Dmitri Bubrix: Rusiya linqvisti

Dmitri Vladimiroviç Bubrix (rus.

Dmitri Bubrix
Dmitri Bubrix: Həyatı, İrsi, Elmə töhfəsi
Doğum tarixi 25 iyul 1890(1890-07-25)
Doğum yeri
Vəfat tarixi 30 noyabr 1949(1949-11-30) (59 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Serafimovskoye qəbiristanlığı[d]
Elm sahəsi dilçilik
Elmi dərəcəsi
İş yeri
Təhsili
Elmi rəhbəri Aleksey Şahmatov
Üzvlüyü
Mükafatları Dmitri Bubrix: Həyatı, İrsi, Elmə töhfəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Dmitri Bubrix 25 iyul 1890-cı ildə Sankt-Peterburqda orta məktəblərin rus dili və ədəbiyyatı müəllimi Vladimir Fedoroviç Bubrixin ailəsində anadan olub.

1909-cu ildə Riqada Nikolayev adına gimnaziyanı qızıl medalla bitirib və Sankt-Peterburq İmperator Universitetinin tarix-filologiya fakültəsinin slavyan-rus bölməsinə daxil olub. Dmitri Bubrix 1913-cü ildə orda təhsilini 1-ci dərəcəli diplomla başa vurub.

1911-ci ildə tələbə iğtişaşlarında iştirak etdiyinə görə həbs edilərək Sankt-Peterburqdan sürgün olunub. Slavyanşünas kimi ixtisaslaşıb. (A. Aleksey Şahmatovun rəhbərliyi altında). 1920-ci illərin əvvəllərində A.A.Şahmatovun məsləhəti ilə Fin-uqor dillərini öyrənməyə başladı.

1917-ci ildən sonra Moskva və Petroqrad universitetlərində dərs deyib. 1922-ci ildən doğma olan Petroqrad Dövlət Universitetində dərs deyirdi. 1925-ci ildən ölümünə qədər Leninqrad Dövlət Universitetinin Fin-uqorşünaslıq kafedrasının müdiri olub. Moskva Dövlət Universitetinin Etnologiya fakültəsinin uqor-fin dilləri kafedrasının professoru (1927-1929) kimi də fəaliyyət göstərib..

1934-1949-cu illərdə İ.İ.Marr adına Dil və Təfəkkür İnstitutunda fin-uqorşünaslıq sektoruna rəhbərlik edib. Burda 1937-ci ildə filologiya elmləri doktoru dissertasiyasını müdafiə edərək, elmlər doktoru dərəcəsini alıb.

1932-1933-cü illərdə SSRİ Xalq Daxili İşlər Komissarlığı D.V.Bubrixin “fin millətçisi” kimi həbsinə hazırlıq görürdü. Lakin naməlum səbəblərdən qərar ləğv edildi.

1937-ci ildən - Petrozavodskda Kareliya Dövlət Pedaqoji İnstitutunun Karel dili və Kareliya ədəbiyyatı kafedrasının yarımştat müdiri kimi çalışıb.

1938-ci ilin fevralında o, bir çox fin-uqor alimləri kimi “antisovet millətçi fəaliyyətinə” görə həbs olundu. Lakin növbəti il ​​bəraət qazandı və sərbəst buraxıldı.

Böyük Vətən müharibəsi illərində Sıktıvkarda evakuasiyada Karel-Fin Dövlət Universitetində işləyib.

1947-1949-cu illərdə - Petrozavodskda Kareliya-Fin Tarix, Dil və Ədəbiyyat İnstitutunun direktoru olub. D.V.Bubrixin elmi və yaradıcılıq fəaliyyəti davamlı olaraq iki şəhərdə - Leninqradda və Petrozavodskda davam edirdi. O hər iki şəhədə eyni zamanda işləri uğurla birləşdirirdi.

1948-1949-cu illərdə kosmopolitizmlə mübarizə kampaniyası başlayanda D.V.Bubric F.P.Filinin başçılıq etdiyi marristlər tərəfindən və onun bəzi keçmiş tələbələrinin, o cümlədən V.İ.Alatıryevin iştirakı ilə yenidən “burjua təsiri” ilə bağlı ideoloji ittihamlara məruz qaldı.

