Gəncə Qapıları

Gəncə qapıları — XI əsrin ortalarında Şəddadi hökmdarı Əbüləsvar Şavurun göstərişi ilə 1063-cü ildə Usta İbrahim Osmanoğlu tərəfindən hazırlanmışdır.

1139-cu ildə Gəncə zəlzələsi zamanı şəhərə qarət məqsədi ilə hücum etmiş gürcülər tərəfindən Gürcüstana aparılmış və hazırda bir tayı Gelati monastırında saxlanılır.

Gəncə qapıları
Gəncə Qapıları
Ölkə
Yerləşir Gürcüstan
Layihə müəllifi Usta İbrahim Osmanoğlu
Sifarişçi Əbüləsvar Şavur
Tikilmə tarixi 1063
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

IX-XI əsrlərdə Azərbaycan ərazisinə slavyanların, erməni-gürcü və onları himayə edən Bizans qüvvələrinin, XI əsrdə alanların (1032-1033, 1062) qarətçi yürüşlərinin intensiv xarakter alması həmin dövrdə Şəddadilər dövlətinin paytaxtı olan Gəncənin hərbi qüdrətinin və şəhərin müdafiəsinin gücləndirilməsini tarixi bir zərurətə çevirmişdir.

1063-cü ildə Şəddadi hökmdarı Əbüləsvar Şavurun göstərişi ilə Gəncəyə dəmirçi İbrahim Osmanoğlu tərəfindən qala qapıları hazırlanmışdır. Qalanın ətrafı su ilə doldurulmuş dərin xəndəklərlə əhatə olunmuşdur. Gəncə "İçəri şəhər", "Narınqala", "Bayır şəhər", "Şəhristan" və sənətkarlar məhəlləsi – "Rabad"-dan ibarət idi. Belə bölgü Şərqdə orta əsr şəhərləri üçün səciyyəvi hal idi. Gəncə qalası, yaxud iç qala üçün düzəldilmiş dəmir darvazanın üzəri döymə üsulu ilə naxış və ornamentlərlə bəzədilmişdir. Kufi xətti ilə işlənilmiş kitabədə darvazanın Şavurun əmri ilə hazırlanması, ustanın adı, düzəldilmə tarixi qeyd olunmuşdur. 1139-cu ildə Gəncə zəlzələsi zamanı şəhərə qarət məqsədi ilə hücum etmiş gürcü çarı I Demetre tərəfindən Gürcüstana Gelati monastırına aparılmışdır. Qala qapılarının bir tayı hazırda Gürcüstanın Kutaisi rayonunun Gelati monastırında IV Davidin qəbri qarşısındakı divara bərkidilib orada saxlanılır. Darvazanın salamat qalan tayının üzərində kufi xətlə, ərəb dilində bunlar yazılıb:

Gəncə Qapıları  Rəhmli və mərhəmətli Allahın Adı ilə! Həşəmətli Mövlamız və Əmrimiz Seyid Savur ibn Əl-Fəzl – Allah onun hökmranlığını uzun etsin – bizə bu qapını Qazi Əbül Fərəc Məhəmməd ibn Abdullanın inayəti ilə qurmağı əmr etdi – Allah ona da müvəffəqiyyət versin.Dəmirçi İbrahim ibn Osman Ənqaveyhin işi. Beşinci, əllinci, dörd yüzüncü il hicri. Gəncə Qapıları 

Darvazanın digər tayının aqibəti haqda isə Azərdaycan Sovet Ensiklopediyasının IV cildində belə məlumat verilir:

Gəncə Qapıları  XVIII əsrdə monastır təmir olunarkən, Gəncə darvazasının bir tayı dam örtüyünə istifadə olunmuşdur. Gəncə Qapıları 

Gelati monastrına gələnlərə guya Gürcü çarının Gəncəni döyüşlə tutduğu və darvazanın zəfər rəmzi kimi Gürcüstana gətirildiyi fikri aşılanır. Əslində isə gürcü çarı I Demetre 1139-cu il Gəncə zəlzələsi zamanı şəhərin müdafiəsiz olmasından istifadə edərək bura qarət məqsədi ilə hücum edib.

Müasirdə

Azərbaycan müstəqilliyini əldə etdikdən sonra dəfələrlə Gəncə qapılarının qaytarılması ilə bağlı müraciətlər etsə də Gürcüstan tərəfi buna razılıq verməyib. Sonradan tarixi darvazaların bir hissəsi tapılıb bərpa olunub. 1063-cü ildə şəhərin müxtəlif istiqamətlərindən girişinə qoyulan altı böyük darvazadan birini Gəncə Regional Elm Mərkəzi bərpa edib. Akademik Rafael Əhmədov 2000-ci ilə qədər qədim şəhər xarabalıqlarında apardığı arxeoloji qazıntılar zamanı Gəncə darvazalarının qalıqlarını tapıb. Sonralar Elm Mərkəzi bu qalıqları toplayıb və bərpa edib. Bu qapıların hündürlüyü 3 m 70 sm, eni isə 3 m 40 sm-dir. Darvazanın hissəsində 56 müxtəlif tökmə dəmir listlər var və onlar da bir-birinə çarmıxlarla möhkəm bağlanıb. Darvaza öz tarixi yerində Gəncə-Bakı-Gəncə yolunun şəhərə giriş istiqamətində quraşdırılıb.

Şəkillər

İstinadlar

Tags:

Gəncə Qapıları TarixiGəncə Qapıları MüasirdəGəncə Qapıları ŞəkillərGəncə Qapıları İstinadlarGəncə QapılarıGelati monastırıGəncə zəlzələsi (1139)XI əsrŞəddadilərƏbüləsvar Şavur

🔥 Trending searches on Wiki Azərbaycanca:

Zəfər Günü (Azərbaycan)Azərbaycanın inzibati bölgüsüBeynəlxalq təşkilatİlyas ƏfəndiyevİnvestisiyaGürcüstanVergiSinir sistemiƏdədi silsiləŞirvan (Azərbaycan)AyasofiyaÜrək (insan)DəstəmazElektrik müqavimətiQüvvə (fiziki kəmiyyət)Uran (planet)Zarina Qurbanova (aktrisa)İşıqAtəşgah (Bakı)GözKonstitusiyaDurğu işarələriXarıbülbül (simvol)Leyli və Məcnun (Füzuli)KolizeyXəmsəBabəkSintaktik əlaqələrBronxitXitabTəbii peykİnsan penisinin uzunluğuKəlmeyi-şəhadətŞirvanşahlar sarayıKoroğlu dastanıHekayəKarlo AnçelottiZəlzələI TəhmasibBronxial astmaFüzuli kantatasıUzunluq (fizika)Neftçilər metrostansiyasıBabasilSinonimKəmaləddin HeydərovMəhəmmədhüseyn ŞəhriyarRuhullah XomeyniFederasiyaTürkmənçay müqaviləsiAzərbaycanda təhsilÇay (coğrafiya)Nizami GəncəviGoranboyQarabağ atıƏtraf mühitQız qalasıİrəvanİsrafil Məmmədov (hərbçi)MübtədaAzərbaycan şirkətlərinin siyahısıİnteqrasiyaKəpəz dağıMədə xərçəngiQızıl yel xəstəliyiƏbdürrəhim bəy HaqverdiyevAprelSəməd VurğunÇəmbərəkənd parkıQafqaz AlbaniyasıAtropatenaLeksikaAğqoyunlularƏli Nağıyev (general)Savalan dağı🡆 More