Elşən Həmidov

Elşən Məzahir oğlu Həmidov (28 avqust 1979; Füzuli rayonu, Azərbaycan SSR — 8 noyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — sürücü vəzifəsində çalışan Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.

Elşən Həmidov
Elşən Həmidov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Əhmədalılar, Füzuli, AzSSR
Vəfat tarixi (41 yaşında)
Vəfat yeri Xocavənd rayonu, Azərbaycan
Dəfn yeri Əhmədalılar, Füzuli, Azərbaycan
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 2020
Rütbəsi Əsgər (ehtiyatda)
Döyüşlər İkinci Qarabağ müharibəsi
 • Cəbrayılın azad edilməsi
 • Füzulinin azad edilməsi
 • Qubadlının azad edilməsi
 • Hadrutun azad edilməsi
Təltifləri Elşən HəmidovElşən Həmidov

Həyatı

Elşən Həmidov 1979-cu il avqustun 28-də Füzuli rayonunun Əhmədalılar kəndində anadan olub. Ailəli idi. Üç övladı yadigar qaldı.

Hərbi xidməti

Elşən Həmidov bir müddət Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyində (ANAMA) çalışıb. 2020-ci il avqustun 15-dən isə Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində sürücü vəzifəsində çalışırdı.

Azərbaycan Ordusunun ehtiyatda olan əsgəri Elşən Həmidov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayıl, Füzuli, QubadlıXocavənd istiqamətlərində gedən döyüşlər zamanı Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularını daşıyan hərbi təyinatlı avtomobillərin sürücüsü olub. Elşən Həmidov noyabrın 8-də Xocavənd rayonu ərazisində şəhid olub. Füzuli rayonunun Əhmədalılar kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elşən Həmidov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Elşən Həmidov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Təltifləri

İstinadlar

Tags:

Elşən Həmidov HəyatıElşən Həmidov Hərbi xidmətiElşən Həmidov TəltifləriElşən Həmidov İstinadlarElşən Həmidov1979202028 avqust8 noyabrAzərbaycanAzərbaycan Silahlı QüvvələriAzərbaycan Sovet Sosialist RespublikasıFüzuli rayonuXocavənd rayonuİkinci Qarabağ müharibəsi

🔥 Trending searches on Wiki Azərbaycanca:

Simli musiqi alətləriAzərbaycan bayrağıBaronçi altarıQafqaz AlbaniyasıMia XalifaSilindrHindistanCümləHeydər Əliyevin ölümü və dəfniMenecmentAzərbaycanda Stalin repressiyalarıİsveçAyıAzərbaycan-İsveçrə futbol matçlarının siyahısıOğlaq (astrologiya)Övrə xəstəliyiHacı Şahinİslamın beş şərtiAzərbaycan Respublikasının Dövlət SərhədiDeşa PolankoOral seksQarabağOxatan (astrologiya)The SmithsXəmsəMolla Nəsrəddin (jurnal)Bəxtiyar VahabzadəMuxtar QasımlıLənkəranMəhəmmədŞəddadilərSinonimİngiltərə tarixiÇingiz MustafayevQulançarXocalı rayonuXətti tənliklər sistemiAzərbaycan Dövlət İqtisad UniversitetiŞahrudin MəhəmmədəliyevDüzbucaqlıAzərbaycan Xalq CümhuriyyətiTərtər rayonuSovet Sosialist Respublikaları İttifaqıMübariz TağıyevQaraqoyunlularTəcavüzCəlil MəmmədquluzadəOkeanMədə xərçəngiTünzalə ƏliyevaİnternetGərginlik (elektrik)GürcüstanAlma (meyvə)Nəriman NərimanovSinqapurQubernatorAzərbaycan RadiosuİspaniyaRoza ZərgərliNamiq QaraçuxurluKonusCəbəllüttariqAzərbaycan meşələriAzərbaycan teatrıAzərbaycanın quşlarıAzərbaycan əlifbasıİkinci Qarabağ müharibəsi şəhidlərinin siyahısıƏli XameneiVəftizYəhudilərSəməd VurğunBiomolekullarRamil SəfərovDiktorTəbii fəlakətLaçın rayonu🡆 More