Klayv Sinkler: İngilis ixtiraçı

Klayv Marlz Sinkler (ing.

Klayv Sinkler
ing. Clive Sinclair
Klayv Sinkler: Həyatı, Arzusunda olduğu şirkət, Sinklerin yanaşması
Doğum tarixi 30 iyul 1940(1940-07-30)
Doğum yeri
Vəfat tarixi 16 sentyabr 2021(2021-09-16) (81 yaşında)
Vəfat yeri
Uşağı 3
Fəaliyyəti təşəbbüskar, mühəndis, ixtiraçı, informatik
Fəaliyyət illəri 1961–2021
Üzvlüyü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

K.Sinkler 30 iyul 1940-cı ildə Londonun şəhərətrafında, Riçmond yaxınlığında dünyaya gəlib.

Klayv məktəb illərindən müxtəlif növ texnikaya və ixtiraçılığa böyük maraq göstərməyə başlayıb. Klayv məktəbi bitirdikdən sonra universitetə daxil olmamağa və şəxsi şirkətinin əsasını qurmağa qərar verir. O, həmin dövrdə radioelektronika ilə ciddi maraqlanırdı, artıq 1958-ci ildə kifayət qədər kiçik və ucuz yeni tip radioqəbuledicinin ən sadə sxemini hazırlayır.

Sonrakı bir neçə il ərzində Sinkler öz biznesini qurmaq məqsədilə start kapitalı qazanmaq üçün radio mövzusunda məqalələrin yazılışı və müxtəlif nəşrlərinin redaktəsi ilə məşğul olur.

Arzusunda olduğu şirkət

Klayv Sinkler: Həyatı, Arzusunda olduğu şirkət, Sinklerin yanaşması 
Gənc ixtiraçılarla görüş, Bristol, İngiltərə, 1992-ci il.

1961-ci ildə, doğum günündə, 30 iyulda Kembricdə Sinclair Radionics adlı şirkət qeydiyyatdan keçirir. Bu halda Sinkler jurnalist işləməyə davam edirdi və redaktə etdiyi nəşrlərdə öz məhsulunun reklamını dərc etmək imkanından var gücü ilə istifadə edirdi.

Tezliklə onun şəxsi hazırlamaları meydana çıxmağa başladı: əvvəlcə tranzistor mikrogücləndiricisi, sonra 70×41×16 millimetr ölçülü cib radioqəbuledicisi.

Məhz Sinklerin bu son modeli daim təkmilləşdirirdi, buna görə də 1967-ci ildə haqlı olaraq "radio dünyasında ən kiçik" adlandırılmış "Sinclair Micromatic"i işıq üzü gördü: bu, kibrit qutusundan kiçik ölçüyə malik, plastik korpusla və alüminium qabaq paneli ilə təchiz edilmişdi.

Nəhayət şirkət gəliri gətirməyə başladı, Sinkler öz məhsullarının çeşidinin genişləndirməklə məşğul olurdu.

Sinklerin yanaşması

Sinkler məhsulları istehsal edərkən əsas iki məsələ diqqət yetirirdi: minimal ölçülər və minimal qiymət.

O, 1972-ci ildə Executive adlandırılan cib kalkulyatorunu istehsal etdi. Bu kalkulyatorun dəyəri cəmi 100 dollar təşkil edirdi. K. Sinkler 1977-ci ildə yaponları qabaqlayaraq ikidüymlük ELT ekrana malik, 10×6,5×5 ölçülü dünyada ilk daşınabilən televizoru təqdim edir. Micro-vision adlanan məhsul 300 dollara satılırdı.

İlk həqiqi ev kompyuterinin istehsalı

Öz ixtiralarının satışından alınmış pulla Sinkler yeni firma – "Sinclair Research"ı qurmağa qərar verir. Firmanı 1979-cu ilin iyununda qeydiyyatdan keçirir, on ay sonra 100 funt sterlinq dəyərində olan ZX 80 kompüterini istehsal edir. Münasib qiymət sayəsində o, böyük böyük uğur qazanmağa başlayır.

Sinkler bu məhsulun satışını təkcə Böyük Britaniyada təşkil etməmişdi. Belə ki, yarım il sonra Fransada 100 min ZX 80 satılmışdı. 1981-ci ilin martında ZX 81 — ilk həqiqi ev kompüterinin istehsalı başlandı. Qiyməti (60 funt sterlinq) sayəsində bütün arzu edənlər üçün əlçatan idi. Məişət televizoruna qoşulurdu, daimi yaddaş qurğusu 8 Kilobayt, əməli yaddaş qurğusu — 10 kilobayt (16 Kilobayta qədər genişlənmə imkanı ilə) həcmə malik idi.

