Maks Teyler

Maks Teyler (ing.

Nobel mükafatı tarixində hələ ki virus peyvəndinə görə mükafatlandırılmış yeganə alimdir .

Maks Teyler
Max Theiler
Maks Teyler
Doğum tarixi
Doğum yeri Cənubi Afrika, Pretoriya
Vəfat tarixi (73 yaşında)
Vəfat yeri ABŞ, Konnektikut
Vəfat səbəbi ağciyər xərçəngi
Vətəndaşlığı Cənubi Afrika Respublikası, ABŞ
Elm sahələri virusologiya, bakteriologiya, biologiya
İş yerləri
Alma-mater Keyptaun Universiteti
Təhsili
Mükafatları Nobel mükafatıNobel mükafatı (1951)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Maks Teiler 30 yanvar 1899-cu ildə Cənubi Afrikanın paytaxtı Pretoriya şəhərində dörduşaqlı ailədə anadan olub. Onun atası tanınmış isveçrəli baytar alim idi. Maks əvvəlcə yerli məktəblərə gedir, sonra isə Rouds Universitetinin Kollecinə və 1916-1918-ci illərdə Keyptaun Universitetinin tibbi fakültəsində oxuyur. Ardından İngiltərədə St. Tomas Hospitalına və Londonun Tropik Təbabət Məktəbinə oxumağa gedir, və 1922-ci ildə tibbi diplomunu qazanır. Eyni ildə Terapevtlərin və Cərrahların Kral Kolleclərinin diplomantı olur.

1922-ci ildə Harvard Tibbi Məktəbinin (Boston, Massaçusets) Tropik Təbabət fakültəsinə assistent, sonra isə təlimatçı kimi təyin olunur. 1930-cu ildə Rokfeller Fondunun (Nyu-York Uluslararası Sağlamlıq Bölümünə qoşulur, 1951-ci ildən həmin fondda Tibb və Səhiyyə bölümünün laboratoriya direktoru olur.

1928-ci ildə Lilian Grehemlə ailə qurub, 1 qızı var.

Elmi işləri

Onun ilk işləri amöb dizenteriyasına və siçovul dişləməsi qızdırması ilə əlaqəlidir. O, 1927-ci ildə öz həmkarları ilə birgə sübut edir ki, sarı qızdırmanın törədicisi bakteriya yox, filtrdən keçriləbilən virusdur. O, həm də göstərə bildi ki, bu xəstəlik siçanlara da keçə bilər. Ondan əvvəl laborator eksperimentlər meymunlarda aparılırdı: sınağlarda siçanların istifadə edilməsi tədqiqata lazım olan pul məbləğinin xeyli azalmasına gətirib çıxardı. 1930-cu ildə Rokfeller fondu sarı qızdırmaya qarşı mübarizə edirdi. Maks Teiler həmkarları ilə birgə kütləvi istehsala hazır olan təhlükəsiz, standartlaşmış peyvənd düzəldir.

Onun digər elmi işləri bəzi yoluxucu xəstəliklərin səbəbi və immunoloji mexanizmlərinə həsr edilmişdi: leptospiroz, denge qızdırması, yapon ensefaliti. Laborator siçanlarında tapdığı poliomiyelitə oxşar xəstəliyə hazırda Teiler xəstəliyi (ensefalomiyelit).

İki tədqiqat işinin rəhbəri olub: İnsanda virus və rikketsia infeksiyaları (1948) və Sarı qızdırma (1951). The American Journal of Tropical Medicine (Amerikanın Tropik Təbabət Jurnalı) və Annals of Tropical Medicine and Parasitology (Tropik Təbabət və Parazitologiyanın Salnamələri) jurnallarında bir çox məqalənin müəllifidir.

Ödüllər

  • Tropik Təbabət və Higiyena üzrə Kral Cəmiyyətinin Çalmer Medalı (London, 1939)
  • Flatteri Medalı (Harvard, 1945)
  • Lasker Fondunun Lasker Ödülü (1949)

İstinadlar

Xarici keçidlər

Tags:

Maks Teyler HəyatıMaks Teyler Elmi işləriMaks Teyler ÖdüllərMaks Teyler İstinadlarMaks Teyler Xarici keçidlərMaks TeylerNobel mükafatıPeyvəndSarı qızdırmaİngilis dili

🔥 Trending searches on Wiki Azərbaycanca:

Tessa VertyuHeydər Əliyev MərkəziAna səhifəAzərbaycan toponimləriAktyorModal sözlərQaraciyərQızıl yel xəstəliyiNəbati ornamentlərKəbəSilindrXüsusi Təyinatlı Qüvvələr (Azərbaycan)KubaTarİlham ƏliyevQafqaz Müsəlmanları İdarəsiMarian çökəkliyiKəlbəcər rayonuAzərbaycanın Milli Qəhrəmanlarının siyahısıTərəzi (astrologiya)Cənubi AzərbaycanDəmir pərdəBirləşmiş Millətlər TəşkilatıDüzbucaqlı paralelepipedQaraqoyunlularAzərbaycan Milli QvardiyasıKöhlənSəməndər RzayevAnklavMədəaltı vəziƏli XameneiXurşidbanu NatəvanTəşəhhüdYeni Müsavat (qəzet)Qan qrupuAzərbaycan gölləriMolla Nəsrəddin (jurnal)Rəcəb Tayyib ƏrdoğanNeftGülüstan müqaviləsiXankəndiTəyyarəOqtay EloğluİngiltərəHeydər Əliyevin 100 illiyi (1923–2023) yubiley medalıGəncə qapısıSpirtlərOmonimErmənistanGəncə Qala Qapıları-Arxeologiya və Etnoqrafiya Muzeyi Abidə KompleksiAzərbaycanın telefon kodlarıAzərbaycanlıların siyahısıQubadlı rayonuRövşən NəcəfI İsmayılFunksiya (riyaziyyat)AvrasiyaVəfa ŞərifovaDərman bitkilərinin siyahısıQafqaz AlbaniyasıTeatrİranTörəməDinSünnilikNida cümləsiÇingiz xanRöya AyxanSasanilər imperiyasıBakıda yerləşən abidələrin siyahısıBağlayıcıİslamda oral seksGərginlik (elektrik)PənahabadAzərbaycan Daxili QoşunlarıDağƏdatİsveçrə🡆 More