Eddi İsrafilov

Eddi İsrafilov (2 avqust 1992) — azərbaycanlı futbolçu.

Hal-hazırda Azərbaycan Premyer Liqasında çıxış edən Neftçi klubuna məxsusdur. 2015-ci ilin yanvarında Azərbaycan millisində çıxış etməyə razılıq verib.

Eddi İsrafilov
isp. Eddy Silvestre
Eddi İsrafilov
Ümumi məlumatlar
Tam adı Eddi Silvestr Paskual İsrafilov
Doğum tarixi (31 yaş)
Doğum yeri Roketas de Mar, İspaniya
Vətəndaşlığı Eddi İsrafilov Azərbaycan
Eddi İsrafilov İspaniya
Boyu 1.91 m
Çəkisi 75 kq
Mövqeyi Hücumameyilli yarımmüdafiəçi
Klub haqqında məlumat
Klub AzərbaycanNeftçi
Nömrəsi 14
Karyerası
Gənclik karyerası
2005–2007 İtaliyaMilan
2007–2008 İspaniyaLa Mojonera
2008–2010 İspaniyaPolideportivo Ejido
2010–2011 İspaniyaReal Mursiya
Klub karyerası
2011– İspaniyaReal Mursiya 52 (2)
2011–2016 İspaniyaReal Mursiya İmperial 52 (2)
2014–  İspaniyaQranada (icarə) 5 (0)
2015–  İspaniyaSD Eibar (icarə) 6 (0)
2016–  İspaniyaKordova FK (icarə) 14 (0)
2016–2017 İspaniyaKadis FK 20 (1)
2017–2018 İspaniyaGimnastik Tarraqona FK 11 (0)
2018–2019 İspaniyaAlkorkon FK 30 (1)
2019–2021 İspaniyaAlbasete FK 63 (3)
2022– AzərbaycanNeftçi 8 (2)
Milli yığma
2015–h.h. Azərbaycan Azərbaycan 13 (0)

Həyatı

Eddi İsrafilov 2 avqust 1992-ci ildə İspaniyanın Almeriya bölgəsində Roketas de Marda anadan olmuşdur. Onun atası anqolalıdır, anası İradə İsrafilova isə azərbaycanlıdır. Atası Bakıda ali təhsil alan zaman anası ilə tanış olub. Eddi rus, ingilis və ispan dillərində danışsa da, Azərbaycan dilini bilmir.

Klub karyerası

Eddi 2005-ci ildə 13 yaşında Milanın Futbol Akademiyasına qoşuldu, ancaq iki il sonra "La Moyenera" klubuna keçdi. 2010-cu ilin yayında Eddi "Real Mursiya" komandasına qoşuldu.

Eddi komandada debütünü 8 may 2011-ci ildə etdi. O, Sequnda Divizya B-də ev oyununda meydana çıxdı, bu oyunda Eddinin komandası 2-1 hesabı ilə qalib gəldi. O Terkera Diviziyasında Real Mursiya İmperial komandası ilə bir neçə il keçirdi.

25 avqust 2012-ci ildə Eddi ilk dəfə rəsmi oyunda meydana çıxdı. "Sportinq de Qiyon" klubuna qarşı 3-2 hesabı ilə qalib gəldikləri oyunda Eddi əvəzetmədən meydana daxil oldu. 26 yanvar 2014-cü ildə o ilk qolunu vurdu. "RCD Malyorka" ilə ev oyununda fərqlənərək hesabı 2-2 etdi.

1 sentyabr 2014-cü ildə Eddi La Liqada mübarizə aparan "Qranada" klubuna icarəyə verildi. O ilk debütünü 20 sentyabrda Atletik Bilbao ilə oyunda etdi. Oyunun 62-ci dəqiqəsində Ruben Roşinanı əvəz edərək meydana daxil oldu.

Eddi İsrafilov 5 yanvar 2022-ci ildən etibarən Neftçi klubunun şərəfini qoruyur. O, Neftçinin heyətində ilk rəsmi matçını 1 fevral 2022 ci ildə Azərbaycan Kubokunda Sabah klubuna qarşı keçirib. İlk dəfə isə 18 mart 2022-ci il tarixində Neftçinin 85-ci yubileyində Qəbələyə qarşı Azərbaycan Premyer Liqasında keçirilən matçda fərqlənib. O ilk qolunu matçın 7-ci dəqiqəsində vurub.Bu qol həmin matçda onun vurduğu tək qol deyil. O həmçinin matçın 90+4-cü dəqiqəsində də fərqlənməyi bacarıb. Beləliklə, həmin matçda Eddi yalnız Neftçidə ilk qolunu vurmayıb, həm də dubl edib.

