Kitab Mart 1918-Ci Il. Bakı. Azərbaycanlıların Soyqırımı Sənədlərdə

Mart 1918-ci il.

Bakı. Azərbaycanlıların soyqırımı sənədlərdə – kitab 2009-cu ildə Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi tərəfindən, "INDIGO" nəşriyyatında çap edilmişdir. Kitabın müəllifi Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun əməkdaşı, tarix elmləri doktoru Solmaz Rüstəmova-Tohidi, elmi redaktoru isə tarixi elmlər namizədi Məmməd Cəfərlidir.

Mart 1918-ci il. Bakı. Azərbaycanlıların soyqırımı sənədlərdə
Март 1918 г. Баку. Азербайджанские погромы в документах
Kitab Mart 1918-Ci Il. Bakı. Azərbaycanlıların Soyqırımı Sənədlərdə
Müəllif Solmaz Rüstəmova-Tohidi
Orijinalın dili Rus dili
Orijinalın nəşr ili 2009
Rəssam Mübariz Məmmədrzayev, Ceyhun Mahmudov
Nəşriyyat INDIGO
Səhifə 864
Tiraj 1000
ISBN ISBN 978-9952-8000-9-8

Kitabda 1918-ci il mart hadisələrinin, xalqımıza qarşı aparılan deportasiya siyasətinin, Bakıda törədilən qırğınların, soyqırımların geniş şərhi verilmişdir. Rus dilində işıq üzü görmüş kitaba Azərbaycan prezidenti Heydər Əliyevin imzaladığı "31 Mart Azərbaycanlıların Soyqırım Günü" fərmanının mətni də əlavə olunmuşdur.

Kitabda 1918-ci ilin mart ayında Bakıda baş vermiş hadisələr haqqında sənədlər toplanmışdır. Böyük əhəmiyyət daşıyan bu kitab erməni millətçiləri tərəfindən yürüdülən siyasətin dünya ictimaiyyətinə çatdırılması üçün qiymətli bir mənbədir. Kitabdakı faktlar hadisəni görən insanların, digər millətlərə mənsub vətəndaşların dilindən söylənilən faktlara əsasən sənədləşdirilmişdir.

Kitabın təqdimatı haqqında

Kitabın təqdimatı 2009-cu il aprelin 22-də Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin iclasında keçirilmişdir.

Təqdimat mərasimində çıxış edən Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva 1918-ci ilin martından sentyabrınadək erməni daşnaklarının Bakıda və Azərbaycanın müxtəlif rayonlarında soyqırım həyata keçirdiklərini, bu hadisələrlə bağlı Azərbaycan Xalq Cümhuriyyətinin Fövqəladə İstintaq Komissiyası yaratdığını, il yarım ərzində sözügedən komissiyanın külli miqdarda sənəd topladığını deyib: "Bu kitabda həmin sənədlərin yalnız bir qismi – Bakıda törədilən qırğınlar öz əksini tapıb. Təkcə Bakıda ermənilər 12 mindən çox dinc sakini qətlə yetirmiş, Bakı tamam talan olunmuşdur". İnstitut direktorunun sözlərinə görə, rus dilində çap olunan kitabın ingilis və digər dillərə də tərcümə edilərək dünya ölkələrinə çatdırılması lazımdır.

Kitabın müəllifi S. Rüstəmova -Tohidi isə bildirib ki, kitabda Bakının 1918-ci il xəritəsi və soyqırımın törədildiyi ərazilər, məhəllələr dəqiq göstərilib. Hazırda Xarici İşlər və Milli Təhlükəsizlik Nazirlikləri vasitəsilə kitabın dünya ölkələrinə çatdırılması istiqamətində işlər aparılır.

Tədbirdə çıxış edən kitabın müəllifi t.e.d. Solmaz Rüstəmova-Tohidi kitabdakı hadisələrin 2007-ci ilin martından 2008-ci ilin mart ayına kimi "Zerkalo qəzetində çap olunduğunu söylədi. O qeyd etdi ki, kitabda verilmiş xəritədə həmin dövr üçün Bakının mənzərəsini dəqiqliklə görmək mümkündür.