Sinklerin daha da uğurlu dövrü başladı: Amerika firması Timex bütün onun hazırlamalarının istehsalına lisenziya aldı, Mitsui şirkəti Yaponiyada ZX 81-in yayılmasına müstəsna hüquqlar əldə etdi. Bundan əlavə, Britaniya kitab satışı şəbəkəsi vasitəsilə kompüterlərin reallaşdırması haqqında müqavilə qətiyyətli sıçrayış oldu.

"ZX Spectrum" erası

Klayv Sinkler: Həyatı, Arzusunda olduğu şirkət, Sinklerin yanaşması 
"ZX Spectrum" (1982)

1982-ci ilin iyununda ZX Spectrum erası başlandı. Sinkler onun öz aralarında əməli yaddaş həcminə görə fərqlənən iki modelini hazırlayır: ZX Spectrum (əməli yaddaş qurğusu — 16 Kilobayt) və ZX Spectrum (əməli yaddaş qurğusu — 48 Kilobayt). Ekran rəngli oldu, daimi yaddaş qurğusunun həcmi 16 Kilobayta qədər artdı, həm də inteqrasiya edilmiş sistemin imkanları genişləndirildi. ZX Spectrum məşhurluğu bütün gözləntiləri üstələdi: həftədə 15 min kompüterə qədər satılırdı. "ZX Spectrum"u dünyanın 30-dan artıq ölkəsində daha çox alırdılar. Əvvəlcə bu qurğunun proqramlaşdırma təlimi üçün istifadə olunacağını güman edirdilər. Ancaq proqram təminatının hazırlanmasında ixtisaslaşmış firmalar bu maşının imkanlarını tez qiymətləndirdi. Onun üçün yalnız proqramlaşdırma dillərinin translyatorları və tədris proqramları deyil, həm də videooyunlar buraxmağa başladılar. Bir növ müsbət əks əlaqə alındı: "Spectrum" nə qədər yaxşı satılırdı, onun üçün bir o qədər daha aktiv proqramlar yazılırdı və nə qədər yüksək keyfiyyətli proqramlar meydana çıxırdı, o qədər yuxarı kompüterə tələbat olurdu.

Kompüter periferiyası hazırlayan firmalar ZX Spectrum üçün disk sistemləri, coystiklər, printerlər hazırlayırdılar. Bununla yanaşı, Sinklerin məhsuluna həsr edilmiş "Sinclair User", "Your Sinclair" və "Your Spectrum" nəşrləri yayılırdı.

Uğur Sinkleri tərk edir

1984-cü ilin aprelində Klayv Sinkler bazara tamamilə yeni kompüter – "Sinclair QL" buraxır. Bu model Amerika IBM PC-in ucuz alternativi oldu və olduqca yüksək xarakteristikaya malik idi: 32 dərəcəli prosessor, əməli yaddaş qurğusu 4 Meqabayta qədər genişlənmə imkanı ilə 128 Kilobayt həcmli, yaxşı qrafika və səs.

Lakin nisbətən yüksək qiymət kütləvi istifadəçiləri bir qədər məyus etdi. Proqram təminatı istehsal edən firmalar yeni modeli dəstəkləmədilər. Hərçənd, bir çox mütəxəssislərin fikrincə, Sinclair QL indiyə kimi ən yaxşı ev kompüteri olaraq qalır və onun yaradılması vaxtı qoyulmuş konsepsiyalar bir neçə il sonra bu növ kompüterlərdə reallaşdırılırdılar.

Bununla belə, Sinkler yeni versiyaları — ZX Spectrum Plus və ZX Spectrum 128 (1985-ci il) buraxmağa davam edirdi. Amma əslində o, tamamilə başqa ideya -ucuz elektrik maşınının hazırlanması üzərində çalışırdı. 1985-ci ildə Sinclair Research firması C 5 hazırlamasını buraxmağa başladı. Amma bu dəfə uğur ixtiraçını tamamilə tərk etdi. Məhsula xərclənmiş pul gözlənilən gəliri gətirmədi. Sinkler yaxşı sahibkar olmağı bacarmadı.

