Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT; rus.

1992-ci ildə Müstəqil Dövlətlər Birliyinə üzv olan altı post-Sovet dövləti olan Rusiya, Ermənistan, Qazaxıstan, Qırğızıstan, TacikistanÖzbəkistan Kollektiv Təhlükəsizlik Müqaviləsi imzaladılar. Üç digər post-Sovet ölkəsi olan Azərbaycan, BelarusGürcüstan isə 1994-cü ildə bu müqaviləni imzaladı. Beş ildən sonra bu müqaviləni imzalamış doqquz dövlətdən altısı (Azərbaycan, Gürcüstan və Özbəkistan istisna olmaqla) müqavilənin müddətini daha beş il artırmaq barədə razılığa gəldi. 2002-ci ildə isə həmin altı ölkənin razılığı ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı adı altında hərbi ittifaq təşkil olundu. Özbəkistan 2006-cı ildə yenidən KTMT-yə üzv olsa da, 2012-ci ildə təşkilatı tərk etdi.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı
KTMT
Организация Договора о коллективной безопасности
Арганізацыя Дамовы аб калектыўнай бяспецы
Ұжымдық қауіпсіздік туралы шарт ұйымы
Жамааттык коопсуздук жөнүндө келишим уюму
Созмони Аҳдномаи амнияти дастаҷамъӣ
Loqonun şəkli
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı
Növü Hərbi ittifaq
Yaranma tarixi 15 may 1992
Rəsmi dili Rus dili
Mərkəzi Moskva, Rusiya
Sədr Ermənistan Nikol Paşinyan
Üzvləri Ermənistan Ermənistan
Belarus Belarus
Qazaxıstan Qazaxıstan
Qırğızıstan Qırğızıstan
Rusiya Rusiya
Tacikistan Tacikistan
odkb-csto.org
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yeni yaradılmış təşkilatın baş katibi vəzifəsinə Nikolay Bordyuja təyin olundu. 23 iyun 2006-cı ildə Özbəkistan KTMT-nin tam hüquqlu üzvü elan olundu və 28 mart 2008-ci ildə özbək parlamenti üzvlüklə bağlı qanunu ratifikasiya etdi. 2012-ci ildə isə Özbəkistan təşkilata üzvlükdən imtina etdi. KTMT BMT Baş Assambleyasında müşahidəçi təşkilat kimi qeydiyyatdan keçmişdir.

KTMT nizamnaməsinə əsasən bütün üzv ölkələr güc tətbiq etməkdən çəkinməyə səslənilir. Üzv ölkələr hər hansı başqa bir hərbi ittifaqa və ya ölkə qruplarına qoşula bilməz, həmçinin üzv ölkələrdən hansısa birinə qarşı təhlükə yaranacağı təqdirdə bu təşkilata üzv olan digər ölkələrə qarşı da aqresiya kimi qəbul edilir. Təşkilatdaxili əməkdaşlığı inkişaf etdirmək məqsədilə KTMT ölkələri hər il müntəzəm olaraq hərbi təlimlər təşkil edir. "Rubej 2008" adı altında Ermənistanda təşkil olunan hərbi təlimdə üzv ölkələrin hər birindən ümumilikdə 4000 nəfər iştirak etmişdir. Bu cür təlimlər zamanı üzv ölkələr arasında kollektiv təhlükəsizlik sahəsində əməkdaşlığı inkişaf etdirmək məqsədilə operativ, taktiki və strateji məşqlər təşkil olunur. Belə təlimlərdən ən genişmiqyaslısı isə 2011-ci ildə Mərkəzi Asiya və Cənubi Rusiyada təşkil olunmuşdur. Bu zaman ümumilikdə 10.000 nəfər hərbçi və 70 döyüş aviasiyası təlimlərə cəlb olunmuşdur. Rusiyanın təşkilatın digər üzvlərinə öz ərazilərində xarici dövlətlərə məxsus yeni hərbi bazaların yerləşdirilməsinə veto qoymaq hüququ var. Üçüncü ölkəyə məxsus hərbi bazaların hər hansı KTMT üzvü olan dövlətdə yerləşdirilməsi üçün mütləq təşkilatın qalan bütün üzvlərinin rəsmi şəkildə razılığı olmalıdır.

KTMT-də "rotasiya qaydasında sədrlik" sistemi fəaliyyət göstərir ki, bunun da nəticəsində təşkilata rəhbərlik edən ölkə hər il dəyişir.

Həmçinin bax

İstinadlar

Xarici keçidlər

Tags:

AzərbaycanBelarusErmənistanGürcüstanMüstəqil Dövlətlər BirliyiQazaxıstanQırğızıstanRus diliRusiyaTacikistanÖzbəkistan

🔥 Trending searches on Wiki Azərbaycanca:

XankəndiTəbiətTərəzi (astrologiya)Cəlil MəmmədquluzadəVulkanİnvestisiyaLerik rayonuYunanıstanArazNeft DaşlarıXəmsəEkoloji problemlərTəyinOxatan (astrologiya)Möminə Xatun türbəsiSadə cümlənin şəxsə görə növləriHüseyn ibn ƏliƏvəzlikBaykal–Amur magistralıYazSinqapurİnformasiyanın kodlaşdırılmasıRombOperativ yaddaş qurğusuHekayəRəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (Azərbaycan)Mikayıl MüşfiqMüxtəsər vurma düsturlarıÖlçü vahidləriPiramida (həndəsə)QızdırmaQəzetMenecmentAzərbaycan xalq musiqisiVitaminlərOkeanQırğızıstanNəqli cümləİqtisadiyyatDostluqİslamda tanrının adlarıAzərbaycan Ərəb xilafətinin tərkibindəBronxial astmaAzərbaycanın iqlimiAzərbaycan Beynəlxalq BankıAzərbaycan mətbəxiƏhməd CavadTürkiyəII MehmedASAN xidmətPaleolitKarles Puçdemon0VergülBermud üçbucağıYaponiyaHeydər Əliyev MərkəziİtaliyaAvropa ölkələrinin siyahısıSilindrNaxçıvanİnflyasiyaMürəkkəb cümləİnsanın tənəffüs sistemiYarasalarHindistanSultan Süleyman QanuniLeyli və Məcnun (Füzuli)AğdamAzərbaycanın sərhədləriAzərbaycan Dövlət Neft və Sənaye UniversitetiQızlıq pərdəsiUlduzİngilis diliZərflikMehriban Əliyeva🡆 More