Bağır Seyidzadə

Bağır Mirqasım oğlu Seyidzadə (9 avqust 1912, İrəvan – 24 mart 1968, Bakı) — Azərbaycan ictimai-siyasi xadimi, diplomat, jurnalist, Azərbaycan SSR əməkdar mədəniyyət işçisi.

Bağır Seyidzadə
Bağır Seyidzadə
bayraq
Azərbaycan SSR kinematoqrafiya naziri
bayraq2
24 aprel 1950 – 11 mart 1952
ƏvvəlkiRəsul Rza
SonrakıƏsgər Əliyev
Şəxsi məlumatlar
Doğum tarixi 9 avqust 1912(1912-08-09)
Doğum yeri
Vəfat tarixi 24 mart 1968(1968-03-24) (55 yaşında)
Vəfat yeri
Dəfn yeri
Partiya
Təhsili
Fəaliyyəti jurnalist, diplomat
Uşağı

Təltifləri Bağır Seyidzadə Bağır Seyidzadə Bağır Seyidzadə
Bağır Seyidzadə

Həyatı

Bağır Qasım oğlu Seyidzadə 1912-ci ildə İrəvanda anadan olmuşdur. Ermənilərin 1918-ci ildə törətdikləri qırğınlar səbəbindən seyidzadələr ailəsi Tiflisə köçməyə məcbur olmuş və Bağır Seyidzadə burada Əncümən məktəbində təhsil almışdır. O, 1925-ci ildə Bakıya gələrək toxuculuq fabrikində işləmiş və fəhlə fakültəsində oxumuş, sonra Azərbaycan Sənaye İnstitutuna daxil olmuşdur.

Bağır Seyidzadə 1932–1939-cu illərdə "Gənc işçi" qəzetində işləmiş, 1939–1940-cı illərdə həmin qəzetin məsul katibi və redaktoru olmuşdur. 1940–1943-cü illərdə Azərbaycan LKGİ Mərkəzi Komitəsinin katibi seçilmişdir. Moskvada birillik diplomatiya kursunu bitirdikdən sonra 1944–1949-cu illərdə Cənubi Azərbaycanın MakuTəbriz şəhərlərindəki Sovet konsulluqlarında vitse-konsul və baş konsul vəzifələrində çalışmışdır. Təbrizdən qayıtdıqdan sonra 1950–1952-ci illərdə Azərbaycan SSR kinematoqrafiya naziri, sonralar isə Azərbaycan SSR mədəniyyət nazirinin müavini, Azərbaycan Dövlət Poliqrafiya və Nəşriyyat İdarəsinin rəhbəri olmuşdur.

Bağır Seyidzadə sonralar Azərbaycan Dövlət Radio Verilişləri Komitəsində işləmiş, ömrünün son illərində isə Azərbaycan SSR Nazirlər Soveti yanında Teleqraf Agentliyində direktor müavini vəzifəsində çalışmışdır. Rus, fransızfars dillərini mükəmməl bilirdi.

Bağır Seyidzadə 1968-ci ildə Bakıda vəfat etmiş və Fəxri Xiyabanda dəfn olunmuşdur. Qızı, tarix elmləri doktoru, professor Dilarə Seyidzadə Azərbaycan Respublikası Prezidentinin Katibliyinin rəisi vəzifəsində işləmişdir.

İstinadlar

Xarici keçidlər

Tags:

1912196824 mart9 avqustBakıDiplomatİrəvan

🔥 Trending searches on Wiki Azərbaycanca:

FacebookFəzail İbrahimliİspaniyaDaft PunkÇernobıl faciəsiOsmanlı imperiyasıAzərbaycanın ali təhsil müəssisələrinin siyahısıİngiltərə krallığıJülyet BinoşMorfologiya (linqvistika)SumqayıtPulman şirkətiAzərbaycanda seçkilərSSRİ Dövlət Təhlükəsizlik KomitəsiErməni-azərbaycanlı qırğınları (1905-1906)Xarıbülbül (simvol)VergülDövlətÇin Xalq RespublikasıTürk xalqlarıMisirƏvəzlikHip hopAzərbaycan iqtisadiyyatıRəsul RzaYelizaveta PetrovnaMəhəmməd Əmin RəsulzadəMüxtəsər vurma düsturlarıAzərbaycan Dövlət Neft və Sənaye UniversitetiQırğızlarXürrəmilər hərəkatıPost MaloneAzərbaycan dövlət başçılarının siyahısıVahid ƏhmədovMasturbasiyaZəlzələAzərbaycan Quru QoşunlarıMicrosoft Excelİxtira2016 Formula-1 mövsümüBTSAnalar GünüAbdulbari GözəlDilarə Əliyeva (aktrisa)RonaTeslaQazaxıstanMartOktyabrAmoksisillinNeftSimon PeggKanadaHeyvanlarŞarlotta GensburMübariz TağıyevCeyn RassellFəxri adAğqoyunlularAnar ƏləkbərovProvans dialektiNatural ədədlərBetti VaytÜçbucaqKəlmeyi-şəhadətŞeirGünəşTürk lirəsiXüsusi Təyinatlı DəstələrQızılca (xəstəlik)DəstəmazTürkiyədə prezident seçkiləri (2023)I İsmayılTutulmaPlayStation 3ÖlçüHəzm sistemi🡆 More