Tədbirdə həmçinin AR Milli Arxiv İdarəsinin rəisi, t.e.d. Ataxan Paşayev, Türkiyənin Bakıdakı səfirinin birinci müavini Erkan Özoral, Azərbaycan Jurnalistlər Birliyinin sədri, "Zerkalo" qəzetinin baş redaktoru Elçin Şıxlı, AMEA-nın müxbir üzvləri Rafael HüseynovNizami Cəfərov, ABŞ-nin Prinston Universitetinin əməkdaşı t.e.d. Maykl Reynalds, Prezident yanında İdarəçilik Akademiyasının əməkdaşı Firdovsiyyə Əhmədova və t.e.d. Musa Qasımov məruzələrlə çıxış etdilər .

Kitabdan fotoşəkillər

İstinadlar

Mənbə

Xarici keçidlər

Март 1918 г. Баку. Азербайджанские погромы в документах

Həmçinin bax

Tags:

Kitab Mart 1918-Ci Il. Bakı. Azərbaycanlıların Soyqırımı Sənədlərdə Kitabın təqdimatı haqqındaKitab Mart 1918-Ci Il. Bakı. Azərbaycanlıların Soyqırımı Sənədlərdə Kitabdan fotoşəkillərKitab Mart 1918-Ci Il. Bakı. Azərbaycanlıların Soyqırımı Sənədlərdə İstinadlarKitab Mart 1918-Ci Il. Bakı. Azərbaycanlıların Soyqırımı Sənədlərdə MənbəKitab Mart 1918-Ci Il. Bakı. Azərbaycanlıların Soyqırımı Sənədlərdə Xarici keçidlərKitab Mart 1918-Ci Il. Bakı. Azərbaycanlıların Soyqırımı Sənədlərdə Həmçinin baxKitab Mart 1918-Ci Il. Bakı. Azərbaycanlıların Soyqırımı Sənədlərdə2009Azərbaycan Milli Təhlükəsizlik NazirliyiSolmaz Rüstəmova-TohidiŞərqşünaslıq İnstitutu

🔥 Trending searches on Wiki Azərbaycanca:

Dədə QorqudNizami GəncəviMenecmentƏncirİlk tibbi yardımOqtay ƏliyevTrapesiyaƏkizlər (astrologiya)Təvəssül duasıGöbələklərŞakiraAzərbaycanın iqtisadi rayonlarıQonur ayıDövlətMüslüm Maqomayev (bəstəkar)Xətti tənliklər sistemiFinlandiyaÇoxluqlarAzərbaycan Qırmızı KitabıHəndbolçuHüseyn MəhəmmədoğluEmin ƏmrullayevMəkkəLimonŞahmatKondensator (elektrik)On iki imamQaranquşlarQafqaz AlbaniyasıAğac kömürüDövlət bayraqlarının siyahısıAzərbaycan şirkətlərinin siyahısıAtəşgah (Bakı)Azərbaycan Respublikasının KonstitusiyasıFillərFüzuli rayonuXankəndiPambıqPortağalNadir şah ƏfşarAvestaPolad dirəklər üzərində şəhər (film, 1975)Modal sözlərGəncə qapısıMaliyyəDaun sindromuKriştiano RonaldoVoleybolMehriban ZəkiTəbrizAzərbaycan gerbiBakı metrosuŞəki xanlığıİsrailMikayıl CabbarovBirləşmiş Ərəb ƏmirlikləriOksigenPişikAzərbaycan Futbol Federasiyaları AssosiasiyasıBrakonyerlikƏhalisinə görə ölkələrin siyahısıAğ ayıPavel SisianovƏqrəb (astrologiya)Azərbaycan rəssamlarının siyahısıGimnastikaNamazQuşlarDebatPanamaQızılbalıqlarÇilov adasıAvtomobilAzərbaycan-İsveç futbol matçlarının siyahısıTəbii fəlakətÜçbucaqMoskvaTriqonometriyanın əsas düsturları🡆 More