Arif Rəhimzadə

Arif Rəhimzadə (3 fevral 1941, Kirovabad) — Azərbaycanın dövlət və ictimai-siyasi xadimi, kənd təsərrüfatı elmləri üzrə fəlsəfə doktoru, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının sədri.

Arif Rəhimzadə
Şəxsi məlumatlar
Doğum tarixi 3 fevral 1941(1941-02-03) (83 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi
Elmi fəaliyyəti
Elmi dərəcəsi

Təltifləri Arif Rəhimzadə Arif Rəhimzadə

Həyatı

Arif Rəhimzadə 3 fevral 1941-ci ildə Gəncə şəhərində anadan olub. Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun aqronomluq fakültəsini və Bakı Ali Partiya Məktəbini bitirmişdir. Kənd təsərrüfatı elmləri üzrə fəlsəfə doktorudur.

1963-cü ildən Azərbaycan Elmi-Tədqiqat Heyvandarlıq İnstitutunun elmi işçisi, 1967-ci ildən Leninqrad Vilayət Meyvə-Tərəvəz Müfəttişliyinin müfəttişi, Krım təcrübə stansiyasının elmi işçisi, 1969-cu ildən Azərbaycan Elmi Tədqiqat Yemçilik İnstitutunun elmi katibi, baş elmi işçisi olmuşdur.

1971-ci ildən Azərbaycan SSR Nazirlər Sovetində baş referent, 1974-cü ildən Azərbaycan KP MK-da təlimatçı, bölmə müdiri, şöbə müdirinin müavini işləmişdir.

1987–1989-cu illərdə Quba Rayon Partiya Komitəsinin birinci katibi, 1989-cu ildən Azərbaycan KP MK-nın şöbə müdiri, 1991-ci ildən Azərbaycan Respublikası Ali Sovetinin komissiya sədri, 1993–1994-cü illərdə Azərbaycan Respublikasının Dövlət Müşaviri vəzifələrində çalışmışdır.

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının və İdarə Heyətinin üzvüdür.

Azərbaycan SSR on birinci və on ikinci çağırış Ali Sovetinin deputatı olmuşdur. Azərbaycan Respublikası I–III çağırış Milli Məclisinin deputatı seçilmişdir. 1994-cü ilin oktyabr ayından 2005-ci ilin dekabr ayınadək parlament Sədrinin birinci müavini olmuşdur.

2011-ci il noyabrın 7-də 61 saylı Neftçala seçki dairəsindən IV cağırış parlamentə deputat seçilmişdir. Milli Məclisin regional məsələlər komitəsinin sədridir.

Parlamentlərarası İttifaqda Azərbaycan nümayəndə heyətinin rəhbəri, MDB-nin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin sədridir.

Azərbaycan-Rusiya parlamentlərarası işçi qrupunun rəhbəridir.

Rus dilini bilir.

Evlidir, 2 övladı var.

İctimai-siyasi fəaliyyəti

26 noyabr 1991-ci ildə təşkil edilən Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının tərkibinə daxil edilmişdir. 1994-cü ilin oktyabr ayından 2005-ci ilin dekabr ayınadək Milli Məclis Sədrinin Birinci Müavini Olmuşdur

Mükafatları

  • Arif Rəhimzadə  26 aprel 2011-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncamı ilə Arif Rəhimzadə "Şöhrət" ordeni ilə təltif edilib "Şöhrət" ordeni
  • Arif Rəhimzadə  1 fevral 2021-ci ildə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə 3 fevral 2021-ci ildə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncamı ilə "Şərəf" ordeni ilə təltif edilib

İstinadlar

Tags:

Arif Rəhimzadə HəyatıArif Rəhimzadə İctimai-siyasi fəaliyyətiArif Rəhimzadə MükafatlarıArif Rəhimzadə İstinadlarArif Rəhimzadə19413 fevralGəncəYeni Azərbaycan Partiyası

🔥 Trending searches on Wiki Azərbaycanca:

MonteneqroƏlimərdan bəy TopçubaşovMərakeşYeni Müsavat (qəzet)Hikmət HacıyevYanvarQuranII MehmedMirsaleh SeyidovAzərbaycanın Milli Qəhrəmanı4 mayBakcellAvtomobilin tarixiSasanilər imperiyasıD vitaminiƏfşar imperiyasıMakedoniyalı İsgəndərPiramida (həndəsə)Hicri təqvimİsrail tarixiOrxan ZeynallıPeyğəmbərAzərbaycanda prezident seçkiləri (2024)TərbiyəHepatit BAfaq BəşirqızıHafiz PaşayevLənkəranKimyəvi elementƏmir TeymurAzərbaycanda növbəti parlament seçkiləriMarsQacar dövlətiBellonaMete xaqanADA Universitetiİmam MustafayevDəstəmazSuAvtomobilİosif StalinSözün həqiqi mənasıSərxan KərəmoğluPrezidentin Təhlükəsizlik Xidməti (Azərbaycan)Yeni Azərbaycan PartiyasıSankt-PeterburqTəbiətİlham ƏliyevQloballaşmaAzərbaycan mətbuatıİsimCinsi əlaqəQuşlarAnemiyaHüseyn CavidQərbi AzərbaycanMasonluqƏdliyyə Nazirliyi (Azərbaycan)Tam ədədlərBakıUşaqlıq (anatomiya)Füzuli rayonuTəzyiqTerminologiyaMədət QuliyevNATOPrizmaNizami parkıSinonimBöyük Hun imperiyasıRövşən NəcəfÇay (coğrafiya)Avropa İttifaqıBuddizmVulkanKitabCümlə üzvləri🡆 More