Zərifə Əliyeva

Zərifə Əziz qızı Əliyeva (28 aprel 1923, Şahtaxtı, Naxçıvan MSSR – 15 aprel 1985, Moskva) — Azərbaycanın oftalmoloqu, Azərbaycan SSR əməkdar elm xadimi, tibb elmləri doktoru (1976), professor (1979), Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü (1983).

Zərifə Əliyeva
Zərifə Əliyeva
Doğum tarixi 28 aprel 1923(1923-04-28)
Doğum yeri
Vəfat tarixi 15 aprel 1985(1985-04-15) (61 yaşında)
Vəfat yeri
Vəfat səbəbi xərçəng xəstəliyi
Dəfn yeri
Həyat yoldaşı
Uşaqları
Atası Əziz Əliyev
Elm sahəsi oftalmologiya
Elmi dərəcəsi
Elmi adı
Üzvlüyü
Mükafatları Zərifə Əliyeva
zarifa-aliyeva.az
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Zərifə Əliyeva 28 aprel 1923-cü ildə həkim Əziz Əliyev və Leyla Əliyevanın ailəsində dünyaya göz açmışdır. Həkimlər Tamerlan Əliyev, Cəmil Əliyevin və musiqiçi Gülarə Əliyevanın bacısı olan Zərifə xanım 1932–1942-ci illərdə orta məktəbdə təhsil almışdır. 1942-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub. 1949–1950-ci illərdə Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda elmi işçi, 1969-cu ildən isə Ə. Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda göz xəstəlikləri kafedrasının dosenti, professor, 1982–1985-ci illərdə görmə orqanlarının peşə patologiyası laboratoriyasının müdiri, oftalmologiya kafedrasının müdiri vəzifələrində çalışmışdır. Azərbaycan Elmlər Akademiyasının Fiziologiya İnstitutunda görmə orqanının peşə patologiyasının öyrənilməsi üzrə ixtisaslaşdırılmış elmi-tədqiqat laboratoriyasında az intensivli zəhərli istehsal sahələrində görmə orqanına fizioloji, klinik, funksional, histoloji mexanizmlərin təsirinin öyrənilməsi üzrə bir sıra qiymətli tədqiqatlar aparmışdır.

8 noyabr 1954-cü ildə Heydər Əliyev ilə ailə qurmuş, 1955-ci il 18 oktyabr Sevil Əliyeva, 1961-ci il 24 dekabr İlham Əliyev dünyaya gəlmişdir.

1985-ci il aprel ayının 15-də Moskva şəhərində vəfat edən Zərifə xanım Əliyevanın cənazəsi 1994-cü ildə Moskvanın Novo-Deviçye qəbiristanlığından Bakıya gətirilərək, Fəxri Xiyabanda, atasının qəbri yanında dəfn olunmuşdur.

Təhsili

1947-ci ildə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmiş, 1948-ci ildə Moskva Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda oftalmologiya ixtisası üzrə kurs keçmişdir. 1950–1953-cü illərdə aspiranturanı başa vurur. 1960-cı ildən tibb elmləri namizədi, 1977-ci ildən Tibb elmləri doktorudur.

Tibbi fəaliyyəti

Z. Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri vardır. O, vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, dünya təcrübəsində birincilər sırasında peşə, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların, o cümlədən "Terapevtik oftalmologiya", "İridodiaqnostikanın əsasları" kimi nadir elmi əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir. Z. Əliyeva yüksək ixtisaslı səhiyyə kadrları hazırlanmasına böyük əmək sərf etmişdir.

Zərifə Əliyeva 
Zərifə Əliyevanın 80 illiyinə həsr edilmiş poçt markası

Fəaliyyətinin qiymətləndirilməsi

Akademik Zərifə Əliyeva Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti Rəyasət Heyətinin, Sovet Sülhü Müdafiə Komitəsinin, Azərbaycan Oftalmologiya Cəmiyyəti İdarə Heyətinin, "Vestnik oftalmoloqu" (Moskva) jurnalı redaksiya heyətinin üzvü idi.

