mehriban Əliyeva Heydər Əliyevin zəngin irsinin öyrənilməsi, onun milli dövlətçilik ideyalarının yeni nəsillərə aşılanması məqsədilə yaradılmış Heydər Əliyev Fondunun prezidentidir.

2004-cü il 10 mayda – Heydər Əliyevin doğum günündə təsis edilmiş Heydər Əliyev Fondunun məqsədi milli-mənəvi dəyərlərin qorunması və Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması ilə bağlı işlərin aparılmasına kömək etmək, əhalinin rifahının yüksəldilməsinə yönəldilmiş müxtəlif proqram və tədbirləri, elm, təhsil, mədəniyyət, səhiyyə və idmanın inkişafını təmin edən layihələri dəstəkləmək, uşaq və gənclərin sağlam, milli-mənəvi dəyərlərə sadiq, hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsi işinə xidmət etmək, Azərbaycanın beynəlxalq nüfuzunun artırılması ilə bağlı tədbirlərin reallaşdırılmasına yardım göstərməkdən ibarətdir.

Onillik fəaliyyəti dövrü ərzində Heydər Əliyev Fondu müxtəlif sahələri əhatə edən layihələri reallaşdırmağa, dünyanın nüfuzlu təşkilatları ilə əməkdaşlıq etməyə, möhtəşəm beynəlxalq konfrans və festivallar keçirməyə müvəffəq olmuşdur. Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanır.

Mehriban Əliyevanın fəaliyyətində idmanın inkişafına da xüsusi önəm verilir. 2004-cü il 28 dekabrda Mehriban Əliyeva Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin IV Baş Məclisində MOK-un İcraiyyə Komitəsinə üzv seçilib.

2012-ci il 8 dekabrda Avropa Olimpiya Komitəsi Baş Assambleyası 2015-ci ildə I Avropa Oyunlarının Bakıda keçirilməsi haqqında qərar qəbul etdi. Birinci Avropa Oyunlarını yüksək səviyyədə keçirmək məqsədilə 2013-cü il yanvarın 17-də Təşkilat Komitəsi yaradıldı və onun sədri Mehriban Əliyeva təyin olundu. 21 yanvar 2016-cı ildə, "Bakı-2015" Birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevaya Avropada idmanın inkişafında göstərdiyi xüsusi xidmətlərə görə Avropa Olimpiya Komitələrinin İcraiyyə Komitəsinin qərarı ilə Avropa Olimpiya Komitələrinin ən yüksək mükafatı olan Ali Orden təqdim edilib.

2004-cü ildən Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, 2013-cü ildən partiyanın sədr müavinidir. 2005 və 2010-cu illərdə Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən seçkilərdə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən 14 saylı Xəzər ikinci seçki dairəsindən irəli sürülmüş Mehriban Əliyeva müvafiq olaraq 92,12% (23106 səs) və 94,49% (31797 səs) səs toplayaraq deputat seçilib.

O, Milli Məclisin deputatı kimi fəaliyyətində əsl peşəkarlıq, siyasi yetkinlik nümunəsi göstərir. "Siz mənə səs verməklə, sizin və balalarınızın ümidlərinin gerçəkləşməsinə səs vermisiniz" – deyən Mehriban Əliyeva öz fəaliyyəti ilə sübut etdi ki, əzmkarlıq, işləri düzgün qurmaq bacarığı olan yerdə həlli mümkünsüz sayıla biləcək heç bir problem yoxdur.

Mehriban Əliyevanın Milli Məclisin deputatı kimi fəaliyyətində yaddaqalan məqamlardan biri onun ədalət, humanizm və insanpərvərlik ideallarını rəhbər tutaraq genişmiqyaslı amnistiya aktının qəbul edilməsi təşəbbüsü ilə çıxış etməsidir. 2007-ci il 8 mayda Mehriban xanımın hazırladığı "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş amnistiya haqqında" qərar layihəsinin müzakirəsində o, öz çıxışında qeyd etmişdir ki, "…səhv etmiş, cinayət törətmiş insanlara bir daha imkan verməliyik ki, onlar azad həyata qayıtsınlar, ailələrinə, yaxınlarına qovuşsunlar, cəmiyyətdə öz yerlərini tapa bilsinlər. Ağır cinayət törətməyən insanları bağışlayaraq, biz həm onları normal həyata qaytarırıq, həm də müstəqil Azərbaycanın humanizm prinsipləri əsasında inkişaf etdiyini nümayiş etdiririk".