Dmitri Vladimiroviç Bubrix 1949-cu il noyabrın 30-da 59 yaşında Leninqrad Dövlət Universitetində iş yerində mari dilindən mühazirə zamanı ağır ürək tutmasından qəflətən vəfat etdi.

Dmitri Bubrix Sankt-Peterburqda Serafimovski qəbiristanlığında dəfn edilib (16-cı sahə).

İrsi

Dmitri Bubrix: Həyatı, İrsi, Elmə töhfəsi 
Sankt-Peterburqdakı Serafimovski qəbiristanlığında D.V.Bubrixin məzarı

Dmitri Vladimiroviç Bubrixin ənənələrini sonralar onun tələbələrindən biri - 1957-1991-ci illərdə Leninqrad Dövlət Universitetinin fin-uqor filologiyası kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Zinaida Mixaylovna Dubrovina davam etdirib. Sonralar Sankt-Peterburq Dövlət Universitetinin Fin-uqor filologiyası kafedrasına Leonid İvanoviç Suvijenko (1991-2007-ci illərdə) və Natalya Nikolayevna Kolpakova (2007-2020-ci illərdə) rəhbərlik ediblər. 1925-ci ildə Dmitri Vladimiroviç Bubrix tərəfindən əsası qoyulan Leninqrad (indiki Sankt-Peterburq) Dövlət Universitetinin Fin-uqor filologiyası kafedrası fin-uqor filologiyası sahəsində SSRİ-də, sonra isə Rusiyada aparıcı “beyin mərkəzlərindən” birinə çevrildi. 1945–1946-cı illərdə Leninqrad Dövlət Universitetində D.V.Bubrixin rəhbərlik etdiyi kafedrada “Macar dili və ədəbiyyatı” və “Fin dili və ədəbiyyatı” ixtisasları üzrə mütəxəssislərin hazırlanmasına başlanılıb. Bu müddət ərzində Sankt-Peterburq Dövlət Universitetinin Fin-uqor filologiyası kafedrası macar və fin dilləri üzrə xeyli sayda mütəxəssis hazırlanıb və məzun olub. 2001-ci ildən kafedra həm də macar və fin bölmələrinin tələbələri üçün xüsusi kurs kimi eston dilini tədris edir. 2007-ci ildən isə kafedranın üçüncü ixtisası olan “Eston dili və ədəbiyyatı” üzrə tədris aparılır.

Sankt-Peterburq Dövlət Universitetinin Fin-Uqor filologiyası kafedrasının professor-müəllim heyəti macar, fin və eston dilləri üzrə yüksək ixtisaslı mütəxəssislərdir. Onların bu dillərin tədrisindəki nailiyyətləri Macarıstan, FinlandiyaEstoniya tərəfindən dövlət səviyyəsində dəfələrlə qeyd olunub.

Elmə töhfəsi

İlk əsərlər rus ləhcələrinin təsviri, slavyan dillərinin tarixi fonetikası və Hind-Avropa aksentologiyası, o cümlədən Fransız linqvisti Antuan Meyenin həvəslə qiymətləndirildiyi “Şimali Kaşubyan Vurğu Sistemi” (1924) kitabı dissertasiya kimi müdafiə edilib. N.S.Trubetskoy yazırdı ki, bu tədqiqat "Bubrixin nəzəriyyəsinin rədd edilməsinə baxmayaraq, şübhəsiz və aydın dahi əlamətlərinə malikdir". 1920-ci illərin ortalarından. tamamilə fin-uqor dillərinin tədqiqatı sahəsinə keçdi. O, demək olar ki, hər iki dildə sərbəst danışırdı. Kareliya, Mordoviya və digər fin-uqor dilli bölgələrə bir sıra ekspedisiyalar təşkil etdi. Həmçinin Rusiyada fin-uqorşünaslıq kafedralarının yaradılması və bu dillərdə ana dili olanlar arasından mütəxəssislərin hazırlanması üçün çox böyük işlər gördü. Karel, Vepslərin, İzhor, Mordvaların, Udmurtların, Marilərin, XantılarınMansilərin əlifbasının və yazı sisteminin yaradılmasında iştirak edib.

