Lego Marvel's Avengers

Lego Marvel's Avengers — TT Games tərəfindən hazırlanmış və Warner Bros.

Interactive Entertainment tərəfindən nəşr olunmuş, PlayStation 4, PlayStation 3, PlayStation Vita, Nintendo 3DS, Wii U, Xbox One, Xbox 360, MacintoshMicrosoft Windows platformalarında oynanıla bilən macəra-döyüş janrında Lego videooyunudur. Videooyun Lego Marvel Super Heroes videooyununun spin-ofudur və Lego Marvel franşizinin ikinci oyunudur. Filmdə baş verən hadisələr "Qisasçılar""Qisasçılar: Altron dövrü", eləcə də, "Birinci qisasçı", "Dəmir adam 3", "Tor 2: Zülmət aləmi""Birinci qisasçı: Başqa müharibə" filmlərinə əsaslanır. Videooyunda Kapitan Amerika, Dəmir adam, Halk, Qara dul, Şahingöz, Qırmızı cadugər, Civə, Tor, Altron, Loki, Qış əsgəri, Şahin, Vijn, Müharibə maşını kimi tanınmış personajlar, Şeytan dinozavr, Finq Fanq Fum kimi də az tanınmış personajlar yer alır. Bundan əlavə bir çox personaj vardır. Oyun 26 yanvar 2016-cı ildə yayımlanmışdır.

Lego Marvel's Avengers
Oyun üçün üzlük
Oyun üçün üzlük
Hazırlayan TT Fusion
TT Games
Yayımlayan Warner Bros. Interactive Entertainment
Seriya Marvel's Avengers
Anons tarixi 29 yanvar 2015
Buraxılış tarixi ABŞ 26 yanvar 2016
Avropa İttifaqı 29 yanvar 2016
Janrlar Macəra-döyüş
Bəstəkarlar Rob Vestvud
Tess Tiler
Brayan Tiler
Denni Elfman
Alan Silvestri
Kristofer Lennertz
Henri Cekman
Texniki məlumat
Platformalar Microsoft Windows
Nintendo 3DS
PlayStation 3
PlayStation 4
PlayStation Vita
Wii U
Xbox 360
Xbox One
Oyun rejimləri təkoyunçulu, çoxoyunçulu
İnterfeysin dili ingilis dili, fransız dili, italyan dili, alman dili, ispan dili, Danimarka dili, niderland dili, polyak dili, braziliya portuqal dili, rus dili, ərəb dili, ənənəvi Çin dili[d], Vall dili
Daşıyıcı rəqəmsal distribusiya, rəqəmsal yükləmə[d]
Rəsmi saytı

Personajlar

Oyunda əvvəlki oyunda da olan personajlar daxil olmaqla oynanıla bilən 200-dən çox personaj vardır. Personajların dizaynı üçün sadəcə Marvel Kinematoqrafiya Kainatı deyil, həmçinin komiksləri də nəzərə alınmışdır. Direktor Artur Parsons qeyd edir: "Bu Qisasçıların hər şeyinin qeydidir. Komikslər, cizgi filmlər, filmlər. Bu, videooyunlarda Qisasçılar barədə sevdiyiniz hər şeydir". Əsas personajlarla yanaşı oyunda Ms. Marveli (Kamala Xan), Sem Vilsonun Kapitan Amerika görünüşünü, Miss Amerikanı, Ceyn Fosterin Tor formasını, Vikkanı və Sürəti də görmək olar. Hər iki personajın özünəməxsus birlikdə döyüşmək bacarığı var. Oyunda 800-ə yaxın komanda hərəkəti var.

Geympley

Oyunun qeympleyi digər Lego oyunlarına bənzər olub, diqqət səpələnmiş pazlları macəra ilə həll etməyə cəmləndirilmişdir. Oyunçular tez-tez onların irəliləməsinə əngəl olan maneləri keçmək üçün lazım olan cihazları düzəltmək üçün oyun mühitində səpələnmiş pazlları həll etməlidirlər. Həmçinin, oyunda bəzi fəndlər var, məsələn üçün, davam etmək üçün iki spesifik obrazdan istifadə etmək tələb oluna bilər. Super cinayətkar döyüşlərində də diqqət pazlların həllinə yönəlir və uzun vaxt götürür. Oyun başdan ayağa macəra və döyüş janrındadır, lakin bütün döyüşlərdə LEGO-ya məxsus zarafatyana tərzdə keçir. Əsas məkan Nyu Yorkdur, lakin ilk dəfə olaraq başqa personajların səyahət edə biləcəkləri yeni yerlər əlavə olunmuşdur: Asqard, Malibu, Cənubi Afrika, Helikarrier, Bartonlar ferması, Vaşinqton, Solokviya. Bundan əlavə, oyunda xüsusi nöqtələrdə vətəndaşların problemlərini həll etmək, resinq və s. kimi tapşırıqları yerinə yetirmək olar. Videooyunun ssenarisi Filmdə baş verən hadisələr "Qisasçılar""Qisasçılar: Altron dövrü", eləcə də, "Birinci qisasçı", "Dəmir adam 3", "Tor 2: Zülmət aləmi" və "Birinci qisasçı: Başqa müharibə" filmlərinə əsaslanır.

