Arxeoastronomiya

Arxeoastronomiya,(yun.

Fənlər arası elm kimi arxeologiyaastronomiyadan, həmçinin elm tarixi, din tarixi, etnologiya, linqvistika, paleoiqlimşünaslıq və s.-dən alınan nəticələrdən istifadə edir. 19-cu əsrin sonu – 20-ci əsrin əvvəllərində Misir, Yaxın ŞərqBöyük Britaniyadakı bir sıra monumental tikilinin astronomik səmtini öyrənmiş ingilis astronomu C. Lokyeri arxeoastronomiyanın banisi hesab etmək olar. Sonralar aydın oldu ki, Mərkəzi Amerikanın qədim şəhərlərinin bir çox bina və memarlıq kompleksləri astronomik məna kəsb edir. Yalnız 1960-cı illərdə ingilis astronomu C. Hokinsin Stonhenc haqqındakı və Böyük Britaniyadakı çoxsaylı arxeoastronomiya abidələrini hərtərəfli tədqiq etmiş arxeoastronomiya Tomun işlərindən sonra arxeoloqlar NeolitTunc dövrləri insanlarının astronomik biliklərinin yüksək səviyyədə olmasını qəbul etdilər. Qədim insanların astronomiyaya marağının ilk təzahürləri Ayın səfhələrinə görə günlərin hesablanmasını əks etdirən Paleolit dövrü artefaktları ilə bağlıdır. Neolit dövründə astronomik səmtli dəfn yerləri və nekropollar meydana gəldi. Bu növ abidələrdən ən məşhuru İrlandiyadakı Nyu-Qreync kurqanıdır (təqr. e.ə. 3300). Əsl astronomiya üfüq astronomiyası adlanan mərhələdən başlayır. Arxeoloji abidədə dünyanın cəhətlərini göstərən səmtlərin mövcudluğu ilk astronomik alət olan qnomonun ixtirasından xəbər verir. Ümumiyyətlə arxeoastronomiya tədqiqatları nəticəsində dünyanın müxtəlif bölgələrindəki mağaralarda, qayaüstü rəsmlərdə, insan məskənlərində və s. Günəşin vəziyyəti ilə əlaqədar ilin fəsillərinin təyini, əlamətdar astronomik hadisələr – komet görünməsi, ifrat yeni ulduz partlayışı və s. ilə bağlı xeyli elmi faktlar aşkarlanmışdır. Bir çox mifoloji süjet, qədim insanların inancları ulduzlu göy, işıqsaçan göy cismlərinin hərəkəti, göyün bürclərə bölünməsi ilə bağlıdır (bax Astral kultlar). Müxtəlif dövrlərin qədim abidələrinin astronomik izahı insan məskənləri və dini komplekslərin təşkilini, qədim təqvim sistemini, qədim insanların astronomik təsəvvürlərinin onların mədəniyyətindəki yerini və rolunu başa düşməyə kömək edir.

Mənbə

  • Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 2-ci cild: Argentina – Babilik (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2010. səh. 26. ISBN 978-9952-441-05-5.

Tags:

ArxeologiyaAstronomAstronomiyaAyBöyük BritaniyaEtnologiyaGünəşKosmologiyaKosmoqoniyaLinqvistikaMisirMərkəzi AmerikaNeolit dövrüPaleolit dövrüTunc dövrüXIX əsrXX əsrYaxın ŞərqYunan diliİrlandiya

🔥 Trending searches on Wiki Azərbaycanca:

OrqazmHəzi AslanovPolad HəşimovAzərbaycan qəzetlərinin siyahısıMisir ehramlarıİnformasiya prosesləriVyetnamGürcüstanÜzeyir MehdizadəKombinezonYazMenstruasiyaMüstəqil Dövlətlər BirliyiSınıqlarİnformasiya təhlükəsizliyiAran xalçalarıŞiəlikSaySual cümləsiQaraciyərCümə məscidi (Ağdam)Azərbaycan Respublikası Dövlət Neft ŞirkətiErməni soyqırımıArxeoloji abidələrEkoloji problemlərAzərbaycan banklarının siyahısıMəhəmməd Əmin RəsulzadəAprelQızıl yel xəstəliyiBakı Dövlət UniversitetiSaitYarasalarTörəməKütlə vahidləriTəşbehİngiltərəYunanıstanBraziliyaHikmət HacıyevBaş Prokurorluq (Azərbaycan)SürünənlərInstagramİosif StalinFövqəladə Hallar Nazirliyi (Azərbaycan)ƏməköməciÇernobıl faciəsiRamil UsubovƏbdürrəhim bəy HaqverdiyevOral seksAtropatenaLatın diliKönül KərimovaKimyəvi reaksiyaÇoxmənalı sözlərAntonimCəlilabad rayonuQafqaz AlbaniyasıSəs gücləndiricisiQədim Roma təqvimiHəmidə Ömərovaİzzət BağırovLatın ifadələriFunksiya (riyaziyyat)Düzbucaqlı paralelepipedCümlənin ikinci dərəcəli üzvləriMaliyyəAzərbaycan musiqi alətləriAzərbaycan Dövlət Neft və Sənaye UniversitetiKəmalüddövlə məktublarıPsoriazXəbər (qrammatika)LəzgilərNida cümləsiBöyük Fransa inqilabıYerin quruluşuƏrəb xilafətiHüseyn CavidKub metr🡆 More