Bu dövrdə o, kareliya, erzya-mordoviya və komi dillərinin qrammatikalarını, fin, udmurt, komi və digər fin-uqor dillərinin tarixi fonetikası və morfologiyası üzrə tədqiqatlar, həmçinin kalevala yazıldığı dilin mənşəyi ilə bağlı əsərlər yazıb.

Fin-uqor dillərinin qohumluğu mövzusunu əhatə edən Dmitri Vladimiroviç Bubrix onların qohumluğunun ilkin komponenti kimi ərazi faktorlarına diqqət yetirir.

Mükafatları

Əsas əsərləri

İstinadlar

Ədəbiyyat

  • Дмитрий Владимирович Бубрих (1890—1949) // Известия Карело-Финского филиала Академии наук СССР. № 3. с. 89-91. 1949.
  • Хямяляйнен М. М. Дмитрий Владимирович Бубрих // Труды Карельского филиала Академии наук СССР. Вып. 23. Прибалтийско-финское языкознание. Петрозаводск, 1961. С. 3-9.
  • Дубровина З. М. Д. В. Бубрих как исследователь финно-угорских языков (К 70-летию со дня рождения) // Учёные записки ЛГУ. Сер. филологических наук. 1962. Вып. 63;
  • Керт Г. М.. Дмитрий Владимирович Бубрих (1890—1949): Очерк жизни и деятельности. — Л., 1975. — 122 с.
  • К 100-летию со дня рождения Д. В. Бубриха: сборник статей. — СПб.: Наука, 1992. — 128 с.: ил.
  • Карелия: энциклопедия: в 3 т. / гл. ред. А. Ф. Титов. Т. 1: А — Й. — Петрозаводск: ИД «ПетроПресс», 2007. С. 182—400 с.: ил., карт. ISBN 978-5-8430-0123-0 (т. 1)

Xarici keçidlər

Tags:

Dmitri Bubrix HəyatıDmitri Bubrix İrsiDmitri Bubrix Elmə töhfəsiDmitri Bubrix MükafatlarıDmitri Bubrix Əsas əsərləriDmitri Bubrix İstinadlarDmitri Bubrix ƏdəbiyyatDmitri Bubrix Xarici keçidlərDmitri Bubrix1890194925 iyul30 noyabrProfessorRus diliSSRİ Elmlər AkademiyasıSankt-PeterburqSankt-Peterburq Dövlət Universiteti

🔥 Trending searches on Wiki Azərbaycanca:

YazıBağayarpağıKimyəvi reaksiyaNəriman Nərimanov metrostansiyasıBeyləqan rayonuNapoleon BonapartManipulyasiyaAzərbaycan Dövlət İqtisad UniversitetiManaf AğayevRövşən AbdullaoğluAzərbaycanda təhsilŞuşaSərt diskSübh namazıCəmşid Naxçıvanski adına hərbi liseySinqapurHəzm sistemiUnitar dövlətQubaLotu BəxtiyarDinSultan Süleyman QanuniTürk xalqlarıÜnsiyyətBağlayıcıNidaRamil UsubovGübrəBronxial astmaLaləİnformasiya texnologiyalarıZakir HəsənovGöygöl (göl)Kompüter oyunuPrizmaBakcellNitq hissəsiQədim YunanıstanTalassemiyaKriştiano RonaldoAzərbaycan bayrağıAzərbaycanın Milli QəhrəmanıŞəki xan sarayıZəncirotuQədim Yunanıstan mədəniyyətiİspaniyaAzərbaycan Silahlı QüvvələriHacı Zeynalabdin TağıyevTorpaqUzunluq (fizika)Üzeyir HacıbəyovŞuşanın azad edilməsiŞahrudin MəhəmmədəliyevMakedoniyalı İsgəndərHacı NuranDağlıq QarabağADA UniversitetiNovruz bayramıYüzillik müharibəQoç (astrologiya)Ramiz ZeynalovZülallarAğadadaş AğayevNərgiz PaşayevaTriqonometriyanın əsas düsturlarıYeni Azərbaycan PartiyasıBronxitİsmin hallanmasıNizami metrostansiyasıAnoreksiyaKompüter şəbəkəsiRiyaziyyatQızlıq pərdəsiHidrogenDaxili İşlər Nazirliyi (Azərbaycan)İtDünya ölkələrinin pul vahidləri🡆 More