Yüksək elmi nailiyyətlərinə görə 1980-ci ildə Azərbaycan əməkdar elm xadimi, 1981-ci ildə isə SSRİ Tibb Elmlər Akademiyasının M. İ. Averbax adına mükafatına layiq görülmüşdür ilk qadındır.

Xatirəsi

Zərifə Əliyeva 
Poçt markası (2008).

Fəxri xiyabanda məzarı üstündə tuncdan heykəli ucaldılmışdır. Bakıda Göz xəstəlikləri İnstitutu, Naxçıvan şəhər poliklinikası onun adını daşıyır. Bakının Binəqədi rayonu ərazisində adına istirahət parkı salınmışdır. Bakı və Naxçıvanda küçə Zərifə Əliyevanın adını daşıyır. Bundan başqa Yasamal rayon ərazisində Zərifə Əliyevanın adını daşıyan lisey fəaliyyət göstərir.

Zərifə Əliyeva 
Azərbaycan Milli Elmlər Akademiyasının A. İ. Qarayev adına Fiziologiya İnstitutunun qarşısında akademik Zərifə Əliyevanın barelyefi

Kitabları

İstinadlar

Mənbə

  1. Akademik Zərifə xanım Əliyeva. Milli oftalmologiyamız və xatirələr.
  2. Haqqında məqalələr – 2013
  3. Hüseynbala Mirələmov. Zərifə Əliyeva. — Bakı, "Azərbaycan" nəşriyyatı, 2013.- 208 s.

Xarici keçidlər

Tags:

Zərifə Əliyeva HəyatıZərifə Əliyeva Tibbi fəaliyyətiZərifə Əliyeva Fəaliyyətinin qiymətləndirilməsiZərifə Əliyeva XatirəsiZərifə Əliyeva KitablarıZərifə Əliyeva İstinadlarZərifə Əliyeva MənbəZərifə Əliyeva Xarici keçidlərZərifə Əliyeva15 aprel1923198528 aprelAzərbaycan Milli Elmlər AkademiyasıAzərbaycan SSR əməkdar elm xadimiAzərbaycan Sovet Sosialist RespublikasıElmlər doktoruMoskvaNaxçıvan Muxtar Sovet Sosialist RespublikasıOftalmologiyaProfessorŞahtaxtı (Kəngərli)

🔥 Trending searches on Wiki Azərbaycanca:

HeyvanlarZeynəb XanlarovaUkraynaFiruzə İbadovaSovet Sosialist Respublikaları İttifaqıEldənizlərAğadadaş AğayevKosmosRobotİnsan inkişafı indeksinə görə ölkələrin siyahısıMəhəmməd FüzuliMəmmədəli HüseynovMarketinqQrafik redaktorlarİslam peyğəmbərləriƏdədi silsiləZərifə ƏliyevaHüceyrəMöminə Xatun türbəsiSuçiçəyiAvropaSenzorKöməkçi nitq hissələriNağılBayatı-ŞirazAzərbaycanlılarYüzillik müharibəƏdəbiyyatŞir (astrologiya)Bir qalanın sirriHacı Zeynalabdin TağıyevSabirabad rayonuÇəmbərəkənd parkıRombSkarlatinAzərpoçtİnformasiyanın kodlaşdırılmasıXurşidbanu NatəvanƏhalisinə görə ölkələrin siyahısıZakir HəsənovAzərbaycan Dövlət Neft və Sənaye UniversitetiCavanşir Məmmədov (siyasətçi)LizinqI AbbasTolerantlıqQarabağ xanlığıQarabağ FKNamiq QaraçuxurluQarabağda döyüşlər (2023)Azərbaycan qoruqlarıAzərbaycan banklarının siyahısı0Beynəlxalq təşkilatMirzə Ələkbər SabirGözVladimir PutinÜçbucaqMenecmentMasonluqKüləkXurşidbanu Natəvanın heykəli (Bakı)KağızGöbələklərAzərbaycan əhalisiPişikUzunluq (fizika)Qan qrupuİqlimBəylər EyyubovAhəng qanunuPulBronxitPolşa🡆 More