Adel Ekzarkopulos (fr.
O, bu mükafata "Adelin həyatı" filmindəki roluna görə layiq görülüb.
Adel Ekzarkopulos | |
---|---|
Doğum tarixi | 22 noyabr 1993 (30 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Uşağı | 1 |
Fəaliyyəti | aktrisa, model[d], kino aktrisası |
Fəaliyyət illəri | 2006-cı ildən |
Boyu | 173 sm |
IMDb | ID2650819 |
Vikianbarda əlaqəli mediafayllar |
Adel Parisin XIX dairəsində, de Fet meydanı yaxınlığında böyüyüb. Onun atası Didye Ekzarkopulos gitara ifaçılığı müəllimi, anası isə tibb bacısı olub. Adelin özündən kiçik iki qardaşı var. Aktrisanın babası əslən yunan olub.
Adelin valideynləri qızlarının utancaqlığını aradan qaldırmaq üçün, onu doqquz yaşında aktyorluq kursuna yazdırıblar. O, bu kursa 2005-ci ilədək getməyə davam edib, məhz bu ildə onun aktrisa kimi kinoda debütü olub. O, Martha filmində debüt edib. 2006-cı ildə o kino agentinin diqqətini cəlb etmiş və fransız teleserialı olan "R.I.S, police scientifique" teleserialında epizodik rolda çəkilmişdir. On üç yaşı olarkən Adel Boxes filmində rol alıb..
Adel müxtəlif illərdə bir neçə filmlərdə rol alıb: Les Enfants de Timpelbach (2008), The Round Up (2010), Turk's Head (2010), Chez Gino (2011), Carré blanc (2011), Pieces of Me (2012) və I Used to Be Darker (2013).
Ancaq Adelə aktrisa kimi ciddi beynəlxalq uğuru 2013-cü ildə Jüli Maronun "Mavi ən isti rəngdir" (fr. "Le Bleu est une couleur chaude") adlı qrafik romanının əsasında çəkilmiş "Adelin həyatı" filmindəki rolu gətirib. Film 66-cı Kann kinofestivalında "Qızıl Palma Budağı"na layiq görülüb. "Adelin həyatı" Qızıl Palma budağının eyni anda həm rejissor, həm də aktrisalara təltif edildiyi yeganə filmdir. Adel Lea Seydu ilə birlikdə Ceyn Kempion istisna olmaqla bu mükafatı bütün tarix boyu qazanan yeganə qadın oyunçular hesab olunurlar. Adel həmçinin "Qızıl Palma Budağı"-nı qazanmış ən gənc aktrisa kimi tarixə düşüb. 2017-ci ilin mart ayında ana olacağını elan edib. Aktrisanın oğlu olub.
This article uses material from the Wikipedia Azərbaycanca article Adel Ekzarkopulos, which is released under the Creative Commons Attribution-ShareAlike 3.0 license ("CC BY-SA 3.0"); additional terms may apply (view authors). Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır. Images, videos and audio are available under their respective licenses.
®Wikipedia is a registered trademark of the Wiki Foundation, Inc. Wiki Azərbaycanca (DUHOCTRUNGQUOC.VN) is an independent company and has no affiliation with Wiki Foundation.