Klub statistikası

Son yeniləmə:8 yanvar 2015
Mənbə:

Klub çıxışı Liqa Kubok Qitə Başqa Cəmi
Mövsüm Klub Liqa Oyun Qollar Oyun Qollar Oyun Qollar Oyun Qollar Oyun Qollar
İspaniya Liqa Kopa del Rey Avropa Başqa Cəmi
2010–11 Real Mursiya Sequnda Diviziya B 1 0 1 0
2011–12 Mursiya İmperiyal Terkera Diviziyası 23 0 23 0
2012–13 Real Murcia Sequnda Diviziyası 16 0 1 0 17 0
2013–14 35 2 1 0 2 0 38 0
2014–15 Qranada La Liqa 4 0 3 0 7 0
Cəmi İspaniya 79 2 5 0 0 0 2 0 86 2
Karyera cəmi 79 2 5 0 0 0 2 0 86 2

Milli komanda karyerası

Eddinin atası Dominqo Paskual Anqolanın paytaxtı Luandada anadan olub. Anası İradə İsrafilova isə Bakıda anadan olub. Qaydalara əsasən, o hər iki ölkənin milli komandasında, həmçinin İspaniya millisinin heyətində çıxış edə bilərdi.

2013-cü ildə Eddi Qətər millisi ilə yoldaşlıq oyunu üçün Azərbaycan milli komandasının heyətinə çağırıldı. Lakin, o, klub öhdəliklərini əsas gətirərək təklifdən imtina etdi.

2015-ci ilin yanvarında Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki Eddinin milli komandanın heyətində çıxış etməyə razı olduğunu bildirdi.

Milli komanda statistikası

Eddi İsrafilov  Azərbaycan milli futbol komandası
İl Yoldaşlıq Dünya K. Dünya K. s/m Avropa K. Avropa K. s/m Başqa Cəmi
Oyun Qol Oyun Qol Oyun Qol Oyun Qol Oyun Qol Oyun Qol Oyun Qol
2015 0 0 0 0 0 0 0 0 1 0 0 0 0 0
Cəmi 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0

İstinadlar

Xarici keçidlər

Tags:

Eddi İsrafilov HəyatıEddi İsrafilov Klub karyerasıEddi İsrafilov Klub statistikasıEddi İsrafilov Milli komanda karyerasıEddi İsrafilov İstinadlarEddi İsrafilov Xarici keçidlərEddi İsrafilov19922 avqustAzərbaycan Premyer LiqasıAzərbaycan milli futbol komandasıAzərbaycanlıNeftçi PFK

🔥 Trending searches on Wiki Azərbaycanca:

İqlim dəyişikliyiSumqayıtŞəmkir rayonuƏdəbiyyatGöyçə mahalıBakıda yerləşən abidələrin siyahısıİmadəddin NəsimiFikrət ƏmirovƏli XameneiİnformatikaLatın diliXristianlıqƏdədi silsiləMultikulturalizmArif HeydərovƏvəzlikHeydər ƏliyevƏrəb xilafətiZərflikŞamaxıXəttatKerri KavanoUnitar dövlətHeyvanlarMusiqiZakir Həsənovİnformasiya texnologiyalarıCəmiyyətŞəki xan sarayıLeyli və Məcnun (Füzuli)Ümumi Daxili Məhsulİkinci Qarabağ müharibəsiAzərbaycan tarixiİsimGürcüstanAna səhifəNamazÖmər ibn XəttabQərbi AvropaNazirlər Kabineti (Naxçıvan)QaraqoyunlularAzərbaycan mətbəxiAzərbaycanın Milli Qəhrəmanlarının siyahısıMonarxiyaSaatlı rayonuCəbrayıl rayonuFunksiya (riyaziyyat)Dövlət idarəetmə formalarıMəxmərəkBitkiVenera (planet)İslamHikmət HacıyevƏshabi-Kəhf (mağara)VikipediyaQüvvə (fiziki kəmiyyət)AtomZürafəHadi RəcəbliAytən SəfərovaAzərbaycanın ali təhsil müəssisələrinin siyahısıÇinŞiəlikÇingiz AytmatovCavanşirBirləşmiş Millətlər TəşkilatıNidaİyulAzərbaycan himniLatın ifadələriFonetikaİnsanPulEpilepsiyaElçin HüseynbəyliHepatit BBaku Electronics🡆 More