Azərbaycan Dilinin Orfoqrafiya Lüğəti

Azərbaycan dilinin orfoqrafiya lüğəti — Azərbaycan Respublikasında dövlət dili haqqında Azərbaycan Respublikasının Qanununa görə Azərbaycan dilinin təsdiq olunmuş orfoqrafiya normalarına hüquqi, fiziki və vəzifəli şəxslər əməl etməli, Azərbaycan Respublikasının ərazisindəki bütün kütləvi informasiya vasitələri (mətbuat, televiziya, radio və s.), kitab nəşri və digər nəşriyyat işi ilə məşğul olan qurumlar Azərbaycan dilinin normalarına riayət olunmasını təmin etməlidirlər.

Azərbaycan Respublikasının dövlət dilinin əlifbası latın qrafikalı Azərbaycan əlifbasıdır. "Azərbaycan Respublikasının Dövlət Dili haqqında" Qanuna əsasən, Orfoqrafiya lüğəti ən geci 5 ildən bir təkmilləşməli və nəşr edilməlidir.

Haqqında

Orfoqrafiya (düzgün yazı) qaydaları sözlərin və onların bütün qrammatik formalarının düzgün yazılışını müəyyənləşdirir.

Azərbaycanda ilk dəfə orfoqrafiya lüğəti latın qrafikası ilə 1929-cu ildə nəşr edilib. Bundan sonra 1940, 1960, 1975-ci ildə orfoqrafiya lüğətləri nəşr olunub. 1975-ci ilin lüğətində 58 min söz olub. 29 illik fasilədən sonra ilk dəfə orfoqrafiya lüğəti 2004-cü ildə çap edilib. 2004 nəşri Müstəqillik dövrünün və latın qrafikalı Azərbaycan əlifbası ilə ilk orfoqrafiya lüğəti olub.

"Azərbaycan dilinin orfoqrafiya qaydaları" "Azərbaycan Respublikasında dövlət dili haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2 yanvar 2003-cü il tarixli Fərmanında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 26 may 2004-cü il tarixli Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası ilə razılaşdırıldıqdan sonra Nazirlər Kabinetinin 5 avqust 2004-cü il tarixli qərarı ilə təsdiq edilmişdir. Orfoqrafiya lüğəti AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Elmi Şurasının 10 mart 2004-cü il tarixli qərarı ilə təsdiq olunmuşdur.

2004-cü ilin nəşrində sözlərin sayı 22 min söz artırılaraq 80 minə çatdırılıb.

2004-cü ildə nəşr olunmuş lüğətdən sonra, növbəti lüğət 2012-ci ildə nəşr olunsa da, Prezident Administrasiyası tərəfindən kitabdakı ciddi qüsurlara görə isə AMEA Dilçilik İnstitutunun nəşrə məsul əməkdaşlarına xəbərdarlıq edilib və Orfoqrafiya lüğətinin 2012-ci il nəşrinin ləğv edilməsi və satışdan yığışdırılması haqqında göstəriş verilmişdir.

2021-ci il nəşri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 aprel 2019-cu il tarixli qərarı ilə təsdiqlənmiş və 3 noyabr 2020-ci il tarixli 438 nömrəli qərarı ilə müəyyən dəyişiklik edilmiş “Azərbaycan dilinin orfoqrafiya normaları” əsasında hazırlanmış ilk nəşrdir. Lüğətə 90 minə yaxın söz daxil edilmişdir. Lüğətin bu nəşrində "hörümçək" sözünün olmayıb, "spayder" sözünün olması tənqid olunub.

Qanunlar

Azərbaycan SSR Nazirlər Sovetinin "Azərbaycan dilinin orfoqrafiya qaydaları"nın təsdiq edilməsi və Azərbaycan əlifbasında bəzi dəyişikliklər edilməsi haqqında" 24 iyul 1958-ci il tarixli qərarı.

Azərbaycan SSR Nazirlər Sovetinin "Azərbaycan dilinin orfoqrafiya qaydaları"nın 8-ci maddəsinin dəqiqləşdirilməsi haqqında" 6 aprel 1959-cu il tarixli qərarı.

"Azərbaycan dilinin orfoqrafiya qaydaları" "Azərbaycan Respublikasında dövlət dili haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2 yanvar 2003-cü il tarixli Fərmanı.

"Azərbaycan dilinin orfoqrafiya qaydaları" "Azərbaycan Respublikasında dövlət dili haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2 yanvar 2003-cü il tarixli Fərmanında dəyişiklik edilməsi haqqında" 26 may 2004-cü il tarixli Fərmanı.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 avqust 2004-cü il tarixli qərarı ilə təsdiqlənmiş "Azərbaycan dilinin orfoqrafiya qaydaları".

Nəşrlər

Azərbaycan Dilinin Orfoqrafiya Lüğəti 
Azərbaycan dilinin orfoqrafiya lüğətinin 6-cı nəşri (2013)

İstinadlar

Həmçinin bax

Həmçinin oxu

Xarici keçidlər

Tags:

Azərbaycan Dilinin Orfoqrafiya Lüğəti HaqqındaAzərbaycan Dilinin Orfoqrafiya Lüğəti QanunlarAzərbaycan Dilinin Orfoqrafiya Lüğəti NəşrlərAzərbaycan Dilinin Orfoqrafiya Lüğəti İstinadlarAzərbaycan Dilinin Orfoqrafiya Lüğəti Həmçinin baxAzərbaycan Dilinin Orfoqrafiya Lüğəti Həmçinin oxuAzərbaycan Dilinin Orfoqrafiya Lüğəti Xarici keçidlərAzərbaycan Dilinin Orfoqrafiya LüğətiAzərbaycan RespublikasıDövlət diliLatın qrafikalı Azərbaycan əlifbası

🔥 Trending searches on Wiki Azərbaycanca:

HidrogenTürkmənistanHeyvanlarMilli Dirçəliş GünüMenstruasiyaQarabağ xalçalarıCənubi KoreyaŞuşanın azad edilməsiSabirabad rayonuBabəkAğdamRusiyaŞuşa qalasıNatiq Qasımov (əsgər)Cavanşir MəmmədovQızlıq pərdəsiXəttatPasxaCəlilabad rayonuAy təqvimiKəmalüddövlə məktublarıŞahmatElçin HüseynbəyliDövlət Təhlükəsizliyi Xidməti (Azərbaycan)Funksiya (riyaziyyat)İtaliyaGöygölSuçiçəyiBitkiAzərbaycan manatıXXXTentacionŞəmkir rayonuGölİnformasiya texnologiyalarıNadir şahEnerjiArxeoloji abidələrAzərbaycan Respublikası yol nişanlarıPlanetDostluqDaş dövrüQurban bayramıİslamda oral seksEv pişiyiUzun HəsənAzərbaycan himniMirvariTovuz rayonuFövqəladə Hallar Nazirliyi (Azərbaycan)Dərman bitkiləriPulQırğızıstan PrezidentiİlanlarAlternativ enerjiCümə məscidi (Ağdam)Köməkçi nitq hissələriRövşən LənkəranskiTimsahlarEzop5 manatlıq əsginasNüvə silahıDüzbucaqlı üçbucaqAzərbaycan dövlət başçılarının siyahısıBakcellQərbi Avropaİsgəndəriyyə mayakıOral seksÜslubiyyat (Azərbaycan dili)HüquqLeyli və Məcnun (Füzuli)Cəmşid Naxçıvanski adına hərbi liseyAtəşgah (Bakı)Həzi AslanovMakedoniyalı İsgəndərKamran İmanovƏdədi silsiləSahibkarFuad Nəcəfli🡆 More