Daimi yaddaş (ROM) - enerjidən asılı olmayan yaddaş.
Daxili və ya əsas yaddaşın bir hissəsidir. Daimi yaddaşın tutumu əməli yaddaşa nisbətən az olur və istifadəçilər oraya informasiya yaza bilmir. İnformasiya oraya kompüterin hazırlanması zamanı yazılır və adi hallarda dəyişdirilə bilməz. Orada tez-tez istifadə olunan proqramlar və verilənlər saxlanılır (məsələn, əməliyyat sisteminin bəzi proqramları, kompüterin düzgün işləməsini yoxlayan proqramlar və s.). Daimi yaddaş enerjidən asılı olmur, yəni kompüter şəbəkədən çıxarıldıqda oradakı informasiya saxlanılır.
ROM – daimi yaddaşda yerləşir. ROM çipləri xüsusi əmrlər saxlayır, bu əmrlər birlikdə yerinə yetirilir.
ROM-un daxilində olan əmrlər bunlardır:
Kompüter açılarkən mərkəzi prosessor BIOS-a müraciət edir, POST test aparılır, BIOS sistem qurğularını yoxlayır. Test qurtardıqdan sonra prosessor başlayır disklərdə əməliyyat sisteminin yüklənməsi üçün faylları axtarmağa. Kompüter yüklənmə fayllarını tapan kimi əməliyyat sistemi qoşulur və kompüterin üzərində nəzarət tamamilə əməliyyat sisteminə keçir.
Hər növün özünəməxsus xarakteristikaları vardır, və siz xarakteristikalar haqqında məlumatları bu məqalədə oxuya bilərsiniz. Ümumiyyətlə, bütün növ ROM-lara məxsus olan 2 anlayış vardır:
Yəni bu anlayışlar təsdiq edir ki, ROM enerjidən asılı deyil və oradakı məlumatlar elektrik enerjisinin kəsilməsi zamanı silinmir və ya itmir. RAM ilə oxşar olaraq ROM da sətir və sütunlardan təşkil olunan tordan ibarətdir. Lakin sətir və sütunların kəsişdiyi yerdə ROM və RAM çipləri bir-birindən tamamilə fərqlənir. RAM hər bir keçiddə kondensatora girişi yandırıb/söndürmək üçün (turn on/off) tranzistorlardan istifadə edir, lakin ROM- dəyərin “1”-ə bərabər olduğu qiymətində xətləri(lines) diodlardan istifadə edərək əlaqələndirir. Dəyər “0”-a bərabər olduğu halda xətlər(lines) arasında əlaqə yaranmır.
This article uses material from the Wikipedia Azərbaycanca article Daimi yaddaş qurğusu, which is released under the Creative Commons Attribution-ShareAlike 3.0 license ("CC BY-SA 3.0"); additional terms may apply (view authors). Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır. Images, videos and audio are available under their respective licenses.
®Wikipedia is a registered trademark of the Wiki Foundation, Inc. Wiki Azərbaycanca (DUHOCTRUNGQUOC.VN) is an independent company and has no affiliation with Wiki Foundation.