Azərbaycan parlamentarizmi tarixində ilk dəfə olaraq Milli Məclisin deputatı tərəfindən irəli sürülmüş və geniş ictimai dəstək almış bu amnistiya aktı böyük mənəvi-əxlaqi və siyasi məzmun daşımışdır.

O, bu təşəbbüsü ənənəyə çevirərək 2009 və 2013-cü illərdə də eyni müraciətlə çıxış etmiş və nəticədə 2009-cu ildə 9564, 2013-cü ildə isə təqribən 9000 nəfər azadlığa buraxılmışdır.

2017-ci il fevralın 21-də Prezident İlham Əliyevin sərəncamı ilə Mehriban Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti təyin edilib.

Yeni Azərbaycan Partiyasının VII qurultayında (5 mart 2021-ci il) YAP İdarə Heyətinin üzvü seçilib və həmin gün YAP Sədrinin birinci müavini təyin edilmişdir.

Azərbaycanın birinci xanımı

Mehriban Əliyeva: Həyatı, Fəaliyyəti, Titullar, təltiflər, mükafatlar 
Mehriban Əliyeva 3 sentyabr 2010-cu ildə Rusiya prezidenti Dmitri Medvedyev və birinci xanımı Lyudmila Medvedyeva ilə görüşdə.

Azərbaycan dövlətçiliyi tarixində ilk dəfə olaraq "birinci xanım" statusunu məhz Mehriban Əliyeva formalaşdıraraq cəmiyyətin həyatına birinci xanım ənənəsini gətirmişdir.

Titullar, təltiflər, mükafatlar

  • UNESCO-nun xoşməramlı səfiri (13 avqust 2004-cü il);
  • Azərbaycanda "İlin qadını" (2005-ci il);
  • "Yüzilliyin mesenatları" Beynəlxalq Xeyriyyə Fondunun "Yaqut Xaç" ordeni (9 iyun 2005-ci il);
  • Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupunun "2005-ci ilin adamı" mükafatı (2005-ci il);
  • BMT-nin Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (WIPO) qızıl medalı (2006-cı ilin mart ayı);
  • ISESCO-nun xoşməramlı səfiri (23 noyabr 2006-cı il);
  • Dünya Səhiyyə Təşkilatı (WHO) İcraiyyə Komitəsinin mükafatı (29 yanvar 2007-ci il);
  • "Qızıl ürək" beynəlxalq mükafatı (2007-ci ilin may ayı);
  • Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatı (5 may 2009-cu il);
  • Polşa Respublikasının "Xidmətlərə görə" Böyük Komandor Xaçı ordeni (14 sentyabr 2009-cu il);
  • Fransa Respublikasının "Şərəf Legionu" ordeni (15 fevral 2010-cu il);
  • UNESCO-nun "Qızıl Motsart" medalı (30 iyul 2010-cu il);
  • Krans Montana Forumunun Qızıl medalı (24 iyun 2011-ci il);
  • Rusiya Federasiyasının İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Fəxri professoru (13 aprel 2012-ci il);
  • MDB iştirakçısı olan dövlətlərin Humanitar Əməkdaşlıq Şurasının və MDB iştirakçısı olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun "Birlik Ulduzları" dövlətlərarası mükafatı (13 aprel 2012-ci il);
  • Krans Montana Forumunun "Prix de la Fondation" mükafatı (29 iyun 2012-ci il);
  • Azərbaycan Kazaklar İttifaqının ali "Kazak şöhrəti" ("Kazatskaya slava") mükafatı (2012-ci il);
  • Pakistanın "Şəhid Bənazir Bhutto Qadın Mükəmməlliyi Mükafatı — 2013" mükafatı (27 dekabr 2013-cü il);
  • Türk-Alman Dostluq Federasiyasının "Kübele" fəxri mükafatı (2014-cü ilin may ayı);
  • "The Business Year" jurnalının "İlin Birinci Xanımı" mükafatı (2014-cü ilin may ayı);
  • Beynəlxalq Olimpiya Akademiyasının "Olympic Excellence" xüsusi fəxri mükafatı (2014-cü ilin iyun ayı);
  • Rusiya Federasiyasının Həştərxan vilayətinin "Həştərxan vilayəti qarşısında xidmətlərinə görə" ordeni (2014-cü ilin avqust ayı);
  • Küveyt Dövlətinin Fəxri diplomu (2014-cü ilin avqust ayı);
  • Azərbaycanda "Heydər Əliyev" ordeni (29 iyun 2015-ci il).
  • Bolqarıstanın Müqəddəs Kiril və Mefodi adına Veliko Tırnovo Universitetinin fəxri doktoru. (22 sentyabr 2016)
  • Rusiyada Müqəddəs Mələksima Knyaginya Olqa ordeni. (26 dekabr 2017-ci il)
  • İtaliyanın "Xidmətlərinə görə" Böyük Xaç Kavaleri ordeni (18 iyul 2018-ci il)
  • Rusiyanın "Dostluq ordeni" (14 avqust 2019)

