Askaniya-Nova (ukr.
Qoruq F. E. Fals-Feyn[ru]nin adını daşıyır. Askaniya-Nova eyni adlı Askaniy-Nova qəsəbəsinin yaxınlığında, Kaxovka şəhərindən 60 km cənub-şərqdə yerləşir. Askaniya-Nova qoruğu (hərfi tərcüməsi Yeni Askaniya) 1828-ci ildə hersoq Ferdinand Fridrix[ru] tərəfindən yaradılmışdır.
F. E. Fals-Feyn adına Askaniya-Nova biosfer qoruğu | |
---|---|
ukr. Біосферний заповідник Асканія-Нова ім. Ф. Е. Фальц-Фейна | |
| |
BTMB kateqoriyası — Ib (Vəhşi təbiət ərazisi) | |
Sahəsi | 33 307,6 ha |
Yaradılma tarixi | 1874 |
Yerləşməsi | |
Ölkə | Ukrayna |
Yerləşməsi | Xerson vilayəti |
Yaxın şəhər | Kaxovka |
askania-nova-zapovidnik.gov.ua/… | |
| |
Vikianbarda əlaqəli mediafayllar |
Biosfer qoruğunun ərazisi Rusiya-Ukrayna müharibəsi nəticəsində işğal olunmuş, 2023-cü ilin martından, Xerson vilayətinin işğalı[ru]ndan sonra isə əraziyə tam nəzarəti rus hərbiçiləri həyata keçirir.
Sahəsi 33 307, 6 hektar olan qoruğun 11 054 hektarı çöl zonasına aiddir. Bu zonada əsasən Qırtıckimilər fəsiləsinin bir çox nümayəndələri üstünlük təşkil edir (təxminən 75 %). Çöl zonasında buğumayaqlıların 1155, suda-quruda yaşayanlarla sürünənlərin 7, məməlilərin isə 18 növü qeydə alınmışdır. İlin müxtəlif vaxtlarında qoruq ərazisindən 270 növ quş dayanacaq kimi istifadə edir, onlardan 110 növü isə yuva qurmaq üçün dayanır.
Bölgədə ali bitkilərin 478 növünə rast gəlinir ki, onlardan 13 növü Ukraynanın qırmızı kitabına daxil edilib.
Askaniya-Nova biosfer qoruğunda ölçüsü 4x6 km olan depressiya relyef forması - pod mövcuddur. Bu ərazi yazın sonunda qar sularının toplanması nəticəsində su hövzəsinə çevrilir. Ərazi Ramsar konvensiyasının siyahısına salınmışdır. Bu bataqlıq-su hövzəsində çiçəkli bitkilərin 568 növünə rast gəlinir. Bunlardan 53 növ endemik hesab olunur.
Aksaniya-Nova biosfer qoruğu 2008-ci ildə Ukraynada keçirilən "Ukraynanın 7 təbiət möcüzəsi" aksiyasının qalibi seçilmişdir.
2009-cu ildə isə qoruq Ukraynanı Təbiətin yeddi yeni möcüzəsi (New 7 Wonders of Nature) yarışmasında təmsil etmişdir.
This article uses material from the Wikipedia Azərbaycanca article Askaniya-Nova qoruğu, which is released under the Creative Commons Attribution-ShareAlike 3.0 license ("CC BY-SA 3.0"); additional terms may apply (view authors). Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır. Images, videos and audio are available under their respective licenses.
®Wikipedia is a registered trademark of the Wiki Foundation, Inc. Wiki Azərbaycanca (DUHOCTRUNGQUOC.VN) is an independent company and has no affiliation with Wiki Foundation.