Ho Yon Çon

Ho Yon Çon (kor.

"Vogue" jurnalı tərəfindən "Koreyanın növbəti top modeli" kimi adlandırılmışdır. "Koreyanın növbəti top modeli" şousunun 4-cü mövsümündə yarışmış və ikinci yeri tutmuşdur. Models.com saytı tərəfindən "Top-50" modeldən biri kimi seçilmişdir. The Society Management, Elite Model Management, Nomad Management, ESteem Models, Saram Entertainment agentlikləri ilə əməkdaşlıq edir.

Ho Yon Çon
kor. 정호연
Ho Yon Çon
Doğum tarixi 23 iyun 1994(1994-06-23) (29 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti model[d], televiziya aktrisası, aktrisa
esaram.co.kr/en/Junghoye…
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

2021-ci ilin oktyabrında Louis Vuitton brendinin qlobal səfiri seçilmişdir.

Şəxsi həyatı

Ho Yon Çon 23 iyun 1994-cü ildə Cənubi Koreyanın Seul şəhərində anadan olub. İki bacı-qardaşı var. Donduk Qadınlar Universitetindən məzun olmuşdur. 2016-cı ildən aktyor Li Don Hvi ilə münasibətdədir.

Karyerası

Çon karyerasının ilk dövrlərindəki qırmızı saçları və "ehtiraslı" şəxsiyyəti ilə tanınırdı. Modelliyə 16 yaşında başlamışdır. Seul Dəb Həftəsində agenti olmadan model kimi iştirak etmiş və ESteem Models ilə müqavilə imzalayana qədər özünü inkişaf etdirmişdir. "Koreyanın növbəti top modeli" şousuna qatılaraq 2-ci yeri tutmuşdur. Bu uğurundan sonra "Vogue Girl Korea", "Nylon Kore" və "ELLE Wedding" kimi jurnallarda görünmüşdür. Bundan əlavə, Şin Hyo-ci və Hvan Hyon-cu ilə birlikdə "First Look Korea" jurnalında yer almışdır.

2016-cı ildə Louis Vuitton brendi ilə beynəlxalq debütünü etmişdir. Həmin mövsüm Marc Jacobs, Fendi, Max Mara, Alberta Ferretti və Rag & Bone brendləri üçün podiuma çıxmışdır. Çon karyerası ərzində Jeremy Scott, Tory Burch, Topshop Unique, Lanvin, Dolce & Gabbana, Missoni, Bottega Veneta, Emilio Pucci, Chanel, Miu Miu, Giambattista Valli, Prabal Gurung, Jason Wu, H&M, Jacquemus, Burberry, Acne Studios, Roberto Cavalli, Diesel Black Gold, Versus (Versace), Narciso Rodriguez, Paco Rabanne, Schiaparelli, DSquared2, Blumarine, Dundas, Zadig & Voltaire, Tod's, Etro və Gabriela Hearst brendləri üçün modellik etmişdir.

Sephora, Chanel, Gap, Hermès və Louis Vuitton brendlərinin reklamlarında iştirak etmişdir. Louis Vuitton brendinin qlobal səfirini kimi brendin saatları və zinət əşyaları üçün də modellik edir.

Çon "Vogue Japan", "Vogue Korea", "W Korea" və "Harper's Bazaar Korea" dəb jurnallarının üzlüklərində görünmüşdür. Həmçinin "Vogue", "British Vogue", "Dazed", "Love", "CR Fashion Book", "Into the Gloss" jurnallarının baş məqalələrində yer almışdır.

2017-ci ildə Models.com saytı tərəfindən "Top yeni model" və "İlin modeli" nominasiyalarına seçilmişdir.

13 yanvar 2020-ci ildə Saram Entertainment ilə aktrisa kimi müqavilə imzalamışdır. 2021-ci ildə Netflix tərəfindən çəkilən "Kalmar oyunu" serialında əsas personajlardan birini canlandırmış və aktrisa kimi debüt etmişdir.

4 oktyabr 2021-ci ildə 13 milyon izləyici ilə Instagram-da ən çox izləyicisi olan koreyalı aktrisa olmuşdur.

Filmoqrafiya

Musiqi videoları

İl Mahnı adı Sənətçi Uzunluq İst.
2013 "Going Crazy" Li Hyori 3:44
2014 "Beat" 100% 3:50
"Move" Kim Yon-vu 4:09
2019 "The CHANEL Pharrell Collection" Farel Vilyams 3:20
2019 "Taste of Acid" Hot Potato 4:12

Televiziya

İl Adı Rol Şəbəkə İst.
2021 "Kalmar oyunu" Kang Sae-byeok Netflix

Qeydlər

İstinadlar

Xarici keçidlər

Tags:

Ho Yon Çon Şəxsi həyatıHo Yon Çon KaryerasıHo Yon Çon FilmoqrafiyaHo Yon Çon QeydlərHo Yon Çon İstinadlarHo Yon Çon Xarici keçidlərHo Yon Çon199423 iyunCənubi KoreyaKoreya diliVogue (jurnal)

🔥 Trending searches on Wiki Azərbaycanca:

SpirtlərKüləkÇaldıran döyüşüVulkanAzərbaycan faunasıXəzər dənizi adalarının siyahısıTaleh Qaraşovİslamda tanrının adlarıTriqonometriyanın əsas düsturlarıAzərbaycanın Milli QəhrəmanıƏdədi silsiləBibiheybət məscidiOperativ yaddaş qurğusuAzərbaycan Respublikasının KonstitusiyasıƏsas nitq hissələriAyRamil UsubovSovet Sosialist Respublikaları İttifaqıQaraciyərSürücülük vəsiqəsiVladimir PutinFunksiya (riyaziyyat)Heydərbəy dağıVəfa ŞərifovaİçərişəhərGünəşÇinİstanbulHeydər ƏliyevAtomMilli Müdafiə Universiteti (Azərbaycan)Təvəssül duasıAygün KazımovaKvadrat metrMəxmərəkAzərbaycan şirkətlərinin siyahısıAzərbaycan Beynəlxalq BankıİngiltərəVergülAvropa ölkələrinin siyahısıQoşma (qrammatika)Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya AktıBitkiAzərbaycan PrezidentiAzərbaycan Hərbi Hava QüvvələriQafqazƏmək və Əhalinin Sosial Müdafiəsi NazirliyiSilindrAzərbaycan Silahlı QüvvələriDünya okeanıOrucAzərbaycanın görkəmli şəxsiyyətləriBabəkDərinin xoşxassəli törəmələriAzərbaycanın ali təhsil müəssisələrinin siyahısıƏvəzlikBöyük Səlcuq imperiyasıAvtomobilin tarixiƏlifbaArximed qanunuİranXudayar YusifzadəNəsirəddin TusiSünnilikİsmayıllı rayonuZəngilan rayonuSeks (dəqiqləşdirmə)TəyəmmümƏlincə qalasıSual cümləsiAzərbaycanın iqtisadi rayonlarıAntonimGecə namazıZərflikI OrxanTəşəhhüdFüzuli rayonu🡆 More