Eynulla Əliyev

Eynulla Əliyev (tam adı: Əliyev Eynulla Dadaş oğlu; d.

1937, Bilgəh, Bakı, Azərbaycan SSR, SSRİ – ö. 2001, Özbəkistan) — Azərbaycan əsilli Özbəkistan rəssamıheykəltaraşı.

Eynulla Əliyev
Əliyev Eynulla Dadaş oğlu
Doğum tarixi
Doğum yeri Bilgəh, Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi
Vəfat yeri Özbəkistan
Vətəndaşlığı Özbəkistan Özbəkistan
Fəaliyyəti rəssam

Həyatı

Eynulla Əliyev 1937-ci ildə Azərbaycanın paytaxtı Bakı şəhərinin Bilgəh kəndində anadan olmuşdur.

Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbində oxumuş, xalq rəssamı Tokay Məmmədovun sinfində təhsil almışdır. Daha sonra Daşkəndə getmiş və ali təhsilini 1960-1966-cı illərdə A.N.Ostrovski adına Daşkənd Teatr İncəsənəti İnstitutunda almış, Heykəltaraşlıq fakültəsini bitirmişdir. Təyinatla Səmərqənd şəhərində işləməyə göndərilmiş, ömrünün sonunadək burada yaşamış və yaratmışdır.

2001-ci ildə Özbəkistan Respublikasında vəfat etmişdir.

Yaradıcılığı

Eynulla Əliyev Özbəkistanda keçirilmiş bir sıra sərgilərdə fəal iştirak emiş, 1968-ci ildə Özbəkistan Rəssamlar İttifaqının üzvü, 1969-cu ildə isə Özbəkistan Rəssamlar İttifaqının Səmərqənd filialının sədri seçilmiş və 1986-cı ilə qədər ona rəhbərlik etmişdir.

Heykəltaraş Eynulla Əliyev daş, mis, bürüncağacdan bir sıra unikal heykəllər yaratmışdır. Daşkənd metropoliteninin 2 stansiyasının, bir sıra dövlət ictimai və elmi müəssiələrində, Daşkənd, Səmərqənd, Buxara, Nukus və digər şəhərlərin mehmanxanalarının dekorativ tərtibatının işlənməsində iştirak etmişdir.

O, müəlliflər qrupunun tərkibində Daşkəndin Milli parkında ucaldılan görkəmli özbək şairi Əlişir Nəvainin abidəsinin hazırlanmasında fəal iştirakçı olmuşdur.

Onun yaradıcılıq işləri ABŞ, Finlandiya və bir sıra MDB ölkələrinin, həmçinin Özbəkistanın 20-dən çox sərgilərində nümayiş olunmuşdur.

27 sentyabr 2010-cu ildə Daşkənddə Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin binasının əsaslı təmir və bərpadan sonra açılışı zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistanın Baş naziri Şavkat Mirziyayev mədəniyyət mərkəzinin sərgi salonunda Eynulla Əliyevin əsərlərindən ibarət sərgiyə baxmışlar.

Mükafatları

  • Eynulla Əliyev  Həmzə adına Özbəkistan SSR Dövlət Mükafatı (1977).

Ailəsi

Eynulla Əliyev Azadə Əliyeva ilə evli olmuşdur. Onların qızı Yaqut Əliyeva da hazırda atasının işini davam etdirir.

Həmçinin bax

İstinadlar

Tags:

Eynulla Əliyev HəyatıEynulla Əliyev YaradıcılığıEynulla Əliyev MükafatlarıEynulla Əliyev AiləsiEynulla Əliyev Həmçinin baxEynulla Əliyev İstinadlarEynulla Əliyev19372001AzərbaycanAzərbaycan SSRBakıBilgəhHeykəltaraşRəssamSSRİÖzbəkistan

🔥 Trending searches on Wiki Azərbaycanca:

İtQulaqdibi xəstəliyiPiramida (həndəsə)Birləşmiş Millətlər TəşkilatıSöz birləşməsiFövqəladə Hallar Nazirliyi (Azərbaycan)Tovuz rayonuBronxial astmaTəbii zonalarAzərbaycan Dövlət İqtisad UniversitetiVyetnamYasəmənİnsan penisiKomedixanaŞamaxıDövlət büdcəsiMəsdərArif HeydərovEmin ƏmrullayevAsiya ölkələrinin siyahısıEnerjiSahələrinə görə ölkələrin və ərazilərin siyahısıAzərbaycan xanlıqlarıƏkinçi (qəzet)Arif PaşayevMetaforÇaldıran döyüşüQitəQrafik redaktorlarSpirtlərSürünənlərAzərbaycan bayrağıTürk xalqlarıQızdırmaAzərbaycanın iqlimiHicri təqvimSözün həqiqi mənasıQuba xanlığıQazaxıstanAzərbaycan Respublikasının KonstitusiyasıAnar ƏləkbərovZülallarQaraciyərDaş dövrüAzərbaycan tarixiQaraqoyunlularUzunluq (fizika)MeşəElektrik cərəyanıAmerika Birləşmiş Ştatları prezidentlərinin siyahısıCərəyan şiddətiABŞ-nin ştatlarıRomaSəbinə ƏliyevaRus əlifbasıİnformasiya prosesləriAzərbaycanda yayılmış balıqların siyahısıQastritQarabağda döyüşlər (2023)Cəlilabad rayonuMəhəmməd peyğəmbərin evlilikləriKvadrat metrAzərbaycan diliSaitBermud üçbucağıKəmaləddin HeydərovƏli NurQədim MisirSinir sistemiMilli Təhlükəsizlik Nazirliyi (Azərbaycan)Cənubi KoreyaAlbaniyaAllergiyaAzərbaycan qəzetlərinin siyahısıQərbi AvropaQoç (astrologiya)Fransa🡆 More