Azərbaycan Körpüləri

Azərbaycan körpüləri — qədim dövrlərdən Azərbaycan ərazisində tikilmiş körpülər.

Qədim ticarət mərkəzlərindən olan Qəbələ, Dərbənd, Şamaxı, Gəncə, Bərdə, Ərdəbil, Naxçıvan, Təbriz və s. kimi şəhərlərin karvan yolları üstündə bir çox körpülər salınmışdır. Körpülərin memarlıq quruluşları inşa ediləcək körpünün materiallarından asılı olurdu. Qədim körpülərdən bu günümüzədək gəlib çıxanlar da vardır. Həmin körpülərdən 11 və 15 aşırımlı Xudafərin körpüləri (Cəbrayıl rayonu ərazisində, Araz çayı üzərində), Sınıq körpü (Qazax rayonu, Ehram çayı üzərində), Gəncə körpüləri (Gəncə çayı üzərində), Naxçıvan körpüləri (əlincə çayı üzərində) Azərbaycanın memarlıq abidələrindəndir.

Azərbaycan Körpüləri
Azərbaycan körpüləri təsvir edilmiş poçt markası

Gəncə körpüləri

Gəncə çayının üzərində salınmış üç körpü – Gəncəni hissələrə ayırırdı. 1939-1940-cı illərdə aparılan tədqiqatlar zamanı Gəncə körpülərinin dağınıq dayaqları aşkar edilmişdir. Lakin bu üç körpü ilə bərabər, haqqında elmi ədəbiyyatda məlumat verilməyən və Gəncədən 5 km şimal-şərqdə yerləşmiş qədim Gəncəni sağ və sol sahilə ayıran Gəncəçayda salınmış iki körpü də mövcud idi. Körpülərdən birincisi dağıldıqdan sonra ikinci körpü də yerin əlverişli olması nəzərə alınaraq, burada tikilmişdir. Bu körpülərin hər biri b.e. Xıı əsrində inşa olunmuşdur, hal-hazıra qədər istifadədə olan iki körpü durur. Aşırımı 5 m olan birinci körpünün uzunluğu 31 p.m., qabariti 4,5 m olub üç yarım silindrik formalarda tağdan ibarətdir. Aşırımların ikisi 5,2, biri isə 4,7 m-dir. Körpü səlis yonulmuş hamar daşlarla üzlənmişdir. O biri körpü 54 p.m. uzunluğundadır, qabariti 2,8 m-dir. Tağvari aşırımlıdır, aşırımları 4,8; 7,8 və 4,6 m-dir.

Bu körpülərin hər biri b.e. Xıı əsrində inşa olunmuşdur, hal-hazıra qədər istifadədə olan iki körpü qalmaqdadır.

Qazax körpüləri

  • Sınıq körpü Azərbaycanın orta əsrə aid olan nadir memarlıq incilərindən biridir. Bu körpü Bakı-Qazax-Gürcüstan sərhədi yolunda, Ehramçayın üzərində salınmışdır. Bir qədər aralıda Ehramçay öz axarı ilə Kürə qovuşur. Dörd aşırımlı, uzunluğu 175 p.m. olan bu körpünün qabariti 4 m-dir.
  • Qırmızı körpü XII əsr Azərbaycan memarları tərəfindən salınmışdır.

Naxçıvan körpüləri

Azərbaycan ərazisi tarixin müxtəlif dövrlərini əhatə edən memarlıq abidələri ilə zəngindir. Orta əsrlərin bizə bəxş etdiyi ən monumental abidələrindən sayılan körpülərin yüksək keyfiyyət və bacarıqla tikilməsi nəzəri cəlb edir. Qədim körpülərdən biri də Naxçıvan ərazisindəki əlincə çayı üzərindədir. Həmin körpüdən ərəfsə və Ləkətan kənd sakinləri bu gün də istifadə edirlər. Körpülər tikilərkən dayaqların möhkəmliyinə xüsusi fikir verilmişdir. Ovulmanın qarşısını almaq məqsədilə körpülər üçün çay vadisinin əsasən düz və dar keçidini seçmişlər. Həmin dar keçidə malik, bir dayağı hündür qaya, digər dayağı sahildəki özülə birləşən körpünün möhkəmliyinə söz ola bilməz.

Naxçıvanın bu günədək qalan, XV-XVı əsrə aid olan əlincə körpüsü bir aşırımlı tağ şəkilli, su səthindən 5 m hündürlükdə, 12 pm uzunluğunda, qabariti 2 m olan tarixi bir qurğudur. Körpünü lay şəkilli, asan yonulan daşdan tikiblər. əlincə körpüsünün tağ hissəsinin daşları yonulmuş, qalan hissəsi isə qismən yonulan daşlardır.

Mənbə


Tags:

Azərbaycan Körpüləri Gəncə körpüləriAzərbaycan Körpüləri Qazax körpüləriAzərbaycan Körpüləri Naxçıvan körpüləriAzərbaycan Körpüləri MənbəAzərbaycan KörpüləriArazAzərbaycanBərdəCəbrayıl rayonuDərbəndGəncəNaxçıvanQazax rayonuQəbələSınıq körpüTəbrizXudafərin körpüsüŞamaxıƏrdəbil

🔥 Trending searches on Wiki Azərbaycanca:

Oral seksƏlcəzairÖlçü vahidləriPulŞirQızdırmaƏdəbiyyatSkelet (insan)Qərbi Azərbaycan İcmasıSoyuq müharibəDelimitasiyaHemoqlobinİzotopKoroğlu dastanıTonzillitXəmsəXərçəng xəstəliyiHadi RəcəbliAğciyər xərçəngiLənkəran rayonuFlora KərimovaCavanşir Məmmədov (general)Adolf HitlerSuçiçəyiYaqub MahmudovMayAbdulla ŞaiqRindü-zahidİbtidai icma quruluşuAzərbaycandakı şəhərlərin siyahısıƏkinçi (qəzet)PsoriazPrezidentin Təhlükəsizlik Xidməti (Azərbaycan)Coşqun RəhimovLizinqEkologiyaFunksiya (riyaziyyat)BalaəliBeyləqan rayonuKurikulumHindistanMasallı rayonuXitabDədə QorqudLeyli və Məcnun (opera)Dırnaq işarəsiAvstriyaCəbrayıl rayonuNyuton qanunlarıHeydər Əliyevin 100 illiyi (1923–2023) yubiley medalıXumar QədimovaCəmiyyətVüqar BiləcəriAzərbaycan diliBənzətməNATOGülüstan müqaviləsiDünya okeanıŞahmatQuranLütfi ZadəƏfsanəQafqaz AlbaniyasıTayfaMicrosoft WordYuri OmelçenkoŞahin BağırovSilindrPasxaAprelPlanetXankəndiAzərbaycan Beynəlxalq BankıOrqanizmŞifrXəritəMirzə Ələkbər SabirMicrosoft PowerPoint🡆 More