Bakı Xalçaları

Bakı xalçaları — Abşeron xalçaçılıq məktəbinin Bakı qrupuna daxil olan xovlu xalçalar.

Xalça
Bakı
Bakı XalçalarıBakı XalçalarıBakı XalçalarıBakı Xalçaları
Bakı xalçaları
Bakı xalçaları
Xalça haqqında məlumatlar
Tam adı Bakı xalçaları
Digər adı Qobustan
Məktəbi Abşeron xalçaçılıq məktəbi
Növü Xovlu xalça
Ölkə Azərbaycan

Ümumi məlumat

Ta qədimdə Bakının qədimdən "İçərişəhər" hissəsində zərif və yüksək keyfiyyətli xalçalar istehsal olunurdu. XVIII əsrdə toxunmuş belə xalçaların bəzi nümunələri hal-hazırda İstanbulun "Türk və İslam eserləri muzesi" muzeyində saxlanılır. Bakı xalçalarını da belə xalçalara aid etmək olar.

Bakı xalçalarını adətən Qala, Novxanı, Maştağa kəndlərində toxuyurdular. Bəzən xalçaçılar bu xalçanı "Qobustan" adlandırırdılar. İlk toxunmuş xalçalar ilə sonradan toxunan xalçalar arasında fərqlər mövcuddur.

Bədii analiz

"Bakı xalçası"nın göl yeri adətən, sürməyi rəngdə olur. Təsadüfi hallarda qırmızı rəngli yerliyi olan xalçalara da rast gəlinir. Kənar haşiyələrinin rəngi xalçanın ümumi görkəminə uyğun olaraq dəyişir.

Bakı xalçalarının orta sahəsinin kompozisiyası şaquli oxda bir-birinin ardınca yerləşmiş böyük dördbucaqlı göllər təşkil edir. XVIII əsrin sonlarına qədər bu xalçanın orta sahəsində dörd və ya beş göl yerləşirdi. Bu xalçalar Bakı xalçası adını aldıqdan sonra isə onun orta sahə kompozisiyasında dəyişiklər baş verd. Belə ki, göllər cütləşdi.

"Quyu çarxı", "Kərtənkələ", "Ərsin" və ya "Kürək" kimi naxışlarla göllərin üzü bəzədilmişdir. Göllərin ətraflarına isə digər doldurucu naxışlar vurulmuşdur.

"Bakı" xalçalarının ara sahəsi ara haşiyədən, bir zəncirədən və dörd mədahildən ibarət olan enli köbə zolağı ilə dövrələnmişdir. Ara haşiyənin əsas elementi "şamdan"dır. "Şamdan" təsvirləri növbə ilə müxtəlif tərəflərə yönəldilmişdir. Xalçanın ara haşiyəsində yağqabının üslublaşdırılmış təsvirini görmək olar. Xalçaçılar bu elementi "Qədim heykəl" adlandırırdılar.

Texniki xüsusiyyətlər

"Bakı xalçaları"nın ölçüsü təqribən 100x150 sm-dən 110x1800 sm-ə qədər dəyişir. Bəzən iki göllü dördbucaqlı kvadrat xalçalara rast gəlinir.

İlmələrin sıxlığı: bir kvadrat desimetrdə 38x38 ilmədən 45x45 ilməyə qədər yerləşir. Beləliklə bir kvadrat metrdə 145 min ilmədən 200 min ilməyə qədər düyün vardır. "Bakı xalçaları"nın xovunun hündürlüyü 5 mm-dən 7 mm-ə qədərdir.

Mənbə

Tags:

Bakı Xalçaları Ümumi məlumatBakı Xalçaları Bədii analizBakı Xalçaları Texniki xüsusiyyətlərBakı Xalçaları MənbəBakı XalçalarıAbşeron xalçaçılıq məktəbi

🔥 Trending searches on Wiki Azərbaycanca:

Azərbaycanda təhsilAbbasqulu ağa BakıxanovAzıx mağarasıBaş Prokurorluq (Azərbaycan)GöygölBakcellSovet Sosialist Respublikaları İttifaqıİsaak NyutonDünya əhalisiMədə xərçəngiYaponiyaBakı metrosuSahibkarNilSayPolad HəşimovBöyük QafqazDünya okeanıLütfi ZadəAzərbaycan tarixiSığortaÇingiz xanKonstitusiyaMöminə Xatun türbəsiPsixologiyaDOST AgentliyiBeşinci nəsil qırıcıSaitPənahəli xan5 manatlıq əsginasEnerjiTamamlıqBakıda yerləşən abidələrin siyahısıTransformatorAytən SəfərovaAzərbaycan Milli Elmlər AkademiyasıTriqonometriyanın əsas düsturlarıQİÇSPasxaSüni intellektSual cümləsiMicrosoft WordMenecmentTəbiətİnkişaf etmiş ölkəCərəyan şiddətiKürAzərbaycanlıların Ermənistandan deportasiyası (1948–1953)Xəbər (qrammatika)NaxçıvanSahələrinə görə ölkələrin və ərazilərin siyahısıVoleybolAzərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkiliYandexTelefonCeyhun CəlilovRombDağlıq QarabağElxanilər dövlətiDüzbucaqlıŞuşanın işğalıRamil UsubovTərcüməİosif StalinDinAtropatenaƏqrəb (astrologiya)Azərbaycan İkinci Dünya müharibəsindəAnarTürkdilli dövlətlərGürcüstanAntarktidaVergülNəqliyyatSıxlıqMay🡆 More