İstehsal

Audio

Orijinal səsləndirmədən istifadə olunan Lego Marvel Super Heroes-dən fərqli olaraq Lego Marvel's Avengers oyununda oyunun əsasını aldığı altı filmdə çıxış etmiş aktyorların səslərindən istifadə edilmişdir (Lego The Lord of the Rings, The Lego Movie Videogame, Lego The Hobbit və Lego Jurassic World oyunlarında olduğu kimi). Lakin, Klark Qreqq, Kobi Smolders, Eşli Conson, Heyli Etvell əlavə dialoqlar üçün uyğun personajları səsləndirmişlər. Marvel komiksçisi Sten Li isə yenə özünü səsləndirmişdir. Robbi Deymond A-bombanı, Lu Ferillo özünü, Qreq Miller Aldrix Killian özünü səsləndirmişdir.

Yükləniləbilən məzmun

Azad PlayStation 4 xüsusi yükləniləbilən məzmunun olacağı anons olunmuşdur. Bu, gələcəkdə nəzərdə tutulmuş personaj boğçası və Qarışqa-adam üzərində qurulmuş səviyyəni ehtiva edir.

Qəbul

Videooyunun çıxışından sonra müxtəlif pozitiv rəylər almışdır. Oyun Metacritic-də 74 %-lik nəticə qazanmışdır. Game Informer jurnalının əməkdaşı Andru Reyner oyuna 10 xaldan 7,75 xal vermişdir. IGN-nın qiymətləndirməsi isə 6,7/10 olmuşdur. Sayt açıqlmasında bunu bildirmişdir: "Lego Marvel's Avengers əyləncəlidir, amma heyf ki, ancaq Marvel Kinematoqrafiya Kainatı ilə məhdud qalmışdır". Destructoid oyuna 10-dan 6 xal, PlayStation Lifestyle isə 10-dan 7,5 xal vermişdir.

İstinadlar

Xarici keçidlər

Tags:

Lego Marvel's Avengers PersonajlarLego Marvel's Avengers GeympleyLego Marvel's Avengers İstehsalLego Marvel's Avengers QəbulLego Marvel's Avengers İstinadlarLego Marvel's Avengers Xarici keçidlərLego Marvel's AvengersBirinci qisasçı (film, 2011)Civə (personaj)Dəmir adam (personaj)Halk (personaj)Kapitan AmerikaMacintoshMicrosoft WindowsPlayStation 3PlayStation 4Qara dul (Natalya Romanova)Qisasçılar (film, 2012)Qisasçılar: Altron dövrü (film, 2015)Qırmızı cadugər (personaj)Tor (Marvel Comics)Vijn (personaj)Xbox 360Xbox OneŞahingöz (personaj)

🔥 Trending searches on Wiki Azərbaycanca:

Aygün KazımovaAna səhifəAzərbaycan coğrafiyasıNazirlər Kabineti (Azərbaycan)Ədliyyə Nazirliyi (Azərbaycan)TəbiətTəzyiqAnar ƏləkbərovŞərqi Zəngəzur iqtisadi rayonuSkarlatinƏhalisinə görə ölkələrin siyahısıAğıllı evlərİnformasiya təhlükəsizliyiQarabağDemarkasiya xəttiMirvariEldənizlərBəylər EyyubovYüzillik müharibəAzərbaycan Dövlət Mədəniyyət və İncəsənət UniversitetiƏli NurZaur BaxşəliyevSevil ƏliyevaMolla Pənah VaqifAnoreksiyaAzərbaycan Milli HökumətiMir CəlalAzərbaycanda Stalin repressiyalarıSuAzərbaycan Respublikasının əməkdar artistiOmonimAzərbaycanın iqtisadi rayonlarıDüz xəttTrapesiyaAytən SəfərovaMürəkkəb cümləHacı Nuranİnformasiya texnologiyalarıFaizKvadrat metrCənubi Afrika RespublikasıSay (qrammatika)Yol nişanlarıXristianlıqÜmumi Daxili MəhsulXüsusi Təyinatlı Qüvvələr (Azərbaycan)Bəxtiyar VahabzadəÖlkə paytaxtlarının siyahısıSelAzərbaycandakı çayların siyahısıİkinci Dünya müharibəsiZeynəb XanlarovaHacı Zeynalabdin ŞirvaniPlanetReal Madrid FKMir Mövsüm Ağaİnsan hüquqlarıAllahTerminologiyaAsiyaHindistanAtropatenaMüstəqil Dövlətlər BirliyiAvropa ölkələrinin siyahısıVergiGübrəMəhəmməd FüzuliCahangir ƏsgərovSərt diskKimyəvi elementYəhudilərXürrəmilər hərəkatıGöyçə gölüZülallarMoskvaMemar Əcəmi metrostansiyası🡆 More