Kompüter sənayesində karyerasının sonu

Bir il sonra "Sinclair Research"ın bütün məhsullarının hüquqlarını Amstrad firmasına satmaq zərurəti yarandı. Amstrad firmasının sahibi Alan Şuqer yalnız Spectrum-un iki modelini buraxdı: İnteqrasiya edilmiş maqnitofonla (1986-cı ilin avqustu) ZX Spectrum +2 və inteqrasiya edilmiş 3 düymlük diskdaxilediciyə malik (1987-ci ilin fevralı) ZX Spectrum +3. 1990-cı ildə firma "ZX Spectrum +3"ün istehsalını dayandırdı, amma "ZX Spectrum +2"ni kiçik partiyalarla buraxmağa davam edirdi.

Beləliklə, 1986-cı ilin aprelində Sinkler kompüter sənayesində karyerasını bitirir.

Məlumat üçün bildirək ki, Sinkler 2006-cı ildə A-Bike adlı bükülən velosiped modelini təqdim edib. Dəyəri 299 funt olan modelin çəkisi 5,5 kq təşkil edir, 10 saniyə ərzində formalaşır.

"Kral Ordeni Cəngavəri"

1983-cü ilin iyununda Marqaret Tetçerin xahişi ilə Böyük Britaniya kraliçası Klayv Sinkleri "Kral Ordeni Cəngavəri" zadəgan rütbəsi ilə mükafatlandırıb.

Britaniyada fərdi kompüterlər sənayesinin formalaşması və Sinkler haqqında çəkilən Micro Men bədii filmində onun fəaliyyəti geniş şəkildə işıqlandırılıb.

Mənbə

  • Cahangir Atakişiyev. "Rabitə dünyası" qəzeti. № 9 (803), 7 mart 2014, səh. 27.  (az.)

Ədəbiyyat

  • Adamson, Ian; Kennedy, Richard (1986). Sinclair and the "Sunrise" Technology. London: Penguin Books. 224 pp. ISBN 0-14-008774-5.
  • Dale, Rodney (1985). The Sinclair Story. London: Duckworth. ISBN 0-7156-1901-2

İstinadlar

Xarici keçidlər

Tags:

Klayv Sinkler HəyatıKlayv Sinkler Arzusunda olduğu şirkətKlayv Sinkler Sinklerin yanaşmasıKlayv Sinkler İlk həqiqi ev kompyuterinin istehsalıKlayv Sinkler ZX Spectrum erasıKlayv Sinkler Uğur Sinkleri tərk edirKlayv Sinkler Kompüter sənayesində karyerasının sonuKlayv Sinkler Kral Ordeni CəngavəriKlayv Sinkler MənbəKlayv Sinkler ƏdəbiyyatKlayv Sinkler İstinadlarKlayv Sinkler Xarici keçidlərKlayv Sinkler16 sentyabr1940202130 iyulBöyük LondonLondond:Q2500974İngilis dili

🔥 Trending searches on Wiki Azərbaycanca:

Meşəİrəvan xanlığı0Cümə məscidi (Ağdam)İslamda tanrının adlarıGünəş sistemiTürkiyəİnformasiya texnologiyalarıAvropaDurğu işarələriTəzyiqHadi RəcəbliKütlə vahidləriYerAzərbaycan əhalisiNanə AğamalıyevaZəncirotuBulud texnologiyalarıSəbinə Əliyeva26 aprelFərid ƏhmədovAy təqvimiMir Mövsüm AğaNovruz bayramıAnal dəlikZərf (qrammatika)Azərbaycan Memarlıq və İnşaat UniversitetiİslandiyaSüni intellektAğdam rayonuRöya AyxanMercedes-BenzTural Abbaslıİlk tibbi yardımDərman zəncirotuNazpəri DostəliyevaTovuz rayonuRövşən Nəcəfİnsanın tənəffüs sistemiAzərbaycan kinosuQadın reproduktiv sistemləriSinqapurMilli Məclis (Azərbaycan)Qoç (astrologiya)Biləsuvar rayonuFövqəladə Hallar Nazirliyi (Azərbaycan)Cənubi AzərbaycanQaraçöp eliAzərbaycan PrezidentiCavid QurbanovAzərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya AktıÇoxmənalı sözlərAytən SəfərovaMüstəqillik Günü (Azərbaycan)QİÇSQan qrupuQırğızıstanİnteqralRasim BalayevTaunNeftŞuşanın azad edilməsiMasturbasiyaAlov qüllələriAzərbaycan Quru Qoşunlarının hərbi nişanlarıƏli Nağıyev (general)DüzbucaqlıSiyavuş NovruzovQızılgülKriştiano RonaldoHəzm sistemiSahə (ölçü parametri)Azərbaycan Hərbi Hava QüvvələriMingəçevirSiçan (kompüter)Seks (dəqiqləşdirmə)Apple🡆 More