Fəxri vətəndaşlığı

Rəhbərlik etdiyi qurumlar

Şəkilləri

İstinadlar

Xarici keçidlər

Həmçinin bax

Tags:

Mehriban Əliyeva HəyatıMehriban Əliyeva FəaliyyətiMehriban Əliyeva Titullar, təltiflər, mükafatlarMehriban Əliyeva Rəhbərlik etdiyi qurumlarMehriban Əliyeva ŞəkilləriMehriban Əliyeva İstinadlarMehriban Əliyeva Xarici keçidlərMehriban Əliyeva Həmçinin baxMehriban Əliyeva196426 avqustAzərbaycan Gimnastika FederasiyasıAzərbaycan Mədəniyyət FonduAzərbaycan PrezidentiAzərbaycanın Birinci vitse-prezidentiBakıHeydər Əliyev FonduISESCOUNESCOYeni Azərbaycan Partiyasıİlham Əliyev

🔥 Trending searches on Wiki Azərbaycanca:

Müstəqil Dövlətlər BirliyiFosilTəyinFonetikaRəşid BehbudovQurban bayramıNüvə silahıŞir (astrologiya)InstagramAvropaSanksiyaYuri QaqarinCəmiyyətTəbii zonalarŞəmkir rayonuBeyinZəngəzurDolça (astrologiya)Mirzə Ələkbər SabirTürkmənçay müqaviləsiİqtisadiyyatBaykal–Amur magistralıNəqliyyatƏhmədiyyə CəbrayılovGöyçə mahalıDövlətAzərbaycan mədəniyyətiİnternetYazƏbdül MahmudovBəylər EyyubovŞahmatDünya ölkələrinin pul vahidləriLokal şəbəkəVulkanElmi fantastikaGünəş sistemiMürəkkəb sözlərMehdi HüseynzadəKriştiano RonaldoBrilliant DadaşovaFellatioAllergiyaSıxlıqZakir HəsənovYeni Azərbaycan PartiyasıAzərbaycanAzərbaycan İkinci Dünya müharibəsindəMetyu BrayzaMir CəlalZərf (qrammatika)HüceyrəKöməkçi nitq hissələri10 manatlıq əsginasİnformasiya prosesləriHindistanHektarNazpəri DostəliyevaLeyli və Məcnun (opera)Məhəmməd HadiMuğamADA UniversitetiSəbinə ƏliyevaBərdəHüseyn ibn ƏliFiruz ƏliyevCəfər CabbarlıYağFacebookƏlincə qalasıTəbiətPilotsuz uçuş aparatıQazax rayonunun Ermənistan tərəfindən işğal edilmiş kəndləriFərid QayıbovMədəniyyətİnkişaf etmiş ölkəGürcüstan🡆 More