Kristen Stüart

Kristen Ceyms Stüart (ing.

"Alatoran" filmində oynadığı Bella Svon rolu ilə tanınma qazanmışdır. Aktrisa həmçinin "Panic Room" (2002), "Zathura" (2005), "Müjdəçilər" (2007), "Qadınlar ölkəsində" (2007), "Vəhşi təbiətdə" (2007), "Macəra diyarı" (2009) və "The Runaways" (2010) filmlərində də rol almışdır.

Kristen Stüart
ing. Kristen Stewart
Kristen Stüart
Doğum adı Kristen Jaymes Stewart
Doğum tarixi 9 aprel 1990(1990-04-09)[…] (34 yaş)
Doğum yeri
Vətəndaşlığı
Partnyorları
Fəaliyyəti aktrisa, kino aktrisası, televiziya aktrisası, kinorejissor, səsləndirmə aktrisası[d]
Fəaliyyət illəri 1999-cu ildən
Təhsili
  • Laurel-Sprinqs məktəbi[d]
Boyu 1,65 m
Üzvlüyü
  • Kino Sənətləri və Elmləri Akademiyası[d] (2017–)
IMDb ID0829576
{{{imzanın izahı}}}
kristenstewart.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Kristen Stüart Los-Anceles şəhərində doğulmuş və böyümüşdür. Onun atası Con Stüart səhnə yönədicisi və Fox telekanalında televizor prodüseridir. Anası Culs Mənn – Stüart Avstraliyanın Queensland vilayətinin Maroochydore şəhərində əlyazma supervayzeri olmuşdur. Aktrisanın Kameron Stüart adında özündən böyük bir qardaşı var.

Karyerası

Aktrisanın bütün ailəsi (anası, atası və özündən böyük üç qardaşı) kamera arxasında çalışırlar və Kristen Stüart da düşünürmüş ki, o da yazıçı və ya ssenarist olacaq, lakin heç vaxt aktrisa olmağı ağlına gətiməmişdir. "Mən heç vaxt diqqət mərkəzində olmaq istəməmişəm, heç vaxt məşhurlaşmaq haqqında düşünməmişəm, lakin həmişə avtoqraf verməyi öyrənməyə çalışmışam, çünki mən qələmləri sevirəm. Mən adımı hər şeyin üstünə yazmağı sevirəm. " Stüartın aktrisa karyerası səkkiz yaşında ikən başlayıb, o orta məktəbdə təhsil alarkən məktəbin yeni il şənliklərində tamaşalar göstərirdi. Bir il sonra Stüart ilk rola dəvət alır ki, bu da "The Thirteenth Year" filmində kiçik bir səssiz rol idi. Bundan sonra isə o, "The Flintstones in Viva Rock Vegas" filmində bir rol alır. Daha sonra isə aktrisanı "The Safety of Objects" filmində tənha, qayğıkeş ananın dəcəl qızı rolunda görürük (Patrisia Klarkson) . Stüartın ilk önəmli rolu isə Hollivud istehsalı olan "Panic Room" filmində boşanmış ananın şəkər xəstəliyindən əziyyət çəkən qızı rolu olur (Cudi Foster birlikdə) . Film əsasən müsbət rəylər alır və Stüartın rolunun öhdəsindən yaxşı gəlməsi haqqında qeydlər edilir. O, bu roluna görə Young Artist Award (Ən Yaxşı Gənc Aktrisa) nominasiyasında mükafat alır.

"Panic Room" filminin uğurundan sonra Stüart başqa bir trillerdə, "Cold Creek Manor" filmində Dennis Quaid və Şeron Stonun canlandırdığı obrazların qızını canlandırdı, lakin bu film uğursuzluğa düçar oldu. Bununla belə Stüart bu filmdəki roluna görə yenidən Young Artist Award (Ən Yaxşı Gənc Aktrisa) mükafatına layiq görüldü. Vaxtının böyük hissəsini karyerasına həsr etməsi onun təhsilinə müəyyən qədər mane oldu və aktrisa təhsilin evdə davam etdirməyə başladı. O deyir: " Mən təhsilimi evdə davam etdirməyə qərar verdim, çünki müəllimlərim mənim təhsilimin uğursuz olacağını düşünürdülər. Mən onlara acıqlanırdım, çünki onlar üçün çox şey etdiyimi düşünürdüm, lakin evdə təhsil almaq əla idi, sən yalnız istədiyin şeyləri öyrənirsən, hansı ki, sənin gələcəkdə görmək istədiyin işlərində sənə yardımı ola bilər."

