Gəncə Qala Qapıları-Arxeologiya Və Etnoqrafiya Muzeyi Abidə Kompleksi: Abidə Kompleksi

Gəncə Qala Qapıları-Arxeologiya və Etnoqrafiya Muzeyi Abidə Kompleksi — Gəncə şəhərində yerləşən 2014-cü ildə istifadəyə verilmiş muzey kompleksi.

Gəncə Qala Qapıları-Arxeologiya və Etnoqrafiya Muzeyi Abidə Kompleksi
Gəncə Qala Qapıları-Arxeologiya Və Etnoqrafiya Muzeyi Abidə Kompleksi: Haqqında, Ekspozisiya, Həmçinin bax
Əsası qoyulub 2014-cü il
Mövzu Tarix, Etnoqrafiya, Arxeologiya
Ölkə
Yerləşir Azərbaycan Azərbaycan Gəncə
Ünvan Gəncə Qala Qapıları-Arxeologiya Və Etnoqrafiya Muzeyi Abidə Kompleksi: Haqqında, Ekspozisiya, Həmçinin bax Gəncə şəhəri, Bakı-Yevlax şossesi
Bilet 2 AZN
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Haqqında

Gəncə Qala Qapıları-Arxeologiya və Etnoqrafiya Muzeyi Abidə Kompleksinin inşasına 2012-ci ilin yanvarında başlanılmışdır. Kompleks 2014-cü ildə fəaliyyət göstərməyə başlayıb. Tarixi Gəncə qalasının beş qapısı olmuşdur. Yaradılmış abidə kompleksi şəhərin "Məqbərə qapısı" adlanan qapılarının bərpa olunan variantıdır. Gəncə-Bakı magistral yolunun hər iki tərəfində inşa edilən, ümumi uzunluğu 50 metr, bürclərinin hündürlüyü 22 metr olan qalanın əsas hissəsi beşmərtəbəli, baş sütun hissəsi ilə birlikdə yeddimərtəbəlidir. Qarşıda 75 metr hündürlüyündə dövlət bayrağı ucaldılmış, ətrafında park salınmışdır. Abidə kompleksinin sağ cinahında Gəncənin gerbi yaradılmışdır. Uzunluğu 62 metr olan yeraltı tunel hər iki qalanı birləşdirir. Bakıdan gələn yolun sağ cinahında xronoloji ardıcıllıqla İran-Turan müharibəsinin əks olunduğu pannolarda türk sərkərdəsi Əfrasiyabın fars hökmdarı Keyxosrovu məğlub etməsi və romalıların Gəncəyə hücumu, usta Bəndərin rəhbərliyi ilə gəncəlilərin xarəzmlərə, Cavad xanın isə ruslara qarşı mübarizə səhnələri, sol cinahda isə Nuru paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun Gəncəyə gəlişi, 1920-ci ilin mayında bolşevizmə qarşı tarixi Gəncə üsyanı və nəhayət, Heydər Əliyevin Gəncədə vətəndaş müharibəsinin qarşısını alması əks olunmuşdur. Qalanın sağ hissəsindəki papiruslardan birində Gəncənin Azərbaycan Xalq Cümhuriyyətinin ilk paytaxt şəhəri olması, digərində isə Milli Qurtuluş hərəkatının Gəncədən başlaması göstərilmişdir. Kompleksə xüsusi əzəmət verən dəmir darvazalar quraşdırılmışdır.

