Ii Bəyazidin Qızı Aişə Sultan

Aişə Sultan (1465, Amasya – 1515, Konstantinopol) — 8.

Osmanlı sultanı II Bəyazidin qızı.

Aişə Sultan
osman. عايشه خاتون
Şəxsi məlumatlar
Doğum tarixi 1465
Doğum yeri Amasya sancaqbəyliyi, Osmanlı imperiyası
Vəfat tarixi 1515
Vəfat yeri İstanbul, Osmanlı imperiyası
Fəaliyyəti Əsilzadəlik
Atası II Bəyazid
Anası Nigar Xatun
Həyat yoldaşı Kürəkən Sənan Paşa
Uşaqları Sultanzadə Əhməd bəy
Ayşə Hanzadə xanım Sultan
Gövhərşah xanım Sultan
Qəmərşah xanım Sultan
Fatma xanım Sultan
Mihrihan xanım Sultan
Ailəsi Osmanlı xanədanı

Həyatı

Aişə Sultan 1465-ci ildə Amasyada dünyaya gəldi. Atası Fateh Sultan Mehmedin oğlu və o illərdə Amasya sancaqbəyi olan Şahzadə Bəyazid, anası isə onun kənizlərindən Nigar Xatundur. Uşaqlıq illəri Amasyada keçən Aişə Sultan 1480-ci ildə Sənan Paşayla evləndi və nigahın ardından Sənan Paşa kaptan-ı dərya təyin edildi. Aişə Sultan daha sonra Anadolu bəylərbəyi təyin edilən əriylə birlikdə Anadolunun müxtəlif bölgələrində yaşadı. Cütlüyün bu nigahdan 1 oğlu və 5 qızı dünyaya gəldi.

Ərinin vəfatından sonra övladlarıyla birlikdə 1504-cü ildə İstanbula döndü. Atasının və onun vəfatından sonra ögey qardaşı Yavuz Sultan Səlimin səltənətlərində sarayda nüfuz sahibi oldu. Ədirnədə bir məscid, Gəliboluda isə məscid və məktəb inşa etdirən Aişə Sultan ərindən miras qalan bir çox torpaq mülklərini bunlara vəqf etdi.

Qardaşı Şahzadə Qorqudun öncə atasına, daha sonra isə qardaşı Yavuz Sultan Səlimə qarşı ayaqlanması hadisələrində vasitəçi rolu oynadı və qardaşının yazdığı məktublarla bağışlanmasını istədi. 1515-ci ildə İstanbulda vəfat etdi.

Övladları

Mənbə

  • Türe, Fatma; Keşoğlu, Birsen Talay (July 12, 2011). Women's Memory: The Problem of Sources. Cambridge Scholars Publishing. p. 63. ISBN 978-1-443-83265-6
  • Majer, Hans Georg (2002). Frauen, Bilder und Gelehrte: Studien zu Gesellschaft und Künsten im Osmanischen Reich, Volume 1. Simurg. p. 105. ISBN 978-9-757-17263-5
  • Sakaoğlu, Necdet (2008). Bu mülkün kadın sultanları: Vâlide sultanlar, hâtunlar, hasekiler, kadınefendiler, sultanefendiler. Oğlak Yayıncılık. ISBN 978-9-753-29623-6

İstinadlar

Tags:

Ii Bəyazidin Qızı Aişə Sultan HəyatıIi Bəyazidin Qızı Aişə Sultan ÖvladlarıIi Bəyazidin Qızı Aişə Sultan MənbəIi Bəyazidin Qızı Aişə Sultan İstinadlarIi Bəyazidin Qızı Aişə Sultan14651515AmasyaII BəyazidOsmanlı sultanlarının siyahısıİstanbul

🔥 Trending searches on Wiki Azərbaycanca:

Qədr surəsiHeydər ƏliyevNəsirəddin TusiHindistanDövlət bayraqlarının siyahısıÇingiz xanQara QarayevKompüter qurğuları28 martTürkiyə RespublikasıÖd kisəsiTərəzi (astrologiya)Rusiya imperiyasıKvadrat metrVəfa ŞərifovaƏqrəb (astrologiya)Seyid Əzim ŞirvaniŞəkiCəlil MəmmədquluzadəAzərbaycan manatıQurban QurbanovAzərbaycanın dövlət bayramları və xüsusi günləriTarEsseİlhüseyn HüseynovMəhəmmədhüseyn ŞəhriyarTeymurilər dövlətiƏvəzlikAvropaMatrisSumqayıtİbrahimxəlil xanBucaqPasxaKolizeyQarabağda döyüşlər (2023)Xəzər dənizi adalarının siyahısıCümlə üzvləriƏnvər MəmmədxanlıGəncə qapısıMirələm MirələmovGöyərçinİlham ƏliyevAzərbaycanın iqtisadi rayonlarıRəqsanəTəşbehAzərbaycan toy adətləriFeilKimyəvi elementApp StoreSkiflərYeni Müsavat (qəzet)Nizami GəncəviAnar ƏləkbərovAzərbaycanın Milli Qəhrəmanlarının siyahısıA vitaminiQədr gecəsiİnsan hüquqlarıİkinci Dünya müharibəsiHəzi AslanovCəmşid Naxçıvanski adına hərbi liseyRusiyaQitəUkraynaTabesiz mürəkkəb cümlələrİranAfaq BəşirqızıSadə ədədBitkiAmerika Birləşmiş Ştatları prezidentlərinin siyahısıYetkinlik yaşıAzərbaycan adalarının siyahısıYaponiyada islamİnsanZəfər Günü (Azərbaycan)🡆 More