Onun ilk baş rol canlandırdığı film Max Thieriot və Corbin Bleula birgə çəkildiyi uşaq action-komediya filmi "Catch That Kid" filmi olmuşdur. Daha sonra isə o, "Undertow" trillerində Lila rolunu canlandırmışdır. Həmin dövrdə Stüartın adı daha çox Laurie Halse Andersonun romanı əsasında çəkilmiş Speak (2004) televiziya filmində canlandırdığı obraza görə diqqət mərkəzində idi. 13 yaşında ikən isə aktrisa cinsi təcavüzə uğradıqdan sonra demək olar ki, hər kəslə ünsiyyətini kəsmiş və daha çox öz daxili hissləri ilə mübarizə aparan orta məktəbin birinci sinif tələbəsi Melinda Sordinonun obrazını canlandırmışdı. Stüart az danışan, bununla belə beynində dəhşətli planlar quran bu obrazı canlandırdığına görə çoxlu mükafatlar və müsbət rəylər aldı.

2005-ci ildə isə Stüart fantastik-macəra filmi "Zathura"da iki kiçik qardaşın vecsiz bacısı olan Lisa rolunu canlandırmışdır. Film araşdırmaçılar tərəfindən yüksək qiymətləndirilsə də bu dəfə Stüartın performansı diqqət mərkəzində olmadı və buda onun obrazının film boyunca o qədər də aktiv olmaması ilə izah edildi. Növbəti il isə aktrisa Griffin Dunneun çəkdiyi "Fierce People" filmində Maya rolunu canlandırdı. Bu filmdən sonra isə o, Müjdəçilər trillerində Jess Solomon rolunu canlandırdı.

2007-ci ildə isə Stüart Meg Ryan və "The O.C." serialının ulduzu Adam Brody ilə birgə "Qadınlar ölkəsində" romantik dramında gənc Lucy Hardwicke obrazını canlandırdı. Film, xüsusilə Stüartın obrazı haqqında mətbuatda müxtəlif fikirlər səsləndi. Elə həmin il aktrisa Şon Pennin çox bəyənilmiş adaptasiya filmi "Into the Wild"də rol aldı. Bu filmdəki performansı da mütəxəssislər tərəfindən müsbət qiymətləndirildi. Salon.com onun bu ifasını "güclü, duyarlı performans" kimi qiymətləndirdi , Chicago Tribune isə "nəzərdə tutulduğundan da güclü ifa" olaraq qeyd etdi. Daha sonra isə Stüart yalnız festivalda nümayiş etdirilən "The Cake Eaters" filmində ikinci dərəcəli rol canlandırdı.

Kristen Stüart 

16 noyabr 2007 – c ildə Summit Entertainment Stüartın Stefani Mayerin eyni adlı vampir romanı əsasında çəkiləcək "The Twilight" filmində İsabella "Bella" Swan rolunu oynayacağını elan etdi. Rejissor Catherine Hardwicke test çəkilişlərdə iştiraka dəvət etmək üçün yanına getdiyində və ilk baxışdan təsirləndiyində Stüart hələ "Adventureland" filminin çəkilişlərində idi. Filmdə Stüartın vampir sevgilisi olan Edward Cullen obrazını canlandıran aktyor Robert Pattinson ilə Stüartın filmin baş qəhramanların canlandırıması qərara alındı. Filmin istehsalı 2008-ci ilin fevral ayında başlanıldı və proses 2008-ci iln may ayında tamamlandı. Film 21 noyabr 2008-ci ildə satışa çıxarıldı. "The Twilight" filminin təqdimatından sonra Stüart Bella Swan roluna görə Best Female Performance (Ən Yaxşı Qadın Performansı) kateqoriyasında MTV Movie Award mükafatına layiq görüldü. Daha sonra aktrisa . "The Twilight" filminin davamı olan "The Twilight Saga: New Moon" və "The Twilight Saga: Eclipse" filmlərində də Bella obrazını canlandırdı.

Bundan sonra Stüart BAFTA Rising Star mükafatına layiq görüldü. 2010-cu ildə 82-ci Annual Academy Awards mərasimində Stüart və "The Twilight" filminin digər ulduzu Taylor Lautner qorxu filmi janrında yaxşı rola görə mükafatlandırıldı.

2009-cu ildə Stüart Samuel Goldwyn Sundance Film Festivalında debüt edən və 2010-cu ildə teatrlarda nümayişə çıxarılan "The Yellow Handkerchief" filmində rol aldı. O, həmçinin Ceyms Qandolfini ilə birgə 2010-cu ildə Sundance Film Festivalında premyerası keçirilən "Welcome to the Rileys" filmində rol aldı. Aktrisa Floria Sigismondinin rejissoru və senari müəllifi olduğu bu filmdə əfsanəvi rok ulduzu Joan Jettin obrazını canlandırmışdır. Stürt rolu hazırlamaq üçün 2008 – 2009-cu illərdə Jettlə görüşmüşdür. Mütəxəssislərin aktrisanın bu rolu haqqında fikirləri demək olar ki, üst-üstə düşmüşdür və bu rolun çox uğurlu alındığı qeyd edilmişdir.