Ekspozisiya

  • I Qalanın ikinci mərtəbəsində yerləşən Hərb tarixi muzeyində hərbi sursatlar, döyüşdə istifadə olunan geyimlər, at və qoç fiqurlarından ibarət qəbirüstü abidələr, Gəncə xanlığının bayrağı sərgilənir.
  • I Qalanın üçüncü mərtəbəsində Etnoqrafiya muzeyi yerləşir. Burada Gəncədə inkişaf etmiş müxtəlif sənətkarlıq sahələri, o cümlədən misgərlik və dulusçuluğa aid eksponatlar sərgilənir.
  • II Qalanın ikinci mərtəbəsində yerləşən Arxeologiya muzeyində 120-dən artıq qiymətli arxeoloji eksponat sərgilənir. Burdakı eksponatlara nümunə olaraq saxsi qablar, nukleuslar, daşdan müxtəlif məişət, bəzək əşyaları, qara cilalı qablar, şamdanlar, çıraqlar, ətir qabları və məişədə istifadə olunan digər əşyaları gostərmək olar. Ekspozisiyanin zənginliyini daha da artıran Beyləqan və Sarıtəpə mədəniyyətinə aid möhür və kaşılar, XVIII əsrə aid kirəmit borulardır. Divarlarda Səfəvi bayraq ucluğunun rəsmi, Azərbaycan adının mənası, Odlar yurdunun rəmzi Yanar dağ, intibah mədəniyyəti və Brusseldəki "Kitabi Dədə Qorqud" abidəsi ilə bağlı anotasiyalar yerləşdirilib.
  • II Qalanın üçüncü mərtəbəsində yerləşən Gəncə-Qazax xalçaçılıq ekspozisiyasında xalçalarla yanaşı həm də cəhrə, toxuculuq məmulatları, heybələr, xurcunlar, fərməşlər sərgilənir.
  • II Qalanın dördüncü mərtəbəsində isə "Azərbaycanın milli geyimləri" sərgisi yerləşir. Burada Azərbaycanın müxtəlif regionlarına məxsus geyimlər və bəzək əşyaları nümayiş olunur.

Həmçinin bax

İstinadlar

Xarici keçidlər

Tags:

Gəncə Qala Qapıları-Arxeologiya Və Etnoqrafiya Muzeyi Abidə Kompleksi HaqqındaGəncə Qala Qapıları-Arxeologiya Və Etnoqrafiya Muzeyi Abidə Kompleksi EkspozisiyaGəncə Qala Qapıları-Arxeologiya Və Etnoqrafiya Muzeyi Abidə Kompleksi Həmçinin baxGəncə Qala Qapıları-Arxeologiya Və Etnoqrafiya Muzeyi Abidə Kompleksi İstinadlarGəncə Qala Qapıları-Arxeologiya Və Etnoqrafiya Muzeyi Abidə Kompleksi Xarici keçidlərGəncə Qala Qapıları-Arxeologiya Və Etnoqrafiya Muzeyi Abidə KompleksiGəncə

🔥 Trending searches on Wiki Azərbaycanca:

TerminologiyaDolça (astrologiya)Vulkan püskürməsiCümləNeftQızlıq pərdəsiSay (qrammatika)Kəlmeyi-şəhadətAzərbaycanda qeydiyyata alınmış dünya əhəmiyyətli memarlıq abidələrinin siyahısıAntonimBəngü-BadəGöyçə gölüƏliqismət LalayevPakistanŞəki xan sarayıŞəkilçiƏfşar imperiyasıQobustan Dövlət Tarixi-Bədii QoruğuReklamSuçiçəyiDəvəXərçəng xəstəliyiÇiçəkFacebookRombBəxtiyar VahabzadəZaman səyahətiTürkdilli dövlətlərQan damarlarıYeni Azərbaycan Partiyasıİnsan hüquqlarıSadır JaparovMəhəmməd HadiHüseyn CavidİqlimŞimali KoreyaMartQırğızıstan PrezidentiQuba xanlığıQəbələ rayonuHəzi AslanovTürkiyəNəriman AxundzadəUEFA Çempionlar LiqasıCəlil MəmmədquluzadəMeşəMetyu BrayzaTimsahlarÜzeyir HacıbəyovPatogenMenstruasiyaAzərbaycanın telefon kodlarıÇay (coğrafiya)TörəməİslamAzərbaycanda təhsilİsimZərflikÇoxmənalı sözlərAzərbaycanın Milli QəhrəmanıHeydər İlham oğlu ƏliyevCavanşir Məmmədov (general)KürPerimetrAzərbaycanda qeydiyyata alınmış dünya əhəmiyyətli arxeoloji abidələrin siyahısıQaraciyərAzərbaycan Quru QoşunlarıAzərbaycan ədəbiyyatıNəsli kəsilməkdə olan növlərAzərbaycanda prezident seçkiləri (2024)Qafqaz AlbaniyasıÜslubiyyat (Azərbaycan dili)İyunAzərbaycanlı-erməni qırğınları (1905-1906)Yüngül atletikaMenecmentƏhalisinə görə ölkələrin siyahısı🡆 More