Stüart daha sonra Jason Mewesla birgə "K-11" filmində rol almışdır. Rejisoru Stüartın anası olan bu filmdə aktrisa Los-Anceles Şəhər Həbsxanasında saxlanan qadının rolunu canlandırmışdır. Stüart həmçinin Jack Kerouacın eyni adlı romanı əsasında çəkilən On the Road filmində rol almışdır. Filmin çəkilişləri 2010-cu ilin avqust ayında başlamışdır.

Şəxsi həyatı

Stüart əsasən Los-Ancelesdə, Woodland Hillsdə yaşayır. Aktrisa Avstraliyada yaşamaq və çalışmaq istədiyini ifadə edərək deyir: "Mən Avstraliyaya, Sidney Universitetinə getmək istəyirəm. Ora mənim anamın vətənidir."

Filmoqrafiyası

İl Filmin adı Rolu Qeydlər
1999 "On üçüncü il" İçki üçün gözləyən qız Uncredited (film debut)
2000 The Flintstones in Viva Rock Vegas Ring toss girl Uncredited
2001 The Safety of Objects Sam Jennings Limited release
2002 Panic Room Sarah Altman
2003 Cold Creek Manor Kristen Tilson
2004 De Melinda Sordino
Tut bu uşağı (film, 2004) Maddy
Undertow Lila
2005 Qəddar insanlar Mayya Osborn Limited release
Zatura Lisa
2007 Müjdəçilər Jessica "Jess" Solomon
Qadınlar ölkəsində Lucy Hardwicke
The Cake Eaters Georgia Limited release
Vəhşi təbiətdə Tracy Tatro
Cutlass Young Robin Short film
2008 Jumper Sophie Cameo
What Just Happened Zoe
Alatoran Bella Svon
2009 Macəra diyarı Emily "Em" Lewin
Alatoran Əfsanəsi: Təzə Ay Bella Svon
2010 The Yellow Handkerchief Martine Limited Release
The Runaways Joan Jett
Welcome to the Rileys Mallory
Alatoran Əfsanəsi: Tutulma Bella Svon
2012 On the Road Marylou
2011 Alatoran Əfsanəsi: Sübh Şəfəqi 1-ci hissə Bella Svon
2012 Alatoran Əfsanəsi: Sübh Şəfəqi 2-ci hissə Bella Svon
2016 Şəxsi alıcı (film, 2016)

İstinadlar

Tags:

Kristen Stüart HəyatıKristen Stüart KaryerasıKristen Stüart Şəxsi həyatıKristen Stüart FilmoqrafiyasıKristen Stüart İstinadlarKristen Stüart19909 aprelAlatoran (film, 2008)Amerika Birləşmiş ŞtatlarıBella SvonKaliforniyaLos-AncelesMacəra diyarıMüjdəçilər (film, 2007)Qadınlar ölkəsində (film, 2007)Vəhşi təbiətdə (film, 2007)d:Q126599en:Panic Roomen:The Runaways (2010 film)en:Zathura: A Space Adventureİngilis dili

🔥 Trending searches on Wiki Azərbaycanca:

Ömər EldarovTəyyarəSemiramidanın asma bağlarıAvstraliyaQarabağlar türbəsiAzərbaycan dövlət başçılarının siyahısıMuğan düzüCavanşir Məmmədov (general)Mir Cəfər BağırovCümlənin ikinci dərəcəli üzvləriİkinci Qarabağ müharibəsiSayHəsən bəy ZərdabiBakı kəndlərinin siyahısıŞirQazax rayonunun Ermənistan tərəfindən işğal edilmiş kəndləriRəcəb Tayyib ƏrdoğanSasanilər imperiyasıCavanşir Məmmədov (siyasətçi)Mir CəlalƏrəb xilafətiDövlət Təhlükəsizliyi Xidməti (Azərbaycan)ƏvəzlikInstagramAzərbaycan tarixiLeyli və Məcnun (opera)Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya AktıAvropa ölkələrinin siyahısı100 manatlıq əsginasLatın diliİnformasiya təhlükəsizliyiAmerika Birləşmiş ŞtatlarıVauçerLerik rayonuQan dövranıİslamda oral seksÇoxluqlarQarabağ FKQırğızıstan PrezidentiGəmiSəhraWhatsAppİbtidai icma quruluşuİlk tibbi yardımRamil UsubovFevralƏsas nitq hissələriAzərbaycan gerbiŞuşa qalasıƏli ƏhmədovXəmsəAzərbaycan toy adətləriNəriman AxundzadəŞifrParaleloqramTərəzi (astrologiya)QırğızıstanƏhalisinə görə ölkələrin siyahısıYunanıstanXürrəmilər hərəkatıAzərbaycan Milli QvardiyasıDərman zəncirotuMolla Pənah VaqifDağlıq QarabağAfrikaGöyçə mahalıVladimir PutinVaqif (dram)Teymurilər dövlətiDəmiryolu nəqliyyatıYazÇinDövlət idarəetmə formalarıTürkmənçay müqaviləsiCanavarOkeanHəşəratlarTarix🡆 More